ODTÜ -də necə təhsil almaq olar?

Bu bloq yazımızda sizlərə Türkiyənin ən güclü universiteti olan ODTÜ yəni Orta Doğu Texnik Universitetində necə təhsil almaq olar sualına cavab tapacaqsınız.

Orta Doğu Texnik Universiteti demək olarki Türkiyənin ən güclü universiteti olmaqla bərabər eyni zamanda qəbul şərtləri ən çətin olan universiteti kimi də bilinir. ODTU tələbəsi və məzunu olmaq tək Türkiyəli və Azərbaycanlı gənclərin həvəsi olmamaqla yanaşı həmçinin dünyanın bir çox ölkəsində yaşayan gənclərində həvəsindədir.

Universitetin tələb etdiyi imtahanlar? Azərbaycanlı tələbələr aşağıdakı imtahanlardan birini verməklə universitetə qəbul ola bilər. Hal-hazırda Azərbaycanlı tələbələr bakalavr təhsil pilləsi üzrə 3 imtahan yolundan birini seçməklə qəbul ola bilərlər.

  • SAT imtahanı ilə yeni SAT imtahanından 1200 balı keçmiş və riyaziyyat hissəsi 800 ballıq sistemdən 680 baldan yüksək olan tələbələr.
  • İB – İB Azərbaycanda bəzi məktəblərdə tədris olunan xüsusi proqramdır bu proqramın sonunda İB diplomu verilir və həmin diplom balınız 33 baldan yüksəkdirsə siz ÖDTÜ yə qəbul ola bilərsiniz.
  • TQDK balı – ixtisas fənni üzrə TQDK imtahanından 650 balı keçən tələbələr qəbul ola bilərlər.

Qeyd etmək istərdimki ODTÜ də oxumaq istəyənlər YÖS imtahanına hazırlaşmasınlar çünki universitet YÖS imtahan nəticəsi ilə tələbə qəbul ETMİR.

Yuxarıda qeyd etdiyimiz imtahanlardan birini vermisinizsə bu o demək deyilki siz universitetə qəbul olacaqsınız. Çünki universitetə bütün dünyadan o qədər çox saylı tələbə müraciət edir ki, burada rəqabət həddindən artıq böyükdür. Yaxşı olarki sizin bu imtahan nəticələrindən əlavə olaraq beynəlxalq olimpiada nəticələriniz, beynəlxalq yarışlarda qalibiyyətiniz və könüllü iştirak etdiyiniz layihələri sübut edəsiniz. Bu zaman sizin digər namizədlərdən üstünlüyünüz ola bilər, Bundan əlavə sizin referans məktublarınız və motivasiya məktublarınız yaxşı şəkildə yazılmalıdır. Orta məktəb qiymətləriniz isə bacardığınız qədər yüksək saxlamalısınız. Universitetdə təhsil dili ingiliscə olduğu üçün sizin Toefl və ya İELTS imtahan nəticəniz olmalıdır əgər dil sertifikatınız yoxdursa o zaman bir il əlavə hazırlıq keçməli olacaqsınız.

Orta Doğu Texnik Universiteti bir dövlət universiteti olduğu üçün təhsil haqqı da aşağıdır orta hesabla illik 2.000 TL olacaqdır. Universitetə sənəd qəbulu isə may ayından avqust ayının sonuna kimi davam edir. Universitet il ərzində bütün ölkələrdən 300 nəfərə yaxın xarici tələbə qəbul edir. Bu isə hər ixtisasa 5-10 nəfərin qəbul olması deməkdir. Rəqabət olduqca böyükdür.

Qəbul üçün:
012 492 68 53, 055 503 59 39 
Fərid müəllim

161 thoughts on “ODTÜ -də necə təhsil almaq olar?”

  1. Salam, DİM balı ilə ODTÜ’yə daxil olmaq çox çətindir? Bəs DİM’dən əlavə TOEFL balı da olsa, nə dərəcədə avantaj yaradar?

    1. Qiymətlər hər il dəyişir. OTDU-nun öz saytından baxsanız daha yaxşı olar. Orda yazılanlar çox güman ki köhnədir.

    1. Salam mən əfqanıstanlı vətəndaşıyam indi isə qaçqın olaraq azərbaycanda təhsil alıram bu il 11 ci sinifi kotaracam əgər dim dən yuksək bal yığsam OTDÜ universitində mımarlıq fakültəsinə oxuya bilirəm?mımarlık fakültəsinə oxumaq üçün TQDK dan neçə balı keçmək lazımdır ?həmdəki orda təqaüdlü oxumaq olar?

      1. Təqaüd üçün Turkiye Burslarına müraciət etməlisiniz. DIM-dən 700 balda toplasanız qəbul qarantisi yoxdur. Memarlıq qabliyyət də istəyir

  2. Salam. Burada hansı ixtisaslara qəbul olmaq olar?? 11ci sinifdə imtihan vermək mümkündür?? Eyer vere bilsəy hansı ixtisaslara qəbul ola biləriy?

  3. Salam! ODTÜ – də 600 və ya 650+ balla moleküler biyoloji ve genetik ixtisasında təhsil almaq mümkündür? Və bir də başqa hansı universitetlərdə bu mümkündür? zəhmət olmasa, cavablandırardınız.

  4. Salam,eyni anda hem sat hem dim imtahani vermenin tesiri var?(her ikisi de yuksek baldisa) ya bu tesir etmir ancag bir imtahan sechib vermek lazimdir?

  5. Salam. Mən Xəzər universitetinin 3cü kursunda oxuyuram. Lakin təhsil qane etmədiyi üçün ODTU-ya Computer Science-ə hazırlaşmaq istəyirəm bu il. 3 il əvvəl İELTS sertifikatı almışdım 6.5 olmuşdu. Lakin 2 ilə İELTS sertifikatının keçərliliyi düşür bildiyim qədərilə. Lakin universitetdə dərslər ingilis dilində keçirilir. İndi mən SAT-dan kifayət qədər bal yığmağı bacarıb CS ixtisasına düşə bilsəm İELTS və ya TOEFL verməyim şərtdir? çünki universitetdə dərslərin ingiliscə keçirilməsinə dair bir sənəd TOEFL-i əvəz edərmi? Zəhmət olmasa məlumat verərdiniz. Təşəkkürlər)

  6. Salam menim 35 yasim var, bu il ODTÜ math veya physics oxumaq isteyirem. Sualım odur ki elimde sadece SAT imtahan neticesi ile müraciet etmek ne qeder realdır ? Yeni SAT imtahanına hazırlaşmağa deyer mi ? Teşekkürler.

      1. Salam,
        ODTU da Computer Science oxumaq isteyirem ,bunun ucun SAT balim neçe olmalidir? Ve OTDU da Bursu nece almaq olar?

      2. OTDU mühəndislik fakültəsi çox rəqabətlidir. Çox adam müraciət edir ama cəmi 3 adam qəbul edir ya da ona yaxın. Normal bal 1500+ olmalıdır ama yenə qəbul olmaya bilərsiniz. Başqa unilərə də müraciət etmək lazımdır

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next