Böyük Britaniyada Oxford Universiteti alimləri COVID-19 vaksinin sınağını uğurla həyata keçiriblər.. Epidemiyaya qarşı dərman vasitəsini hazırlayanlar bunun çox təhlükəsiz olduğunu vurğulayırlar.
“Reaksiyalar bizi çox qane etdi. Bütün bunları müşahidə etmək xoş idi. Bu vaksinlə işləmək olar”, – universitetin direktoru, professor Edrien Hill belə deyir.
Oxfordda hətda imtahansız Harvardda da oxuya bilərsən! Necə? Əlbəttəd ki, CELT ilə… CELT Sizə dünyanın ƏN YAXŞI universitetlərinin tələbəsi olmağı vəd edir. Ətraflı məlumat üçün bizə müraciət edin.
Vaksinin sınağında təxminən 1000 nəfər iştirak edib. Onların arasında Oksfordda yaşayan Vayni ailəsinin üzvləri də var. Keti, Toni və onların qızı Riannon könüllü kimi müraciət ediblər. Sınaq çox uğurla nəticələnib. Çox ümid edirik ki, Oxford Universiteti bütün dünyanı tezliklə sevindirər.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada virusa yoluxanların sayı 15 milyon nəfərə yaxınlaşır. Təxminən 615 min nəfər həyatını itirib.