Rumıniya Xarici İşlər Nazirliyi 2021/2022-ci tədris ili üzrə ali təhsilin müxtəlif səviyyələri üzrə təqaüd proqramı elan edir.
Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura
Tədris dili: rumın dili
İxtisaslar: memarlıq, incəsənət, Rumıniya mədəniyyəti və sivilizasiyası, jurnalistika, siyasi və idarəetmə elmləri, təhsil, sosial və humanitar elmlər, neft-qaz, kənd təsərrüfatı və texnologiya elmləri, baytarlıq.
Qeyd: tibb, stomatologiya və əczaçılıq ixtisasları nəzərdə tutulmamışdır.
Maliyyələşmə: təhsil haqqı, yataqxana xərcləri və aylıq maliyyə dəstəyi (bakalavriat – 65 avro, magistratura təhsil səviyyəsi üçün 75 avro, doktorantura 85 avro). Qidalanma və nəqliyyat xərclərinin şəxsi vəsaitlə qarşılanması nəzərdə tutulmuşdur. Proqram haqqında ətraflı məlumat üçün bu linkə keçid edin.
Son tarix: 23.04.2021-ci il
Əlavə məlumat və tələb olunan sənədlərin siyahısı keçiddən əldə edilə bilər. Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları yuxarıdakı keçiddə
göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri 23 Aprel 2021-ci il tarixinədək Rumıniyanın Azərbaycandakı Səfirliyinə təqdim etməlidir
