Prestijli ixtisaslar

Prestijli ixtisas üzrə təhsil almaq yaxşıdır yoxsa…

Gənclər ixtisas seçərkən onlara ailə və ətrafdakıların müxtəlif təzyiqləri olur. Bu problemlə bir çox insan rastlaşsa da və bunun sonda hansı nəticələrə səbəb olduğunu hamı bilsə də, hələ də bu məsələ adət halını alaraq qalmaqdadır.

Təhsil bir insana hər hansı sahə üzrə mütəxəssis olmaq imkanı verən prosesdir. Əgər həmin insan özü istəmədiyi və ya düzgün seçmədiyi hər hansı ixtisas və ya peşə üzrə təhsil alırsa, o təhsilini bitirdikdən sonra ya işsiz qalacaq yaxudda işlədiyi bu sahədə heç vaxt özünü görməyəcəkdir. Bu da onun işçi olaraq işləmə ekvivalentinə çox böyük təsir göstərib, sonda onun işsiz qalmasına səbəb olacaqdır. 

Bu gün son dövrün ən məşhur sahəsi olan Biznes və maliyyə sahəsi üzrə təhsil alanların çoxluğu müşahidə edilir. Bu sahə üzrə menecerlər, mütəxəsislər çox olsa da, iş imkanları demək olar ki çox azdır. Tələblə təklif arasında olan çox böyük fərq bu sahədə təhsil alanların hər hansı şirkətlərdə iş tapmasına çətinlik yaradır. 

Ümumiyyətlə biznes sahəsi üzrə təhsil bir şəxsə şirkətlərdə müəyyən vəzifələrdə işləmək imkanından daha çox fərdi biznesin qurulması və onun idarə edilməsi üzrə biliklər verir. İdarəetmə sahəsi geniş imkanlı sahə olmaqla yanaşı bir şəxsdən daha çox öyrənmək və tətbiq etmək tələb edən sahələrdəndir.

Maliyyə sahəsi də biznes sahəsi qədər böyük və daha çox bilik bacarıq tələb edən sahələrdəndir. Çünki maliyyə sahəsini bitirən şəxs yalnız çox güclü bilik bacarıqları ilə yaxşı iş tapa bilər. Bu sahə üzrə təhsil alanlar daha çox olsa da peşəkar mütəxəssislər azdır. Əgər hər hansı gənc maliyyə sahəsi üzrə təhsil alıb, lakin bu sahə üzrə əlavə bilik və bacarıqlara yiyələnməyibsə, o nəinki təhsilini bitirdikdən sonra müəyyən müddət, o ümumiyyətlə həmişə işsiz qalacaqdır. Şirkətlər bu sahə üzrə mütəxəssis axtararkən yalnız ali təhsilli yox, bu sahə üzrə əlavə bilik bacarıq və həmçinin iş təcrübəsi tələb edirlər. Odur ki, maliyyə sahəsində təhsil alanlar təhsil aldıqları müddətdə və ya daha sonra müxtəlif şirkətlərdə təcrübə proqramı keçməli və ya könüllü olaraq fəaliyyət göstərilməlidirlər ki, iş axtararkən əziyyət çəkməsinlər.

Bir şəxs üçün Biznes üzrə təhsil çox yaxşı seçimdir. Lakin bu şəxs bu sahədə varmı? Yaxud o öünü biznes sahəsində görürürmü? Yəni seçim edərkən digərləri üçün yaxşı görünsün düşüncəsi ilə deyil, mənim üçün ən yaxşısı hansıdır? – sualını verib cavab tapmaq lazımdır. Gənclər bu məsələnin üzərində çox qalmadan kənardan gələn fikirlərin təsirinə daha tez düşürlər.

Gənclər ixtisas seçərkən prestijli ixtisaslar haqqında düşünmək əvəzinə hansı ixtisasda özlərini görürlər və hansı sahə onlara 4-5 il sonra geniş iş imkanları verəcək haqda düşünməlidirlər.

İxtisas seçərkən aşağıdakı məqamları nəzərə almaq lazımdır.

  1. Təhsilini bitirdikdə harda yaşayacağını və harada işləyəcəyini nəzərə alın.
  2. Yaşadığın və ya gələcəkdə işləmək istədiyin şəhər, rayon, kənddə daha çox hansı sahə üzrə mütəxəssislərə ehtiyac olduğunu araşdırın. 
  3. Ehtiyac duyulan sahələrin hansında özünü daha çox gördüyünü müəyyən edin.
  4.  Digərlərin tövsiyyələrini təkliflərini dinləyin. Çünki ola bilsin ki, Siz seçim edərkən gösdən qaçırdığınız məqamlar ola bilər. Lakin qərarınıza tövsiyyə və təkliflərin təsir göstərməsinə imkan verməyin. Tövsiyyə və təkliflər sizə analiz etməkdə çox yaxşı kömək olacaqdır.

Bu mövzuların hər birinə mütamadi qayıdacağıq. Lakin sonda qeyd etmək istərdik ki, unutmayın ki, seçiminiz digərlərinin yox, məhz Sizin həyatınıza təsir edir. Çalışın elə ixtisas, peşə seçin ki, o işlə məşğul olmaqdan zövq alın və peşənizi sevin. Çünki bu sevginiz Sizə ağlınıza gəlməyən çox böyük uğurlar gətirəcək.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next