“Qız olduğum üçün xaricdə oxumağıma qəribə baxırdılar”

Xaricdə təhsil alan tələbələr, tələbələrin xaricə alışması, ordakı yaşayış tərzləri hər halda çoxlarına maraqlıdır. Elə isə bizi izləyin! Bu gün sizi xaricdə təhsil alan növbəti müsahibimlə tanış edəcəm. Lalə Cəbrayılova 1987-cu ildə Ağdaşda doğulub. Hollandiyanın Amsterdam Universitetində  Biznes və İqtisadiyat üzrə təhsil alır.

Necə oldu xaricdə oxumağa qərar verdiniz?

Əslində bakalavr təhsilimi xaricdə oxumaq istəyirdim. Ancaq orta məktəbi yeni bitirdiyim üçün ailə, əsas da anam buna razı olmurdu. Çünki bir qızın xaricdə təhsil alması onlar üçün dəhşətli hadisə idi. Hətta sonralar ailəm razı olanda onları qınamağa da başladılar. Ancaq İqtisad Universitetində bakalavr təhsilimi davam etdirən zaman xaricdə oxuyan müxtəlif insanlarla tanış oldum. Əsasda qızlarla daha sonra onlardan ailəmə danışdım. İllərlə israr etdikdən sonra artıq mənə dəstək verməyə başladılar. Qiymətlərim yüksək oldu IELTS və TOFEL də topladım və arzusunda olduğum universitetə qəbul oldum.

İlk günlər nə kimi çətinliklərlə qarşılaşılaşdınız orada?

Təbii ki, çətinliklər oldu. Nə də olmasa yad ölkədir. Hər şey fərqlidir. İlk növbədə tanımadığın bir şəhərə düşürsən, insanlarını, küçələrini tanımırsan. Zaman keçdikcə sənə doğma gəlməyə başlayır. Bir sözlə alışırsan. Mən universitetinin yataqxanasında qalıram. Otaq yoldaşlarım müxtəlif millətlərdəndir. Mənə onlarla bir yerdə qalmaq çox çətin gəlirdi amma daha öyrəşmişəm.
Ən böyük çətinliyim isə yemək oldu. Bura gələndə yaxşı ki, yemək bişirə bilirəm deyə düşündüm. Hətta otaq yoldaşlarıma da milli yeməklərimizi sevdirə bilmişəm. Bu böyük uğurdur.

Müəllimlərlə münasibət necədir?

Burada müəllimlər o qədər səmimidirlər ki, biz onlara dost, rəfiqə kimi yanaşırıq. Müəllimlər çox fərqlidir, hər kəsə eyni yanaşırlar. Məsələn, bir mövzu olanda çox böyük məmuniyyətlə sənə görüş vaxtı ayırırlar və hər tərəfli kömək etməyə çalışırlar. Hətta dərsdən əlavə xarici tələbə kimi problemimiz olanda kömək edirlər. Heç vaxt milli, cinsi, dini ayrı-seçkilik salmırlar. Bütün millətlərə, onların adət və ənənələrinə hörmətlə yanaşırlar. 

Dil öyrənmək səviyyəsi necədir?

Xaricdə yaşayaraq istənilən qədər dil öyrənmək mümkündür. Mən İngilis dilini bilirdim. Ancaq indi ingilis dili biliyim əladır. Mükəmməlləşdirdim bura gəldikdən sonra. Daha sonra Holland dilini öyrəndim. Hədəfim və arzum İtalyan dilini öyrənməkdir. Ümid edirəm ki, tezliklə bu dilidə mənimsəyəcəm.

Bəs əcnəbilərin bizim dilimizə marağı var?

Burada türklər çox aktivdilər. Demək olar ki, ən çox dillərini təbliğ edən elə türklərdir. Türkiyəli ailələrdə bura da çoxdur. Məsələn çinli otaq yoldaşıma salam sağ olu öyrətməyim asan oldu. Çünki türklər artıq bu sözləri öyrətmişdilər. otaq yoldaşlarıma öyrətdiyim ən maraqlı söz isə “dolma” olum. Yarpaq dolması ilk dəfə hazırlayanda və onlara təklif edəndə qeyri adi gəlmişdi. Amma sonra dolmanı o qədər çox bəyəndilər ki, adını əzbərlədilər.

Çox vaxt xaricə gedən tələbələr geri qayıtmaq istəmirəm. Sənin qayıtmaq fikrin var?

Mən burada ailəmin hesabına təhsil alıram. Ona görə də bu haqda hələ düşünəcəm. Dövlət proqramı ilə bura gələnlər qayıtmaq məcburiyyəti hiss edirlər. Amma mənim bu kimi məcburiyyətim yoxdur. Əgər öz ölkəmdə ixtisasıma uyğun yaxşı iş tapsam niyə qürbətdə qalım ki? Əgər burada qalmağa qərar versəm də iş təcrübəsi üçün qala bilərəm.

Bəs necə düşünürsən, əcnəbi vətəndaşla ailə qurarsan?

Açığı bu haqda düşünməmişəm. Amma əgər mənə uyğun insan olsa, niyə də yox? Mənim tanışlarım var, xarici vətəndaşlarla ailə qurublar və olduqca da xoşbəxtdirlər. Yəni mənə uyğun şəxslə ailə qura bilərəm. Millətin, dinin, irqin fərqi yoxdur.

Bir ayda nə qədər xərcin çıxır?

Baxır mənim günümə. Məsələn: imtahan ərəfəsində az xərcləyirəm. Orta hesabla 2 dəfə yeməyə 7-10 avro kifayət edir. Tətil vaxtlarında müxtəlif əyləncələrə qatılanda bir az xərcləyirəm. Burada qiymətlər çox da baha deyil. Amma ümumilikdə aylıq xərclər təxminən belədir: yaşayış xərcləri 400-500 avrodur.

Gənclərə hansı ölkələrdə və universitetlərdə təhsil almağı məsləhət görərdin?

Xaricdə də elə universitetlər var ki, onu oxumaqdansa oxumamaq daha yaxşıdır. Amma məşhur universitetlərdə oxumaq məsləhətlidir. Hansı universitet ki, ilk onluqdadır, o universitetlər daha yaxşıdır. Amerika, Almaniya, Türkiyə, İngiltərə, Hollandiya, Fransada təhsil güclüdür. Türkiyənin Orta Doğu Teknik Universiteti, Sabancı, Boğaziçi, Mərmər universitetləri çox güclüdür. Hər ölkənin bir neçə məşhur universiteti var, araşdırıb ən yaxşılarını seçmək lazımdır.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next