Qəhrəmanlıq salnaməsi və əsrlərdir davam edən erməni təcavüzü

2016 – cı ildə Qarabağda baş verən aprel döyüşləri zamanı şəhid olan əsgərləimiz, hərbi qulluqçularımız bütün dünyaya qəhrəmanlıq nümayiş etdirdilər və düşmənin zəpt etdiyi torpaqlarımızın bir hissəsi geri aldılar və Azərbaycan bayrağı uzun illərdir həsrət qaldığı əzəli Qarabağ torpağında dalğalandı. Bu bizim tariximizə ordumuzun şanlı tarixi olaraq yazıldı.

2020-ci il başlayandan bütün dünya bir düşmənlə, Koronavirusla mübarizə aparır. Müxtəlif ölkələr müxtəlif izolasiya tədbirləri tətbiq edir, karantin tətbiq edib. Bütün dünyanın  5-6 aydı apardığı mübarizəni Azərbaycan olaraq bizdə yaşayırıq. Dövlətimiz bütün gücü ilə koronavirusa qalib gəlmək üçün çalışır. Lakin məkrli ermənilər bu fürsətdən istifadə edərək yenə də öz kimliklərini bütün dünyaya göstərdilər. Onlar iyul ayının 12-dən etibarən Tovuz istiqamətində ordumuzun mövqelərini atəşə tutub çaxnaşma yaratdılar. Döyüşlər başladı və üç gün davam edən döyüşlərdə Azərbaycan ordusu igid əsgərləri ilə yanaşı General-mayor Polad Həşimovu polkovnik İlqar Mirzəyevi və digər rütbəli hərbiçiləri itirdi. Onlar Qarabağ uğurunda canlarını qurban verib şəhidlik zirvəsinə ucaldılar.Bütün şəhidlərə Dərin hüzn və böyük ehtiramla anırıq!

Bu baş verən ağır itkilərdən sonra Azərbaycan gəncləri könüllü olaraq müharibədə iştirak etmək istəklərini göstərdilər. Onlar Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə düşməni məhv etməyə və Azərbaycanın əzəli torpağı olan Qarabağı düşmən əlindən azad etməyə qadir olduqlarını göstərdilər. Biz də CELT olaraq daim dövlətimizin, Prezidentimiz cənab İlham Əliyevin yanındayıq və onun əmrini gözləyirik!

Bu gün biz düşməni məhv etmək gücünə malikik. Bizim güclü dövlətimiz və ordumuz var.  Biz düşməndən hər zaman üstün olmuşuq. Lakin gənclərimiz bilməlidirlər ki, bu gün onlar düşmənə döyüşməklə bərabər, oxuyub təhsil alıb hər hansı sahədə yüksək naliyyətlər qazanmaqla da qalib gələ bilərlər. Bu gün informasiya dövrüdür, bu gün düşmənə biz elmimiz savadımız ilə də qalib gələ bilərik. Əlbədəki tariximizi keçmişimizi bilərək və məkrli düşmənimiz olan ermənilərin əsl kimliklərini bütün dünyaya nümayiş etdirərək qalib gələ bilərik.

Biz daim dövlətimizlə olub güclü olduğumuzu, bir olduğumuzu göstərməliyik. Gəlin bizim torpaqlarımızda oturub həmişə bizim torpaqlarımıza göz tikən məkrli düşmənimiz olan erməniləri tanıyaq. Onlar haqqında məlumatlı  olaq və bu məlumatları tarixi faktlarla bütün dünyaya çatdıraq!

Ermənilər dəfələrlə Azərbaycana təcavüz ediblər, türklərə qarşı soyqırım aktları törədiblər. Bütün bunlar təsadüfi deyil və ermənilər bu addımları planlı şəkildə atıblar. Bunun arxasında türk düşmənçiliyi ilə yanaşı, “Böyük Ermənistan” ideyası da dayanır. Bu gün bir erməni uşağının beyninə türklərə qarşı nifrət yeridilir, tarixi Azərbaycan torpaqları erməni torpağı kimi qələmə verilir. Bu uşaqlar böyüyüb siyasətçi, hərbçi, jurnalist, idmançı olur və hər yerdə bizə qarşı düşmən mövqedə dayanırlar. Əslində bu xəstə təfəkkür ilk növbədə onların özünə zərbə vurur. Bu gün təcrid olunmuş vəziyyətə düşən Ermənistan yenə də ənənəsinə sadiq qalaraq düşmən mövqedə dayanır, Azərbaycan torpaqlarına iddialarından geri çəkilmir, Dağlıq Qarabağla bağlı danışıqlarda qeyri-konstruktiv mövqe tutaraq status-kvonu uzatmağa çalışırlar. Ermənilərin bu xəstə təfəkkürü Azərbaycana, həmçinin türklərə qarşı olan bir sıra qlobal güclərin işinə də yarayır. Onlar dəfələrlə ermənilərdən bu məqsədlə alət kimi sitifadə eiblər və onlar yenə də istifadə obyekti olaraq qalırlar. Erməni təcavüzünün kökündə məhz bu amillər dayanır.

Təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırım və etnik təmizləmələrə məruz qalıblar.

Daşnaksütun Partiyasının qarşıya qoyduğu əsas vəzifə “Böyük Ermənistan” ideyası idi. Bu planın da əsas hədəfi Azərbaycan torpaqları və azərbaycanlılar idi ki, hələ də bu anormal düşüncə tərzinin dəyişmədiyinin şahidi oluruq.

XX əsrin əvvəllərində erməni millətçiləri azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətini həyata keçirməyə başladılar.

