Ruminiyada TƏQAÜD PROQRAMI 2020! (45 yaşadək)

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair imzalanmış müqaviləyə uyğun olaraq, Rumıniya Təhsil və Tədqiqat Nazirliyi 2020/2021-ci tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir:

Təqaüd proqramı haqqında məlumat

Təhsil səviyyəsi: bakalavriat və magistratura- 3 yer, doktorantura-2 yer

Yaş həddi: bakalavriat və magistratura üçün 35, doktorantura üçün 45 yaşadək

Tədris dili: rumın dili

Müraciət üçün son tarix: 05.04.2020

Müraciət qaydası və prosedur:

  • Təqaüd proqramına müraciət edəcək iddiaçılar Azərbaycan Respublikası Təhsil

Nazirliyinin elektron ərizə sisteminə müraciət etməli – https://www.app.htp.edu.az

– Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın ümumi tələblərinə

cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

  • Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron sistem vasitəsi

ilə bildiriləcəkdir;

  • Elektron sistemə yüklənmiş sənədlərin notarial qaydada təsdiqini mütləq qaydada

müsahibə zamanı əlaqədar şəxsə təqdim etməyiniz xahiş olunur;

  • Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə

buraxılmayacaqdır;

  • Hər bir namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir,

müsahibədə audio-video çəkiliş aparılır;

  • Seçim nəticələrinə dair apellyasiya şikayəti verilməsi nəzərdə tutulmur;
  • Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Rumıniya

tərəfinə təqdim ediləcəkdir;

  • Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün Rumıniya tərəfinə göndərilmiş

namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil müəssisələrinə* seçim

sıralamasına uyğun olaraq göndəriləcəkdir;

– *Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili

qaydalarla tənzimlənir. Göstərilmiş universitetlərdən heç birinə qəbul ola

bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmayacaqdır.

  • Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2020-ci ilin yay ayları ərzində təqdim olunması gözlənilir.

Təqaüd proqramı üzrə maliyyələşmə:

  • Təhsil haqqı;
  • Yataqxana xərci;
  • Aylıq təqaüd:

– Bakalavriat təhsil səviyyəsi üçün 65 avro;

– Magistratura təhsil səviyyəsi üçün 75 avro;

– Doktorantura təhsil səviyyəsi üçün 85 avro.

– Nəqliyyat xərci (Rumıniya təqaüd proqramı çərçivəsində təhsil alan Azərbaycan

vətəndaşlarının ildə bir dəfə gediş-gəliş xərcləri Azərbaycanda Respublikası Təhsil

Nazirliyi tərəfindən maliyyələşdirilir).

Təqaüd proqramına müraciət üçün tələb olunan sənədlər:

• 2 ədəd doldurulmuş ərizə forması

Qeyd: İngilis dilində doldurulmuş Rumıniya tərəfinin ərizə forması HTP elektron ərizə sistemi üzrə qəbul sənədi hissəsinə də yüklənməlidir.

• CV (ingilis, fransız və ya rumın dillərində, maksimum 2-3 səhifə)

• Doğum haqqında şəhadətnamənin surətinin tərcümə-təsdiqi;

• Şəxsiyyət vəsiqəsinin surətinin tərcümə-təsdiqi;

• Ümumvətəndaş pasportunun ilk 3 səhifəsinin surəti;

• Sağlamlıq haqqında arayış (tərcümə-təsdiqli);

• Yaşayış yerindən arayış (tərcümə-təsdiqli);

• Attestat və ya orta ixtisas diplomunun (bakalavr dərəcəsinə müraciət edənlər üçün)

surətinin tərcümə-təsdiqi;

• Bakalavriat təhsili üzrə diplom və diploma əlavənin (magistratura dərəcəsinə

müraciət edənlər üçün) surətinin tərcümə-təsdiqi;

• Bakalavriat və magistratura təhsili üzrə diplom və diploma əlavənin (doktorantura

dərəcəsinə müraciət edənlər üçün) surətinin tərcümə-təsdiqi;

• Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair

arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son tarixli

transkript/fənlər üzrə akademik göstəricilər surətinin tərcümə-təsdiqi);

• 2 ədəd rəngli fotoşəkil.

Qeyd 1: Bütün sənədlər 2 nüsxədə təqdim olunmalıdır. Sənədlərin bir nüsxəsi notarial qaydada ingilis dilinə tərcümə-təsdiq olunmalıdır.

Təqaüd proqramı ilə əlaqədar hər hansı sualınız yaranarsa sualınızı elchin.huseynov@edu.gov.az elektron poçt ünvanına göndərə bilərsiniz.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next