Riga Graduate School of Law- Riqa Hüquq Məktəbi

Adında məktəb sözü olsa da bu müəssisə Latviyanın paytaxtı Riqada hüquq sahəsində ali təhsil verən tam ixtisaslaşmış universitetdir. Avropada hüquq sahəsində nisbətən sadə qəbul şərtləri və kifayət qədər aşağı təhsil haqqı olan universitet məhdudluğunu nəzərə alsaq, bura hüquq sahəsində təhsil almaq istəyən tələbələr üçün ideal seçimdir. Güclü və beynəlxalq rəqabətə söykənən ali təhsil təklif edən müəssisə 1998-ci ildə qurulub.

Riqa hüquq məktəbində 40 fərqli ölkədən tələbə ali təhsil və bu təhsilalanların multikultural mühitdə inkişaf etməsinə şərait yaradır. Orta ölçülü universitet olmasına baxmayaraq universitetin iki fəxri professoru var və digər dərs deyn müəllimlər də müxtəlif ölkələrdən cəlb edilmiş ali dərəcəli professorlardır. Universitetin Finlandiya, Hollandiya, Amerika, Fransa, Almaniya kimi müxtəlif ölkələrdən gəlmiş məzunları var və məzun olanların 50%-dən çoxu Baltikanın ən nüfuzlu özəl şirkətlərində və həmçini Avropadaki bir çox dövlət hüquq müəssisələrində işləyirlər.

Riqa hüquq məktəbi tələbələrinə Hüquq-Biznes və Hüquq-Diplomatiya kimi bakalavr; Avropa hüququ, Beynəlxalq ictimai hüquq və insan hüquqları, Maliyyə, Texnoloji hüquq, Avropa Birliyi hüquq və siyasəti, Transsərhəd kommersiya hüququ kimi magistratura ixtisasları təklif edir. Həmçinin Kopenhagen universiteti ilə paralel təklif edilən doktorantura təhsili də diqqətəlayiqdir. Universitetin tədris dili ingilis dilidir və az tələbə sayı ilə keçirilən dərslər öyrənməyə tam şərait yaradır.

Universitet qəbulu üçün məktəb və ya bakalavr təhsili zamanı qazanılmış ümumi orta müvəffəqiyyət göstəricisi və ingilis dilini təsdiq edən IELTS və ya TOEFL sertifikatı əsas götürülür.

İllik təhsil haqqı isə bakalavr pilləsi üçün 3500 avro, magistratura pilləsi üçün isə 5500 avro təşkil edir. Riqa hüquq məktəbinin öz yataqxanası olmasa da, universitet qəbul almış tələbələrinə ətraf ərazilərdə həm yataqxana və həm də ev tapmaq üçün müəyyən qədər köməklik edir. Yataqxanalar üçün aylıq qiymət 50-150 avro, evlər üçün isə 150-250 avro aralığında dəyişir. Latviyada tələbə həyatı keçirmək üçün isə bir tələbəyə orta hesabla 250 avro kifayət edir.

Xanım Xəlilova

CELT Xətai

xanim@celt.az

012-496-45-76

050-588-15-18

2 thoughts on “Riga Graduate School of Law- Riqa Hüquq Məktəbi”

    1. Nə qədər çox olsa bu ödənişsiz təhsil alacağınız anlamına gəlmir. Əgər təqaüd imkanı varsa o zmaan mümkündür. Bunun üçün normal IELTS balı belə yetərlidir.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username