Norveçin 1 nömrəli Biznes Universiteti – BI Norwegian Business School

BI Norwegian Business School 1943-cü ildə Norveçin paytaxtı Oslo şəhərində fəaliyyətinə başlamışdır. Universitet Norveçin 1-ci, Avropanın isə 2-ci ən böyük biznes universitetidir. BI 1983-cü ildən bu yana 200.000-dən çox məzunla Norveçin iqtisadiyyat və idarəetmə sahəsində ixtisaslaşmış ən böyük universitetidir. Universitet  “Üçlü Tac” adlanan akkreditasiyaya sahibdir ki, bu akkreditasiyaya sahib olmağı dünya biznes məktəblərinin sadəcə 1%-i bacara bilmişdir.

Universitetin əsas kampusu paytaxt Oslo şəhərində yerləşir. İkinci böyük kampus isə Bergen şəhərində yerləşən kampusu sayılır. Əlavə olaraq Stavanger və Trondheim şəhərlərində də kampuslara sahib olan universitetdə ümumilikdə 18 mindən çox tələbə təhsil alır ki, bunun da böyük bir hissəsini bakalavr pilləsi üzrə təhsil alan tələbələr təşkil edir. Bu sayın bir hissəsi də BI Business School kampuslarında təhsil alan, 100-dən çox fərqli millətdən olan beynəlxalq tələbələrin payına düşür.

BI tələbələrə əsasən Biznes və İqtisadiyyat sahələri üzrə üstün keyfiyyətli təhsil ala biləcəkləri Bakalavr, Magistr və MBA proqramları təklif edir. Universitet təhsil proqramları arasında beynəlxalq tələbələr üçün 2 bakalavr və 10 magistr proqramı mövcuddur. Bundan əlavə hazırlıq oxumaq istəyən tələbələr üçün Foundation proqramı da mövcuddur ki, bu proqrama müraciət edən tələbələr İsveçdə yerləşən Jönköping Universitetində 1 il müddətini əhatə edən hazırlıq təhsili alırlar. Proqramı bitirdikdən sonra tələbələr seçimlərindən asılı olaraq təhsillərini BI Business School’da və ya Jönköping Universitetində davam etdirə bilərlər.

BI, Marketing sahəsi üzrə magistr təhsili almaq istəyən tələbələrə də xüsusi proqram təklif edir ki, bu proqram üzrə təhsil alan tələbələr ilk akademik ildə təhsillərini Norveçdə BI Business School’da başlayırlar. İkinci akademik ildə isə təhsillərini İtaliyanın paytaxı Roma şəhərində yerləşən və dünyanın ən yaxşı universitetlərindən biri sayılan LUISS University’də davam etdirirlər.

Universitet beynəlxaq tələbələr üçün sadəcə iki bakalavr proqramı: Business AdministrationBusiness Analytics proqramlarını təklif edir. Business Administration proqramı üzrə təhsil alan tələbələr təhsillərinin üçüncü ilində ixtisaslaşma üçün 3 fərqli sahədən: Finance, International Business və ya Shipping Management sahələrindən birini seçə bilirlər.

BI Business School aşağıda qeyd edilmiş 10 fərqli ixtisas üzrə tamamilə ingilis dilində tədris olunan magistr təhsili təklif edir:

– Enterpreneurship and Innovation
– Business
– Finance
– Applied Economics
– Strategic Marketing Management
– Leadership and Organisational Psychology
– Quantitative Finance
– Marketing (LUISS University ilə birgə)
– Quantitative Techniques for Economics and Management (QTEM) Masters Network

Bundan əlavə universitetin magistr təhsili üzrə ikili dərəcə əldə etmək istəyən tələbələr üçün də xüsusi proqramları mövcuddur. Belə ki, BI Business School, Business, Finance və Strategic Marketing Management ixtisasları üzrə ikili magistr dərəcəsi proqramlarını təklif edir. Bu proqramlar üzrə magistr təhsilini bitirən tələbələr həm BI Business School tərəfindən, həm də müvafiq ixtisaslar üzrə aşağıda qeyd olunmuş universitetlərdən birindən də dərəcə əldə etmiş olurlar:

Master in Finance:
– Católica-Lisbon School of Business & Economics (Portugal)
– EDHEC Business School (France)

