Politecnico di Torino – Polytechnic University of Turin

TURİN POLİTEXNİK UNİVERSİTETİNDƏ TƏHSİL

İtaliya Azərbaycanın Avropadakı ən önəmli strateji tərəfdaşı olmaqla yanaşı, istər təhsil və iş, istərsə də səyahət üçün ölkəmizdə ən çox sevilən  istiqamətlərdən biridir. Avropada ilk ali təhsil müəssisəsinin İtaliyada qurulduğunu bilirdiniz ? Bolonya Universiteti 1088-ci ildə ali səviyyədə təhsil vermək üçün qurulan və bugünə kimi fəaliyyət göstərən nadir universitetlərdən biridir. Köklü təhsil ənənələrinə malik ölkənin əksər universitetləri dünya siyahalarında da ilk 400 universitet arasında özünə yer tapmaqdadır. İtaliya universitetlərinin bir çoxunda təhsil tam italyan, italyan-ingilis və bir neçə universitetdə isə tam ingilis dilində keçirilir.

Bu blogda sizə Turin Politexnik Universitetində təhsil haqda məlumat verəcəyik.

Turin Politexnik Universiteti (Politecnico di Torino) 1859-cu ildə İtalyanın şimalında, Turin şəhərində mühəndis yetişdirən texniki məktəb kimi fəaliyətə başlamışdır. Universitet bugün Avropada ingilis dilində mühəndislik və memarlıq üzrə təhsil verən ən əhəmiyyətli müəssisələrdən biridir.  İllik ortalama 33,000 tələbəsi olan universitetin tələbələrinin təxminən 14% -i 100 müxtəlif ölkədən gələn xarici tələbələrdir. Universitet QS Dünya Universitetləri Siyahısında (2021) ümumi kateqoriyada dünya üzrə 334-cü, mühəndislik ixtisasları üzrə 39-cu, memarlıq ixtisası üzrə isə 34-cü, neft mühəndisliyi üzrə isə 15-ci yerdə qərarlaşıb.

Bakalavr və Magistr pilləsi üzrə mövcüd olan ixtisaslar:

Aşağıdakı ixtisaslar üzrə Turin Politexnik Universitetində Bakalavr dərəcəsi üzrə tam ingilis dilində təhsil verilir:

  • Memarlıq
  • Avtomatlaşdırma mühəndisliyi
  • Komputer mühəndisliyi
  • Elektronika mühəndisliyi
  • Mexanika mühəndisliyi

Magistr dərəcəsində isə aşağıdakı ixtisaslar üzrə ingilis dilində təhsil mövcuddur:

  • Memarlıq
  • Şəhərsalma
  • İnşaat mühəndisliyi
  • Kompüter mühəndisliyi
  • Data science
  • Elektronika mühəndisliyi
  • Enerji və nüvə mühəndisliyi
  • Mexanika mühəndisliyi
  • Mexatronika mühəndisliyi
  • Neft və mədən mühəndisliyi
  • Nanotexnologiyalar
  • Ekologiya mühəndisliyi

Universitetə Bakalavr səviyyəsindən qəbul üçün, İtaliyanın bütün universitetlərində olduğu kimi 12 illik məktəb təhsili lazım olacaq. Bunun üçün siz CELT High-school proqramına müraciət edə bilərsiniz.  Bununla yanaşı ingilis dilində ixtisaslar üçün 6-6.5 IELTS balı tələb olunacaqdır. Bakalavr və magistr pillərində illik təhsil haqları ixtisas və qəbul ilindən asılı olaraq 2600-3200 avro aralığındadır.

Müxtəlif universitetlər, fakültələr və proqramları haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, aşağıdaki nömrələrdən biri ilə əlaqə saxlayıb daha ətraflı məlumat əldə edə bilərsiniz. Əgər siz qəbul şərtləri , qəbul prosesi və ya ümumiyyətlə xaricdə təhsil planlarınız varsa, CELT Colleges Nərimanov şöbəsinə müraciət etməklə, keyfiyyətli xidmət əldə edəcəyinizə əmin ola bilərsiniz.

Ayla Sultanova

CELT Colleges Nərimanov

narimanov@celt.az

ayla@celt.az

+994 70 270 70 90

+994 12 566 48 23

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next