Orta məktəb dərsliklərinin qiymətləndirilməsi sahəsində mütəxəsis TƏLƏB OLUNUR!

Dərsliklərin qiymətləndirilməsi “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”naəsasən 100 ballıq şkala əsasında həyata keçirilir.Seçilmiş mütəxəssislər dərsliyin təhsil proqramına (kurikuluma) uyğunluğunu, dərsliyə daxil edilmiş materialların elmi etibarlılığını, dəqiqliyini, inkişafyönümlülüyünü, tərbiyəyönümlülüyünü, dəyəryönümlülüyünü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğunu, dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğunu, dizayn və tərtibatın məntiqliyini, estetikliyini və müasirliyini qiymətləndirəcəklər. Mütəxəssis xidmətləri aşağıdakı fənlər üzrə tələb edilir:

  1. Azərbaycan dili (tədris dili)
  2. Azərbaycan dili (dövlət dili)
  3. Ədəbiyyat
  4. Riyaziyyat
  5. İnformatika
  6. Həyat bilgisi
  7. Kimya
  8. Texnologiya
  9. Təsviri incəsənət
  10. Musiqi
  11. Fiziki tərbiyə
  12. Gənclərin çağırışaqədərki hazırlığı
  13. Alman dili
  14. İngilis dili
  15. Fransız dili
  16. Русский язык (иностранный язык)
  17. Математика
  18. Информатика
  19. История Азербайджана
  20. Всеобщая история
  21. Познание мира
  22. Химия
  23. Физика
  24. Биология
  25. География
  26. Технология
  27. Изобразительное искусство
  28. Музыка
  29. Физическое воспитание
  30. Допризывная подготовка

Namizədlərə verilən tələblər:

Təhsili: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə malik olmalıdır.

Təcrübəsi: Namizəd müraciət etdiyi fənnə uyğun pedaqoji və ya elmi təcrübəyə malik olmalıdır.

İKT-dən istifadə bacarıqları: Namizəd Microsoft Word proqramından istifadə etməyi bacarmalıdır.
Üstünlük veriləcək namizədlər: Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları ilə iş təcrübəsi olan; ingilis dilini bilən; xarici tədris resurslarının tərcümələrində iştirak edən; 10 (on) ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan; buraxılış imtahanlarında tətbiqedilən tapşırıqların, xüsusilə situasiya tapşırıqlarının hazırlanmasında təcrübəsi olanlar.
Müraciət forması: Müraciət edən şəxslər müraciət etdiyi fənni göstərmək şərti ilə elana əlavə olunmuş formada öz qısa avtobioqrafiyasını (CV) 31.08.2020-ci il tarixədək vusala.aliyeva@edu.gov.az elektron poçtuna göndərə bilər.
Müraciətə baxılma qaydası: Daxil olan CV-lər əsasında tələblərə cavab verən namizədlər seçilərək onlardan müraciət etdiyi fənn üzrə ən azı bir dərsliyi qiymətləndirmək istəniləcəkdir. Təqdim edilən sınaq qiymətləndirmə əsasında ən uyğun namizədlər müəyyənləşdiriləcək və onlar müsahibəyə dəvət ediləcəkdir.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next