Master in Business:
– Católica-Lisbon School of Business & Economics (Portugal)
– Smith School of Business, Queen’s University (Canada)
– EDHEC Business School (France)

Master in Strategic Marketing Management:
– LUISS Guido Carli University (Italy)
– University of Groningen (Netherlands)

Qəbul şərtləri və Müraciət tarixləri:

Norveçdə məktəb təhsili 12 il müddətini əhatə etdiyi üçün bakalavr pilləsi üzrə təhsil almaq istəyən Azərbaycanlı tələbələr məktəb təhsilinə əlavə olaraq ən azı 1 illik akdemik təhsilə sahib olmalı və ya BI Business School’un Jönköping University ilə ortaq təklif etdiyi Foundation (hazırlıq) proqramında 1 il təhsil aldıqdan sonra bakalavr təhsillərinə başlaya bilərlər.

Bakalavr pilləsi üçün ümumi tələblər aşağıdakı kimidir:

Minimum 18 yaş
– Məktəb təhsili + 1 il akademik təhsil və ya hazırlıq
– IELTS 6.0+ / TOEFL 78+

Magistr təhsili üçün əsas tələblər isə bunlardır:

– Uyğun sahə üzrə Bakalavr təhsili
– 80+ GPA (Ümumi Orta Bal Göstəricisi)
– GMAT 600+ / GRE (Verbal: 152 / Quantitative: 158)
– IELTS 6.5+ / TOEFL 90+

*BI Norwegian School’da bakalavr və ya magistr pilləsi üzrə təhsil almaq istəyən tələbələr 1 Mart tarixindən gec olmayaraq online şəkildə müraciətlərini tamamlamalıdırlar. Universitet tərəfindən proqrama qəbul olduqları barədə məktub aldıqdan sonra isə Viza müraciətinə başlamalıdırlar.

Təhsil haqqı və yaşam xərcləri:

Universitetin Norveçin və Avropanın ən reytinqli biznes universitetlərindən biri olmasına baxmayaraq digər bir çox nüfuzlu universitetlərlə müqayisədə təhsil haqqı nisbətən aşağıdır. Belə ki, Bakalavr pilləsi üzrə təhsil almaq istəyən tələbələrin universitetə ödəməli olduqları illik təhsil haqqı 8.590 avro təşkil edir.
Business Analytics ixtisası istisna olmaqla digər bütün Magitr proqramları üzrə təhsil haqqı isə 10.330 avro’dan ibarətdir. Business Analytics ixtisası üzrə magistr təhsilinin ödənişi isə 12.100 avro’dan ibarətdir.
BI Business School’un LUISS University ilə birgə təklif etdiyi Master in Marketing proqramı üzrə təhsil haqqı isə 1-ci akademik il üçün 9.900 avro, ikinci akademik il üçün isə 12.700 avro dəyərindədir.

BI, akademik göstəriciləri yüksək olan tələbələrin müraciət edə biləcəyi xüsusi təqaüd proqramları da təklif etməkdədir. Təqaüd proqramından yaralanmaq istəyən tələbələr 1 mart tarixindən gec olmayaraq bu proqrama müraciət etməlidirlər.
Norveçdə təhsil almaq istəyən beynəlxalq tələbələr üçün illik yaşam xərcləri təxminən 12.000 avro’dan ibarətdir. Bu xərclərə yataqxana, qida, əyləncə və digər bu kimi xərclər daxildir.

BI Norwegian Business School həm yüksək keyfiyyətli biznes təhsili almaq istəyən, həm də möhtəşəm Norveç təbiətini yaşamaq istəyən tələbələr üçün ən uyğun seçimlərdən biridir.

Xaricdə təhsillə bağlı bağlı yeniliklərdən mütəmadi olaraq xəbərdar olmaq istəyirsinizsə, yan tərəfdə qeyd olunmuş keçidə daxil olaraq formumuza abunə ola bilərsiniz: bit.ly/3gtu2IV

Ətraflı məlumat və müraciət üçün:

CELT Colleges Sahil
Tel: (+994 12) 493 48 18
Mob: (+994 51) 492 02 89
sahil@celt.az
elgunk12.sg-host.com
Ünvan: 113 Həzi Aslanov küçəsi, Bakı, Azərbaycan AZ1095

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next