“QIRMIZI Nümunə”/MƏTİN

Mətin Məmmədli 2007-ci ildə  Baki Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakultəsinə daxil olmuşdur. 2008-ci ildə isə 2007-2015 ci illər Azərbaycan Gənclərinin Xaricdə Təhsil Proqramı çərcivəsində Notingem Universitetinin Beynəlxalq munasibətlər ve qlobal məsələlər (International Relations and Global Issues) fakultəsinə daxil olmuş və 2012-ci ildə həmin universiteti bitirmişdir. Hal-hazırda tərcüməçi kimi çalışır. 01 – 02 İyun tarixlərində Avropa Şurasının dəstəyi ilə Bakıda İçəri Şəhərdə təşkil olunan Avropa Şəhərçiyinin təşkilində iştirak etmişdir.

Məqsəd və hədəf:

Mən Britaniyada ali məktəbdə təhsil almağı qaşıma bir məqsəd kimi qoymuşdum. İngilis dilini bilməyim məni bu ölkədə oxumağa ruhlandırdı.

Niyə məhz bu universitet? Məntiqli seçim, uğurlu nəticə…

Oxuduğum Notingem Universitetini seçməyimə səbəb həmin ali məktəbdə beynəlxalq münasibətlər sahəsi üzrə təhsilin yaxşı həyata keçirilməsi idi.

Ən maraqlı hadisə…

Təhsil aldığım illər ərzində başıma çoxlu maraqlı hadisələr gəlmişdir. Fikrimcə, universitetimlə bağlı diqqətə layiq məqamlardan biri orada məscidin yerləşməsidir. Belə ki, təhsil aldığım universitetin əsas binalarından birində müsəlman tələbə və müəllimlər üçün bir məscid var. Hər müsəlman buraya gəlib öz ibadətini sərbəst şəkildə edə bilər. Onuda qeyd edim ki, Notingem Universitetində təhsil alan tələbələr sırasında müsəlman tələbələr kifayət qədər çoxdur.

Şəhərim…

Təhsil aldığım universitetin yerləşdiyi şəhər Notingem şəhəri idi. İngiltərənin Şərqi Midlendz (East Midlendz) bölgəsində, Notingemshir ( Nottinghamshire) qraflığında yerləşir. Şəhərdə sevdiyim məkan elə universitetimin əsas campus-u idi.

Mən nə qazandım…?

Məncə xaricdə təhsil almaq, əvvəla yeni bir ölkə, mühit deməkdir. Belə bir deyim var ki, “çox gəzən çox bilər”. Bu mənada, xaricdə təhsil almaq həm də yeni bir ölkə görmək, oranın xalqı, mədəniyyəti ilə tanış olmaq deməkdir. Təbii ki, bu insana əlavə həyat təcrübəsi verir. Çox mövzulara, məsələlərə başqalarından fərqli bir bucaqdan yanaşmaq, onları daha dərindən təhlil etmək imkanı verir. Eyni zamanda öz Vətənimizi, onun xüsusiyyətlərini də çox həmyerlimizdən daha ətraflı dəyərləndirmək imkanı verir.

Mən bütün xaricdə təhsil almaq istəyən insanlara mətin olmağı, iradəli olmağı və məqsədlərinə doğru daim irəli baxmaqla getməyi tövsiyyə edirəm. Çünki o zaman hər şey gözəl alınır.

Uğurlar 🙂

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next