1905-1907-ci illərdə ermənilər tərəfindən Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə əhali amansızlıqla qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, dağıdılıb.

Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqələrini viran qoyub, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşüb. Ermənilər 200 mindən artıq azərbaycanlını fərq qoymadan qətlə yetirməklə həmin ərazilərdə etnik təmizləmə aparıblar.

Erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvəllərindən 1918-ci ilin mart ayına qədər olan dövrdə İrəvan quberniyasında 197 kənd, Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağıdılıb, digər bölgələrdə 60 yaşayış məskəni məhv edilib, yandırılıb və viran qoyulub.

1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən, 150 minə yaxın soydaşımız zorakılıqla deportasiya olunub.

XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdülər. Təcavüzkar Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırıma məruz qoyub, didərgin salıb, eləcə də Ermənistandan 250 min azərbaycanlını tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya edib.

1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olub, 100 000 nəfərdən çoxu yaralanıb, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. 4853 nəfər itkin düşüb, onlardan 1357 nəfəri əsirlikdən azad edilib, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, 439 nəfər əsirlikdə ölüb.

1992-1994-cü illərdə daha da kəskinləşən təcavüz siyasəti Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təcavüzü formasını alıb. Xocalı şəhərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş işğalı xüsusi qəddarlıqla seçilən faciə kimi XX əsrin bəşəriyyətə qarşı cinayətlərinin qara siyahısına daxil olub ki, orada qoca, qadın və uşaq da daxil olmaqla 613 dinc sakin vəhşicəsinə qətlə yetirilb.

Bunun ardınca 1992-93-cü illər ərzində Ermənistanın xaricdən dəstəklənən silahlı qüvvələri Azərbaycan ərazisinin beşdə birini işğal ediblər. Beləliklə, münaqişə nəticəsində təqribən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

1994-cü il mayın 12-dən Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri arasında atəşkəs rejimi əldə olunub.

Bu problem Azərbaycan tərəfindən qəti şəkildə qaldırıldığı və bütün bölgənin təhlükəsizliyinə ciddi təhdidlər törətdiyi üçün beynəlxalq ictimaiyyətin diqqətindən də kənarda qalmayıb. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Bu qətnamələrin hər biri Azərbaycana qarşı erməni təcavüzünün növbəti mərhələsindən sonra qəbul olunub.

Erməni təcavüzünün tərkib hissələrindən biri də köşürülmə siyasətidir. Tarixin müxtəlif mərhələlərində ermənilər Azərbaycan torpaqlarına köçürülərək, burada yerləşdiriblər ki, bu da yaxın və uzaq perspektiv üçün nəzərdə tutulan işğalçılıq siyasətinə hesablanıb. Burada böyük dəstəkçi rolunda isə çar Rusiyası çıxış edib.

Tarix elmi üzrə fəlsəfə doktoru, İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı qeyd edib ki, 1827-ci ilə qədər Şimali Azərbaycana 80 min rus kazakının köçürülməsi planı var idi: “Lakin Qirbayedov Tiflisdə diplomatik şöbəyə rəhbərlik etdiyi dövrdə bu planı rədd edərək, ermənilərin köçürülməsi ideyasını verib və bu fikrin rəsmi dairələrdə təsdiqinə nail olub. Bu proses İrəvanda milliyətcə erməni olan polkovnik Lazarevin rəhbərliyi ilə həyata keçirilib. Qısa müddətə 8 min erməni ailəsi (40 min nəfər) Şimali Azərbaycan torpaqlarında yerləşdirildi. Köçürülən ermənilərə Rusiya xəzinəsi və İrandan alınmış müharibə xərcləri hesabına maliyyə yardımı da edilirdi. Ümumiyyətlə, 1828-ci ildən 1913-cü ilə kimi mərhələ-mərhələ Şimali Azərbaycan ərazisinə 1 milyon nəfər erməni köçürülüb”.

Artıq beynəlxalq aləm də erməni təcavüzü ilə bağlı məlumatlıdır və bu, uzun və gərgin fəaliyyətin nəticəsidir. Son zamanlar əcnəbi jurnalistlərin, alimlərin və siyasətçilərin erməni təcavüzü ilə bağlı çıxışları bu qəbildəndir və müsbət tendensiyadır.

Rusiyalı alim, tarixçi, siyasi şərhçi Oleq Kuznetsov bildirib ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi tam ədalətli, qanuni və hüquqi cəhətdən nöqsansızdır: “Dağlıq Qarabağ və onun ətrafındaklı 7 rayon Ermənistan Respublikası tərəfindən işğal olunub. Bu ərazidə heç bir Artsax dövləti mövcud ola bilməz. Bundan başqa, Ermənistanın Azərbaycana qarşı təcavüzü dövlətlərarası müharibə deyil, bu transmilli erməni terrorizminin Azərbaycan xalqına və onun suveren dövlətinə qarşı təcavüzüdür. Buna görə də indi Azərbaycanın işğal olunmuş ərazilərində Artsax adlandırılan qurum əslində terrorçu dövlətdir. Bu dövlət həm təşkilatlanma forması baxımından, həm fəaliyyət metodları, həm də mahiyyət etibarilə başqa bir terrorçu dövlət – Suriya və Livan ərazisində fəaliyyət göstərən İŞİD İslam Dövlətindən çox da fərqlənmir”.

CELT olaraq bütün gənclərimizi elmə təhsilə dəvət edirik. Bilin ki, biz düşməndən daha güclüyük!

Bütün şəhidlərimizi dərin ehtiramla anırıq! Ruhları şad olsun!

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next