Oxumaqdan qaçanlar…

Koronavirus səbəbi ilə ölkəmizdə 20 Aprel tarixinədək karantin rejimi tətbiq edilib və bütün təhsil ocaqları bu müddətə kimi fəaliyyət göstərməyəcəkdir. Bu bir çox gənclər üçün xüsusilə “oxumaqdan qaçanlar” üçün bir bayrama çevrilib ?

Çünki nəinki, orta məktəblər, universitetlər həmçinin ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil mərkəzləri fəaliyyətini dayandırıb. Bir çoxları onlayn təhsilə keçib. CELT -də həmçinin onlayn tədrisə keçən təhsil müəssisələrindəndir.

CELT ilə birlikdə istədiyiniz xarici dili onlayn olaraq qısa zamanda mükəmməl öyrənə bilərsiniz. #EvdəQal və #CeltiləÖyrən

“Oxumaqdan qaçmaq”  – gözəl gələcəkdən qaçmaq deməkdir. Yeniyetmələr və gənclər arasında psixoloji sindroma çevrilən bu vərdiş geniş yayılmaqdadır. Sosial şəbəkələr, müxtəlif onlayn oyunlar və s vasitələr yeniyetmə və gənclərdə “oxumaqdan qaçmağı” vərdişə çevirən əsas amillərdir.

Bütün gününü oyun oynamaqla və ya sosial şəbəkələrdən istifadə etməklə keçirən yeniyetmə və gənclərdə dərs oxumağa və yaxud nəyisə öyrənməyə başladıqda  ürək bulanma, baş ağrısı, əhvalın pisləşməsi və yorğunluq kimi əlamətlər yaranır.

“Oxumaqdan qaçanlar” sindiromuna yoluxmamaq üçün və yaxud bu sindiromdan qurtulmaq üçün yeniyetmə və gənclər nə etməlidir?

1. Maraq dairələrini əhatə edən sosial şəbəkələrdən istifadə, oyun oynamaq ( onlayn oyunlar və s ) kimi vərdişlərini idarə etməyə çalışmalıdırlar.

Gün ərzində sosial şəbəkələrdən istifadə üçün və oyun oynamağa nə qədər zaman ayırdığınızı öyrənin. Sərf etdiyiniz vaxtın gününüzün neçə faizini əhatə etdiyini ölçün. Daha sonra sərf etdiyiniz bu vaxtı necə endirə biləcəyiniz haqda plan hazırlayın. Məsələn, sosial şəbəkələrdən gün ərzində 5 saat vaxt sərf edirsinizsə bu vaxtı hər gün 20-30 dəqiqə daha azaltmağa çalışın.

2. Ətrafınızda “Oxumaqdan qaçanlar” dan uzaqlaşmağa çalışın.

Bir insanın müxtəlif vərdişlərinin formalaşmasında onun ətrafının, yəni dost, tanışlarının rolu böyükdür. Əsas vərdiş halına çevrilən hər bir şeyi məhz elə insan ətrafından öyrənir. Məsələn əgər bir yeniyetmə dərs oxumağa meyilli deyilsə, deməli onun ətrafındakı həmyaşıdları arasında yaxudda oxuduğu sinifdə dərs oxumayanların sayı çoxdur. Belə bir durumda valideynlərin müdaxiləsi həmin yeniyetmənin gələcəyinə çox yaxşı təsir edə bilər. Lakin valideyn bu duruma müdaxilə etməyə geciksə, sonradan nəsə dəyişiklik etmək çox çətin olur.

Ona görə ətrafınızdakı insanları seçməyi öyrənməlisiniz. Əgər hər hansı dostunuz yaxud tanışınız Sizi oxumaqdan yayındırırsa və ya oxumamağa sürükləyirsə ondan uzaqlaşın. Bunu birdən edə bilmirsinizsə, zamanla onun sizdən uzaqlaşmasına çalışın.

3. Planlı və disiplinli olun.

Planla davranmaq və disiplinli olmaq hər bir qazanılan uğurun əsasıdır. Gəncliyinizdən və yaşınızın azlığından əmin olub vaxtınızın hələ çox olduğuna güvənməyin. Çünki vaxt heç də çox deyil. Vaxtınızı planlı idarə edib, disiplinlə yaşayın. Ətrafınız ilk öncə sizin disiplin qaydalarınızı qəbul etməyəcək, amma zamanla siz onları öz disiplinli həyatınızı qəbul etdirəcəksiniz.

Yazımızın əvvəlində qeyd etmişdik ki, oxumaqdan qaçmaq – gözəl gələcəkdən qaçmaqdır.

Elmin, təhsilin bir insana nələr bəxş edə biləcəyini bir düşünün. Seçim etməyi, analiz etməyi bacarın. İndiki vəziyyətdə evdə qalmağınız yuxarıda qeyd etdiklərimiz haqda düşünüb həyatınızda nələrisə yaxşıya doğru dəyişmək üçün bir imkandır. Siz bir virusdan qorunmaq üçün evdə qalırsınızsa və müxtəlif qoruyucu vasitələrdən istifadə edirsinizsə, bəs nəyə görə gözəl gələcəyiniz üçün oxumursunuz və ya təhsil almırsınız? Deyək ki, koronavirusdan yoluxmaqdan özünüzü qorudunuz. Bəs beyninizdəki sizi təhsildən yayındıran virus kimi düşüncələrdən kim və nə qoruyacaq?

Xarici dilləri öyrənmək və xaricdə təhsil almaq  hal -hazırda çox asan və əl çatandır. Siz hər hansı rayonda, şəhərdə və kənddə doğulmuş ola bilərsiniz… Amma gələcəyinizin Nyu – Yorkda, Parisdə, Romada və digər hər hansı şəhərdə olmasını siz seçə bilərsiniz… Bu seçim şansını Sizə yaşadığınız həyat və təhsil verə bilər.

CELT – ilə ingilis dilini mükəmməl öyrənib, beynəlxalq IELTS, TOEFL, SAT və s imtahanlara hazırlaşa  və xaricdə təhsil arzunuz reallaşdıra bilərsiniz. Ətraflı məlumat üçün bizə yazın.

Çalışın ki, “Oxumaqdan qaçanlardan” olmayın. Bunun üçün elə ilk görə biləcəyiniz iş #evdəqalmaqdan yararlanıb özünüzdə kitab oxumaq vərdişi yarada bilərsiniz. Elə ilk oxuya biləcəyiniz kitabda Ceyms Deşnerin “Labirintdən Qaçanlar” romanı ola bilər… ?

Növbəti maraqlı bloqumuzu gözləyin…

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.