Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edir (2020/2021)

Məlumat üçün bildirək ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün bakalavriat səviyəsi üzrə 3 yer ayrılıb

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 09 – 16 iyul 2020-ci il tarixlərində tələb olunan sənədləri info@dim.gov.az elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər qeyd olunan elektron poçt ünvanına aşağıdakı sənədlərin fotosurətlərini göndərməlidirlər:

1.  Şəxsiyyət vəsiqəsi;

2.  Cari ildə orta məktəbi bitirən məzunların 2020/2021-ci tədris ilində ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün təsdiq olunmuş “Abituriyentin elektron ərizəsi” forması (varsa), əks təqdirdə bitirdiyi məktəbdən illik qiymətləri göstərilən arayış;

3.  Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədi;

4.  Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi (oğlanlar);

5.  Əlaqə məlumatları.

Müsabiqədə iştirak etmək hüququna 2020-ci ildə orta məktəbin rus bölməsini bitirən, 2020-ci il iyulun 10-dək 19 yaşı tamam olmayan, attestat qiymətləri (cari ilin məzunlarının illik qiymətləri) 4 və 5 olan, attestatında riyaziyyat, rus dili və xarici dil fənləri üzrə yekun illik qiyməti 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.

Siz Rusiyada yox, Avropada təhsil almaq istəyirsiniz? O zaman CELT Xaricdə Təhsil Proqramına müraciət edin. Avropanın ƏN YAXŞI universitetlərində təhsil almaq hüququ qazanın.

Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Müsabiqədə iştirak etmək istəyənlər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 17 iyul 2020-ci il tarixində onlayn müsahibə keçiriləcək.

Abituriyentlər müsabiqədə beynəlxalq münasibətlər, regionşünaslıq, iqtisadiyyat, hüquqşünaslıq, jurnalistika, reklam və ictimaiyyətlə əlaqələr, politologiya, dövlət və bələdiyyə idarəetməsi, ticarət işi ixtisaslarından biri üzrə iştirak edə bilərlər.

Abituriyent kimi göstəriciləri ən yüksək olan və onlayn müsahibədən uğurla keçən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaqdır.

İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində keçiriləcək. Bu mərhələdə abituriyentlər seçdikləri fakültədən asılı olmayaraq rus və əlavə bir xarici dil üzrə müsabiqədən kənar test imtahanında iştirak etməlidirlər.

İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.

Qəbul olunanlardan aşağıdakı sənədlər tələb olunacaq:

1. Orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və ya Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı konsulluğu tərəfindən təsdiq edilmiş tərcüməsi;

2. Milli pasportun surəti;

3. 3×4 sm ölçüdə ağ-qara, parıltısız 8 ədəd fotoşəkil;

4. Xroniki xəstəliklər barədə məlumatı əks etdirən tibbi arayış;

5. Döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi;

6. Tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm) barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat;

7. Sifilis və Hepatit B müayinəsinin nəticəsi;

8. VİÇ infeksiyasının olmaması barədə beynəlxalq sertifikat. 

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username