Niyə Koç universiteti?

Bu dəfə blogumuz Türkiyənin nüfuzlu universitetlərindən biri olan  Koç universiteti haqqındadır. Koç universiteti 1993-cü ildə Türkiyənin İstanbul şəhərində açılmışdır. Universitetin  kompleksinə laboratoriyalar, yataqxana, kitabxana, sosial obyektlər, tibb mərkəzi və s. daxildir. Yarandığı gündən bu günə kimi 20 il müddətində fəaliyyət göstərən universitet Türkiyənin qabaqcıl və sevimli universitetlərindən biri sayılır. Universitetin magistr və bakalavr pilləsi üzrə bir çox fakültələri mövcüddür.

Bakalavr üzrə olan fakültələr:

• Mühəndislik (College of Engineering)

• Hüquq ( Law school)

• Tibb fakültəsi (School of Medicine)

• Elmlər Kolleci (College of Sciences)

• Sosial və Humanitar Elmlər (College of Social Sciences and Humanities)

• İqtisadi və İnzibati Elmlər ( College of Administrative Sciences and Economics)

• Tibb bacılığı (School of Nursing)

Magistr pilləsi üzrə fakültələr:

• Biznes (School of Business)

• Elm və Mühəndislik (School of Sciences and Engineering)

• Sosial və Humanitar Elmlər(School of Social Sciences and Humanities)

• Tibb elmləri (School of Health Sciences)

Bakalavr pilləsi üzrə tələblər:

           Koç Universitetində Hüquq fakültəsi  türkçə tədris olunduğu üçün sizə türk dili biliyinizi təsdiq edəcək imtahan nəticəsi lazım olacaqdır.

           Siz Hazırlıq ili oxumamaq üçün  ingilis dili biliyinizi təsdiq edəcək imtahandan keçərli balı toplamalısınız.  TOEFL imtahanından minimal keçid tələbi 80 baldır.

           Bakalavr pilləsi üzrə SAT və SAT II imtahanlarından minimal tələb olunan ballar:

           SAT imtahanından  minimal keçid tələbi 1180 baldır. Tibb və ya hüquq fakültəsinə müraciət etdikdə minimum 1410 bal tələb olunur.

           SAT II imtahanın nəticəniz olsa sizin üçün bu təqaüd almaqda advantage ola bilər. İmtahandan minimal keçid tələbi göstərilməmişdir, lakin fənnlərdən biri mütləq Riyaziyyat olmalıdır. Tibb və ya hüquq fakültəsinə  isə müraciət edirsinizsə, ikinci fənn Biologiya və ya Kimya olmalıdır.

Magistr pilləsi üzrə tələblər:

           Resume/CV

           2 Referans məktubu

           Transkript (minimum GPA –  2.5 ilə 3.75 arasında proqrama görə dəyişir)

           GRE imtahanın nəticəsi

           İngilis dili biliyinizi təsdiq edəcək TOEFL imtahanından minimum  80 bal

Universitetdən təqaüd almaq imkanınız da var, lakin bu sizin sənədlərinizi  nə qədər tez göndərəcəyinizdən və motivasiya məktublarınız dəyərləndirildikdən sonra müəyyənləşdiriləcəkdir. Sizin  25%, 50% və 100% təqaüd almaq şansınız var.

Universitet, fakültələri və proqramları haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, aşağıdakı nömrələrdən biri      ilə əlaqə saxlayıb daha ətraflı məlumat əldə edə bilərsiniz. Əgər siz  qəbul şərtləri , qəbul prosesi  və ya bu universitetdə təhsil almaq haqqında düşünürsünüzsə, CELT Colleges-in Nərimanov şöbəsinə müraciət etməklə, keyfiyyətli xidmət əldə edəcəyinizə əmin ola bilərsiniz. 

Ayla Sultanova

CELT Colleges Nərimanov

narimanov@celt.az

(+994 12) 566-48 -23

(+994 50) 210-91-54

4 thoughts on “Niyə Koç universiteti?”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More