“QIRMIZI nümunə” Motivasiya Layihəsi – Nərmin Əliyeva “Ağil Dəryası”

“QIRMIZI nümunə” Motivasiya Layihəsinin növbəti qəhrəmanı ANS telekanalında yayımlanan məşhur “Ağıl Dəryası” intellektual oyununun qalibi və hal-hazırda “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı” çərcivəsində Kaunas Texnologiya Universitetində təhsil alan Nərmin Əliyevadır.

Mən Nərmin xanımın yazısını oxuduqda anladım ki, bu xanımın uğurlarında  məhz sözün əsl mənasında “Bilik və savadın” və “Zəhmət” in baş rolda olduğunun şahidi oldum. Azərbaycanımızda belə gənclərin olması çox qürurvericidir.

Gəlin onu daha yaxından tanıyaq…

Nərmin Əliyeva : Ta  uşaqlıqdan evdə həmişə deyiridim ki, ali təhsilimi xaricdə alacam. Düzü, o vaxt bu həm mənim üçün, həm də ailəmçün qeyri – real görünürdü, mənim ən böyük və əlçatmaz arzum idi.

Bundan başqa, məktəb illərində heç kim bizə xaricdə oxumağın  yollarını, xarici universitetlərə müraciət etmək prosedurlarını başa salmamışdı.   11-ci sinfi bitirməyimə az qalırdı, ancaq mən hələ də arzuma yaxınlaşmaq üçün heç bir addım atmamışdım, lakin bilirdim ki, hədəfimə mütləq çatacam.

İntellektual oyunlara olan böyük marağım məni ANS Televiziyasında yayımlanan “Ağıl Dəryası” verilişinə gətirdi. Verilişin finalçısı kimi Təhsil Naziri tərəfindən imtahansız attestat və Şimali Kipr Yakın Doğu Universitetinin rektorundan universitetdə  pulsuz təhsil haqqı qazandım. İlk əvvəl Azərbaycanda qalıb oxumaq, yoxsa Kiprə getmək arasında seçim edirdim, birdən-birə ailədən, yaxınlardan uzaqda tək yaşamaq elə də asan deyildi. Sonda təhsilimi Şimali Kiprdə davam etdirmək qərarını verdim.

Kiprdə oxuduğum 2 il müddətində dünyanın müxtəlif yerlərindən olan, fərqli millətlərə,düşüncələrə  malik insanlarla tanış  oldum. Müxtəlif ölkələrdən olan dostlara sahib olmaq həqiqətən gözəl hisdir. Xaricdə oxumağın əsas üstünlüklərindən biri elə bu insanlarla ünsiyyətdə olub, dünyagörüşünü genişləndirməkdir.

Yakın Doğuda təhsil aldığım müddətdə Azərbaycanı tanıtmaq üçün müxtəlif tədbirlər təşkil etmişik. Xarici tələbələrə mümkün qədər Azərbaycan həqiqətlərini çatdırmağa çalışmışıq. Bundan başqa universitetimizdə  “Owlright” adlı intellektual klub yaratmışdım, hər həftə universitetdə yarışlar təşkil edirdim, bu da xarici tələbələrin diqqətini çəkirdi. Bununla da Azərbaycanın intellektual imicini yaratmağa nail olmuşdum.

İkiillik Kipr həyatından sonra bakalavr təhsilimi Avropada davam etdirmək qərarına gəldim. Litvada oxuyan dostlarım və bəzi tanışlarımın məsləhəti ilə Kaunas Texnologiya Universitetinə müraciət etdim və qəbul oldum. Daha sonra “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı”na ərizə verib, müsabiqədən uğurla keçdim. Hal-hazırda 1 aydan çoxdur ki, Kaunas şəhərindəyəm, təhsil və yaşayışdan tam razıyam.

Sonda bir söz deyim, məncə, insan hədəfləri kompüter oyunlarına bənzəyir. Oyunda mütləq bir mərhələ/level olur ki, orda ilişirsən, günlərlə, həftələrlə bütün vaxtını, gücünü o mərhələni keçməyə sərf edirsən, çox çalışanda bir gün mütləq alınır və sonrakı mərhələləri asanlıqla keçmək olur. Əgər oyun insan əli ilə yaradılıbsa, deməli onun mütləq həlli var, məntiqlə və daha artıq cəhd göstərməklə oyunu udmaq olar, yetər ki, yarıyolda bezib həmin oyunu “delete” etməyəsən. Walt Disneyin belə bir sözü var: “İf you can dream it, you can do it”.

Təhsilini xaricdə davam etdirmək istəyən dostlara bu yolda Uğurlar arzu edirəm, çox çalışsanız,sizdə də alınacaq. Başqa ölkələrdə təhsil almaq böyük təcrübə və dünyagörüşü qazandırır. Əsas odur ki, harda olmağımızdan asıılı olmayaraq, ilk növbədə Azərbaycanı da unutmayaq.

Hər kəsə Uğurlar! 🙂

Bu qədər…

Sonda bizdə öz adımızdan Nərmin Əliyeva xanıma layihəmizdə iştirak etdiyi üçün təşəkkürümüzü bildirirk və ona yeni hədəflərində və məqsədlərində daim uğurlar arzulayırıq!

Ümid edirik ki, Nərmin xanım çoxunuza çox güclü motivasiya edici stimul verdi.

 

 

 

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next