NİYƏ TOEFL?

Müasir zamanda insanların xarici universitetlərdə təhsil almaq  istəkləri günü – günüdən artır. Belə ki, artıq Azərbaycanda bir çox insanlar orta məktəbi bakalavr dərəcəsini, magistr dərəcəsini xaricdə oxumağa üstünlük verirlər. Xarici universitetlərdə təhsil almaq üçün  əsas və vacib şərtlərdən biri TOEFL imtahanıdır. Dünyanın istənilən universiteti xaricdən tələbə qəbul edərkən bu imtahanları tələbə edir. Amma bir neçə universitet var ki, istisna hal kimi ilk öncə bu imtahanlar olmadan da tələbə qəbul  edirlər. Lakin tələbə həmin universitetdə oxuyarkən bu imtahanı verməlidir.

TOEFL nədir?

TOEFL (Test of English as a Foreign Language) İngilis dili səviyyəsini qiymətləndirən beynəlxalq imtahandır. TOEFL imtahanını dünyanın 100 – dən artıq ölkəsində vermək mümkündür.  Mənbələrdə qeyd edilir ki, hər il  təxminən bir milyondan artıq insan TOEFL imtahanı verir. Bu imtahan dünyanın demək olar ki, bütün universitetləri tərəfindən qəbul olunur. TOEFL – un özünəməxsus xüsusiyyətlərindən biri onun internet vasitəsilə verilməsidir. Belə imtahan forması   IBT (İnternet based  TOEFL) adlanır. Amma TOEFL imtahanını  yazılı şəkildə də vermək olar. Bu internetin olmadığı yerlərdə təşkil olunur. Bu imtahan forması isə  PBT (Paper based TOEFL) adlanır.

TOEFL IBT imtahanı dörd hissədən ibarətdir: Reading (oxumaq), Listening (qulaq asmaq), Speaking (danışıq), Writing (yazı).

Reading hissəsində mətnlər verilir  və mətnə aid suallara cavab vermək lazımdır. Listening hissədə isə müxtəlif dialoqlar, şəkillər verilir . Speaking və Writing hissələrində isə müvafiq olaraq danışıq yazı səviyyələri yoxlanılır.

Kimlər bu imtahanı verə bilər?

Bu imtahanda istənilən İngilis dili biliyinə güvənən şəxslər iştirak edə bilər. Belə ki, imtahanda uğur qazanmaq üçün ən azı İngilis dilindən intermediate səviyyədə bilmək  lazımdır. Lakin ümumilikdə bu imtahana girmək üçün yaş məhdudiyyəti yoxdur.

Necə əldə etmək olar?

Bu imtahanı artıq bir neçə ildir ki, Azərbaycanda fəaliyyət göstərən CELT şirkətində (TOEFL in Azerbaijan) əldə etmək olar. Belə ki, bu imtahana hazırlaşmaq üçün xaricdən dəvət olunmuş professional müəllimlərlə birlikdə dərslər alacaqsınız.  Bütün bunlarla bərabər bu ildən başlayaraq  CELT – də sizin rahatlığınızı təmin etmək üçün  TOEFL IBT test imtahanı mərkəzi yaradılmışdır. Siz artıq CELT – də həm hazırlaşa, həm də  rəsmi TOEFL IBT imtahanı verə bilərsiniz.

Əlaqə: CELT (Baş Ofis)

Məmməd Əfəndiyev küç. 6

İçəri şəhər metrosu ( Axundov Bağı)

Tel: 012 492 6853

45 thoughts on “NİYƏ TOEFL?”

  1. slm.bagilayin yene narahat edirem…ama cavabinizi deqiq bawa duwmedim yeni men bu il ve ya gelen il bu fakulte uzre xaricde umumiyetle tehsil ala bilmerem yoxsa yalniz dovlet hesabina?

    1. melumat ucun cox sag olun men sabah sizin bas ofisinize gelib daha cox melumat almag isteyirem. bu barede kimle elage saxlamaliyam? birde deye bilersinizmi bu ixtaslar hansilardir?

      1. Fərid Kərimov (Admin)

        Siz gəlin bizim ofisə məlumat verəcəklər. Elgün müəllimlə əlaqə saxlaya bilərsiniz. Ofisə gəlin Elgün müəllimi soruşun, olmasa Xəyyam müəllimlə də danışa bilərsiniz. 012 492 68 53

      2. ama bele bir sey varki, eger ielts yada ki toefl imtahaninin hansisa birini verib xarici dovletdeki universitede gebul olsam menim pullu oxuyub ve yaxud oxumamagim neden asilidir. vaxt az oldugundan bunlari sorusmagi unutmusam..

  2. Onu mende fikirlewmiwem,ama indi elimde ele bir wans yoxdu,ona gore ielts a getmek isteyirem..Londona wansim ancag 1-2 ile ola biler…

    1. Ingilis dilin oyrenmek isteyirsinizse size meslehet kimi deye bilerik umumi ingilis dili kurslarina gelin. Sonra IELTS baslayarsiniz. Bundan basqa eger siz ILETS imtahanindan istediyiniz neticeni elde etseniz onun muddeti 2 ildir. yeni 2 il muddetine onu istifade ede bilersiniz. Etrafli melumat ucun 012 492 68 53

  3. Bagiwlayin men yene nrht edirem…Men ielts de hazirlawmag isteyirem sentda..Sadece ing.dilin temiz oyrenmek ucun,bunun da muddeti 6 aydir?? Birde toefldaki kimi 108 manatdi qiymeti?? Birde ki olar ki men misalcun 6aya ieltsda hazirlawib,xarice imtahan verdim,mene lazim olan neticeni elde etdima,a xarice hele ki getmek istemirem,bu neticeden xarice getmek istediyim vaxt istifade eliye bilerem?? misalcun 2-3 il sora??? Ama hal hazirda ieltse esas ing.dilin temiz oyrenmek ucun getmek isteyirem,bu mumkundur??? Suallarin hamisina cvb verseninz coox sevinerem …

    1. duzdu cavab vermek menim vezifem deyil amma oz movqeyimi bildirim ki siz ingilis dilini oyrenib serbest danisib basa dusmek isteyirsinizse hokmen ielts veya sat-e hazirlawmaginiz vacib deyil.Eger imkaniniz varsa Londona falan 2 heftelik veya 1 ayliq falan kurs goturub yaxsi oyrene bilersiniz.Men de ele edecem sexsen.