Niyə Amerika? I-ci hissə

Niyə Amerika? Bildiyimiz kimi Amerika dünyanın ən inkişaf etmiş dövlətlərindəndir. Əlbətdə Amerika hər sahədə olduğu kimi təhsil sahəsində də ən inkişaf etmiş ölkələr sırasındadır. Belə desək ilk yeri tutanlardandır. Deməli dünyanın 20 ən yaxşı universitetlərindən yalnız 4-5-i Avropa və digər dövlətlərdə yerləşir. Qalan 15-16 universitetlərin hamısı Amerikada yerləşir.

Bundan əlavə olaraq qeyd etmək istəyirəm ki, təhsil sistemi də bir qədər fərqlidir. Beləki, Amerikada təhsil alan tələbə 3-cü kursadək özü seçdiyi “paket dərsləri” üzrə təhsil alır. Leksiyalarda iştirak edən tələbələrə öncədən leksiya üzrə konspektlər paylanır. Budakı tələbələri leksiya yazmaqdan xilas edir  Lakin ev tapşırıqları həddindən artıq çox olur. Tələbə vaxtının çox hissəsini kitabxanalarda keçirir. Bir çox universitetlərdə belə bir qayda var ki, hər bir tələbə gün ərzində 100 vərəq ədəbiyyat oxumalıdır. Ev üçün tapşırıqların çox hissəsini məsələlər, referatlar və ədəbiyyat üzrə təhlil və araşdırmalar təşkil edir. Tələbə 3-cü kursdan sonra seçdiyi ixtisas üzrə təhsil alır. Lakin çox nadir hallarda təhsil proqramları imkan yaradır ki, tələbə iki ixtisas üzrə diplom (Dual degree program) alsın. Məsələn: siyasətşünaslıq və ya diplomatiya. Bundan başqa tələbəyə partnyor əməkdaşlığı proqramları çərcivəsində 1-2 kurs Çin, Sinqapur, İngiltərə və ya Fransa da təhsil almaq imkanı yaradılır. Bu da universitetlərin partnyorluq proqramlarından aslıdır.

Amerikada təhsil almaq üçün universitetlərə qəbul prosesi ilk olaraq müraciət formasının onlayn və ya əyanı formada təqdim olunması ilə başlayır. Daha sonra tələbə olmaq istəyən şəxs iki imtahandan SAT Reasoning Test, ACT birindən keçməlidir. Bu imtahan tələbənin bilik və səviyyəsini yoxlayır. Daha sonra tələbənin naliyyətləri onun qəbul olunmasına daha çox şans yaradır ki, əgər müraciət edən tələbə yaxşı idmançı, musiqiçi, rəssam və yaxud sosial-ictimai işlərdə fəallığı, könüllülük fəaliyyəti zəngindirsə o zaman onun həmin müraciət etdiyi universitetə qəbul olmaq şansı daha çoxdur. Belə ki, universitetlər tələbələrin seçərkən onların imic və şəxsi brend baxımından mükəmməliyinə çox önəm verirlər. Hər bir universitet çalışır ki, tələbələri bilik , potensial və bacaracaq baxımından mükəmməl olsunlar.

Bundan əlavə universitetə qəbul olmaq üçün “müəllim tövsiyyəsi” də önəmli etaplardandır ki, müəllimlər tələbələr arasında seçim apararkən yuxarıda qeyd etdiyiklərimə diqqətlə yanaşırlar. Ümumi prosedurun belə desək sonu intervyu ilə bitir ki, burda da tələbə öz imkanlarını qeyri-adi və mükəmməl formada təqdim etməklə arzusunda olduğu universitetə qəbul olurlar.

Hələlik bu qədər…

Ardı var

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next