Ofisiantın “Uğur Hekayəsi…”

Sizə ötən bloqumuzda Tural adlı gəncin IELTS imtahanı verib yüksək nəticə əldə etməsindən danışmışdıq. Əgər aranızda əvvəlki bloqu oxuyan yoxdursa, həmin şəxs buradan keçid edərək həmin bloqu oxuya bilər.

Insan həyatında hər zaman özünü axtarır. Həmişə nə istədiyini düşünür. Kimisi qarşısına məqsəd qoyaraq istəklərinə çatır, kimisi isə sadəcə istəkləri barədə düşünür və onları gerçəkləşdirmək üçün heç bir addım atmır. İstək və Hərəkət bunlar bir-birini tamamlamayanda insanın həyatında nələrsə çatmır. İnsan həyatının müəyyən dövrünü heç bir uğur qazanmaya bilər və bu normaldır. Lakin bu o demək deyil ki, insan daim uğursuzluqlarla üzləşəcək. Necə deyərlər : “Hər gecənin bir gündüzü var.”

Tural həyatını 0-dan quran bir insandır. Orta təhsilli, müəyyən yaş həddinə çatmış insandır və o “artıq hər şeyə gecdir” düşüncəsinə sahib ola bilərdi. Bilmirəm bəlkə də belə bir düşüncələr onda da olub. Lakin o bu düşüncələrinə qarşı gəlməyi, iradəli olmağı və həyatda nələrəsə nail olmaq gücünü formalaşdırmağı daha üstün tutaraq həyatını 0-dan qurmağa başlayıb.
Bir neçə gün öncə onunla görüşüb bu haqda ətraflı danışdıq.O ingilis dili öyrənməyi özünə əsas məqsəd olaraq görürmüş. Sadəcə olaraq atasının onun bu istəyini dəstəkləməməsi və ətrafdakı insanların onun bu istəyinə ciddi yanaşmaması onu bu məqsədə çatmağa daha da həvəsləndirib. İnsan o zaman uğur qazanır ki, onu ürəkdən istəyir və ona doğru hərəkət edir. O ilk vaxtlar ingilis dili kursuna başlarkən heç cürə vaxt çatdıra bilməyəcəyini düşünüb. Çünki ofisiant olaraq çalışmaq çox çətindir. Həm də bu iş insanın demək olarki gününün yarısını əlindən alır. Lakin həvəsli, məqsədli və inadlı olması onu bu işin qədər çətin olmasına baxmayaraq bu fikirindən daşındırmayıb.

Sizdə onun bağlı çox sualllar yarandı? O zaman gəlin onun uğur hekayəsini öz dilindən eşidək…

Mənim adım Turaldır. 25 yaşım var. Orta məktəbi oxumamışam. Uşaqlığım, yeniyetməlik illərim çöldə heyvan otarmaq və kənd işləri görməklə keçib. Əsgərlikdən qayıtdıqda kənddə bir müddət qaldım və daha sonra Bakıya işləməyə gəldim. Tikintidə fəhlə kimi çalışdım. Daha sonra usta köməkçisi kimi işlədim. Lakin sonradan əldə etdiyim gəlirin qənaətbəxş olmaması və işlərin daimi olmaması səbəbindən tikinti işindən çıxdım və iş axtarmağa başladım. Düzü etiraf edim ki, hər dəfə Bakıda metroda, avtobusda tələbə həmyaşıdlarımı gördükdə onlara heyranlıqla baxırdım. Belə olan vaxtlarda “niyə mən də onlar kimi deyiləm?” – deyə özümü çox qınayırdım. Daha sonra müxtəlif səbəblər gətirib özümü təsəlli edirdim. Ofisiant kimi işləməyə başladıqda alicənab, ziyalı insanları gördükdə onlara həsədlə aparırdım. Hətda toyların birində bir orta yaşlı insana xidmət göstərərkən aramızda yaranan ünsiyyətdə onun mənə çox yaxşı bir formada tərif deməsi və məni burada yox, hər hansı yaxşı işli-güclü bir böyük şəxsiyyətə bənzətməsi mənə çox böyük güc vermişdi. O zaman düşündüm ki, bəlkə də onun etdiyini indiyənə kimi digər mənə yaxın olan insanlar etsəydi bəlkə də mən bu uğuru indi yox, çoxdan qazanmışdım. Amma düzü heyfslənmirəm. Çünki ən əsası odurki, mən bu uğuru qazanmışam.

Həftənin 4 günü işdən çıxıb kursa gedirdim. Hər dəfə yorulub bezəndə buraxmaq istəsəm də özümə “zaman hər şeyin təbibidir” ifadəsilə təsəlli verirdim. Düşünürdüm ki, zamanla bu çətinliyə öyrəşəcəyəm və zamanın mənim xeyirinə işləyəcəyinə inanırdım. Çünki zaman məni elmə, biliyə və ən əsası məqsədimə doğru aparacaqdı. Belə də oldu. Zaman məni bu məqsədimə gətirib çatdırdı. Amma bu nəticə ilə kifayətlənmək istəmirəm. Avropa universitetlərinin bir neçəsinə müraciət etmişəm və qəbul məktubu aldığım universitetdə var və bununla yanaşı təqaüd proqramına da müraciət etmişəm. Düşünürəm ki, ondan da yaxşı nəticə əldə edəcəyəm. Çünki daha böyük uğurlara imza atıb gələcəkdə mənim kimi maddi köməkdən çox mənəvi köməyə ehtiyacı olan gənclərə kömək etmək istəyirəm.

Bütün bu yazını oxuyan oxuculara inadlı, məqsədli olmağa çağırııram. İngilis dilini mütləq öyrənin və təhsil alın. Çünki Siz inadlı məqsədli olduqda zaman yalnız Sizin xeyirinizə işləyəcəkdir… Unutmayın ki, ən gözəl uğur elmlə təhsillə qazanılan uğurdur…

Növbəti maraqlı bloqlarımızı gözləyin…

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.