Proqramlaşdırma və kompüter mühəndisliyi üzrə xaricdə təhsil almaq

Gün keçdikdə ağıllı elektron cihazlar həyatımızda daha geniş yer tutur. Bu cür texnoloji qurğular xüsusilə də övladlarımızın fikrini daha tez cəzb edir. Lakin valideynlər övladlarının bu avadanlıqlarla çox zaman keçirdiklərindən narahatlıq duyurlar ki, bu da təbii haldır. Bəzi valideynlər avadanlıqların gözə ziyanlı olduğundan, digərləri isə uşaqların diqqətinin dərslərdən ayrıldığından narahatdırlar. Bu halda proqramlaşdırm öyrənmək ən yaxşı üsullardan biridir. Bu eyni vaxtda həm valideynlərin, həm də uşaqların istəyini yerinə yetirmiş olur. Lakin cəmiyyətdə belə bir fikir yaranır ki, proqramlaşdırma öyrənmək sadəcə proqramçılara lazımdır. Xeyr, bu heç də belə deyil. Bəs uşaqların proqramlaşdırma öyrənməyi nəyə lazımdır?

  1. Riyazi biliklərinin inkikaf elətdirilməsi
  2. Problemlərə qısa və sadə həll tapmaq bacarığı
  3. Fərdi inkişaf və sərbəst araşdırma bacarığı
  4. Alqoritmik təfəkkür
  5. Məntiqli düşünmə qabiliyyəti

Bir sözlə proqramlaşdırma öyrənmək həmçinin uşaqlarınızın İngilis dilində də bir o qədər köməklik göstərəcəyini əminliklə söyləyə bilərik. Ortaya belə bir sual çıxır ki, proqramlaşdırma üzrə təhsil almaq üçün hansı universitetləri seçməliyik?

Bu gün Sizlərə bu elm sahəsi üzrə dünyanın ən yaxşı Universitetlərini açıqlayacağıq.

Hong Kong Elm və Texnologiya Universiteti – 1991-ci ildə Hong Kong-da araşdırma Universiteti olaraq qurulmuşdur. Elm, texnologiya və mühəndislik sahələrində saysız mükafat və öz uğurlarına imza atan bu universitet, qısa zamanda göstərdiyi yüksəliş, elm və texnologiya sahəsi üzrə hər il 70-dən çox ölkədən beynəlxalq tələbələrə ev sahibliyi edir.

Carnegie Mellon Universiteti – 1900-cü ildə Amerikanın Pensilvanya əyalətində qurulmuş olan özəl bir araşdırma universitetidir. Universitetin hər il 114 ölkədən çox sayda beynəxalq tələbə qəbulunda Apple, Intel, General Motors, Microsoft kimi bir çox şirkətlə bu universitetin əlaqələrini və tədqiqlarını saya bilərik. Bu gün kompüter elm sahəsi, süni intellekt və robototexnologiya mövzularında bütün dünya üzrə lider olaraq qəbul edilən Carnegie, Java proqramlaşdırma dilinin yaradıcısı James Gosling, Adobe Systems qurucularından Charles Geschke və emojilərin yaradıcısı Scott Fahlmanı məzun etmişdir.

ETH Zurich – İsveçrənin Zürih şəhərində 1855-ci ildə qurulan bu universitet, kompüter elmləri üzrə təhsil verən dünyanın ən nüfuzlu universitetlərindən biridir. Hər il 120-dən çox ölkədən gələn beynəlxalq tələbələrə elm və texnologiya sahəsi üzrə intensiv olaraq təhsil verən universitetin məşhur məzunları müasir fizikanın atası olaraq bilinən Albert Einstein, dünyaca məşhur İsveçrə markaları isə Roche, Novartis, Siemens, Shell ilə ortaqlığa sahibdirlər.

Carleton University – Kanadanın paytaxtı olan Ottawa-da yerləşən Carleton Universitetidir. 1942-ci ildə qurulmuşdur və tələbələrinə yüksək keyfiyyətli təhsil vermək istəyini daima inkişaf etdirmişdir. Tətbiqi öyrənmə və innovativ tədqiqatlara diqqət yetirərək Carleton tələbələrini iş dünyasına qədəm qoymağa hazır edir.

Əgər Siz Türk Universitetlərində proqramlaşdırma üzrə təhsil almaq istəyirsinizsə, Türk universitetlərində öyrənə biləcəyiniz 5 proqramlaşdırma dilini Sizin üçün qeyd edirik.

Java – Bu proqramlaşdırma dilinə üstünlük verilməsinin səbəbi isə bir çox platformada və əməliyyat sistemlərində uyğun işləməsidir. Java, obyekt yönümlü bir proqramlaşdırma dili olduğundan mobil, masaüstü proqramlar və oyun yaratmaq sahəsində olduqca istifadə olunan bir proqramlaşdırma dilidir.

Bu dilin göstərildiyi bəzi universitetlər: ODTÜ, Boğaziçi Üniversitesi, İstanbul Teknik Üniversitesi, Hacettepe Üniversitesi, Yaşar Üniversitesi.

C#  Hər il bir çox insan tərəfindən üstünlük verilən bir proqramlaşdırma dilidir. Microsoft şirkəti tərəfindən dizayn edilmişdir. .NET framework ilə işləmək istəyirsinizsə, bu dil Sizin üçün ideal bir dil ola bilər.

Bu dilin göstərildiyi bəzi universitetlər: Marmara Üniversitesi, İstanbul Teknik Üniversitesi, Dokuz Eylul Üniversitesi, Hacettepe Üniversitesi.

JavaScript – 1995-ci ildə Netscape şirkətinin əməkdaşı Brendan Eich tərəfindən yaradılmışdır. JavaScript ilə veb sayt və veb tətbiqlərinin yaradılmasında günümüzdə geniş istifadə olunur və olduqca populyar bir proqramlaşdırma dilidir.

Bu dilin göstərildiyi bəzi universitetlər: ODTÜ, Kocaeli Üniversitesi, Marmara Üniversitesi, İstanbul Teknik Üniversitesi.

C++

C++, sistem proqramı, oyun motorları, və veb proqramları kimi üst səviyyə proqramlar yaratmaq üçün istifadə edilən gücle və yüksək performanslı bir proqramlaşdırma dilidir. Windows əməliyyat sistemi də məhz bu dildə yazılmışdır.

Bu dilin göstərildiyi bəzi universitetlər: Boğaziçi Üniversitesi, Ege Üniversitesi,  ODTÜ, İstanbul teknik Üniversitesi.

Python – Python, Guido Van Rossum tərəfindən hazırlanmış bir proqramlaşdırma dilidir. Python əslində bir ilan növü olan “piton” deyil . Guido Van Rossum ən sevdiyi bir İngilis komediya qrupu olan Monty Python’s Flying Circus adlı nümayişindən almışdır.

Bu dilin göstərdiyi bəzi universitetlər: MEF Üniversitesi, Yaşar Universitesi

Proqramlaşdırma sahəsi çox geniş və perspektivli sahədir. Bu səbəbdən mütamadi sizlərə bu mövzuda yazılar təqdim edəcəyik.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next