Niyə ADA universiteti?

Universitet, bakalavr, magistr, təhsil, imtahan və s. kimi sözləri demək olar ki hər gün eşidirik. Elə bunlardan danışmışkən ADA universitetinin adını çəkməmək olmaz. Son 10 ildə Azərbaycandan xarici universitetlərə böyük axının olduğunu nəzərə alsaq, ölkə ərazisində təhsilin və təhsilə olan marağın artığını müşayiət etmək heç də çətin deyil. Hər bir tələbə təhsil həyatında özü üçün ən yaxşısını arzu edir və ona nail olmaq üçün özünə müəyyən bir hədəf seçir. Azərbaycandakı tələbələrə bu seçimdə əlimizdən gələn qədər kömək etməyə çalışırıq. Birmənalı şəkildə demək olar ki, əgər siz öz ölkəmdə təhsilimi davam etdirmək istəyirəm deyirsinizsə ADA universitetinə müraciət edə bilərsiniz. Gəlin görək nəyə görə bu universiteti məsləhət görürük:

1. İngilis dilində təhsil  

ADA universiteti ilk fəaliyyətə başladığı gündən bütün dərsləri ingilis dilində tədris edir. Bəlkə də bir çoxları, bunun niyə vacib olması haqqında heç bir fikirə sahib deyil. Aydınlaşdırmaq üçün belə deyə bilərik ki, ingilis dilində təhsil almanız sizə bir çox beynəlxalq təcrübəsi olan xarici professorla dərs keçmək şansı verir. Bundan əlavə, siz ingilis dilində tədris alarkən əlavə dərs vəsaitlərindən sıxıntı çəkməyəcəksiniz. İndiki dövrdə internet vasitəsilə istənilən mövzuda online kitablar endirə bilər və axtardığınız mövzu ilə bağlı tez bir şəkildə məlumat əldə edə bilərsiniz. Qeyd etmək lazımdır ki, bir çox xarici və yerli şirkətlər öz işləmə prinsiplərini ingilis dilində aparır. Belə ki, siz bu dildə akademik şəkildə öz sahənizə yiyələndikdən sonra iş mühitinə adaptasiyanız da daha rahatlıqla həyata keçəcəkdir. 

2. Bakalavr və Magistr proqramları

Bakalavr: 

Beynəlxalq əlaqələr (International Relations)

İctimai Münasibətlər (Public Affairs)

Hüquq (Law)

İqtisadiyyat (Economics)

Biznesin idarə olunması (Business Administration)

Komputer Elmləri (Computer Sciences)

Komputer mühəndisliyi (Computer Engineering) 

İnformasiya Texnologiyaları (Information Technology)

Magistr:

Diplomatiya və İctimai Əlaqələr (Diplomacy & International Affairs)

Dövlət İdarəçiliyi (Public Administration)

Biznesin İdarə olunması (Business Administration)

Təhsilin idarə olunması (Education Management)

Yuxarda gördüyünüz kimi, universitet bir neçə fərqli sahədə tədris imkanı yaradır və bu sahələrə qəbul üçün münasib şərtlər təklif edir. 

3. Qəbul şərtləri: 

ADA universiteti bakalavr dərəcəsinə müraciət edən tələbələrə həm SAT həm də Dövlət İmtahan Mərkəzinin keçirtdiyi imtahanlarla qəbul imkanı verir. Belə ki siz də özünüzə uyğun olan imtahanı seçərək universitetə qəbul ola bilərsiniz. SAT və Dövlət imtahanı ilə yanaşı sizdən ingilis dili testi olan IELTS də tələb olunur ki, bir başa bakalavr dərəcəsindən təhsilə başlaya biləsiniz. IELTS imtahanından minimal keçid tələbi 6.0 baldır. Qeyd edək ki, universitet SAT üzrə də minimal 1200 bal tələb edir. Lakin, bu o demək deyil ki 1200 balı keçən hər bir tələbə universitetə qəbul olmaq şansı qazanır. Siz hədəfinizi daha yüksək tutmalısınız ki, qəbul şansınızı artırasınız. 

Magistratura təhsili almaq istəyirsinizsə Dövlət İmtahan Mərkəzinin imtahanı və bakalavr diplomunuz olmalıdır. Diplomu almadığınız halda, universitetdə oxuduğunuz ilə bağlı sənədi və transkriptlərinizi universitetə təqdim etməlisiniz. Qeyd edək ki, təhsil ingilis dilində olduğundan sizdən yenə də IELTS imtahan nəticəsi tələb olunacaq. (min. 6.5)

4. Exchange (mübadilə) proqramları

Bir çox universitetdən fərqli olaraq ADA universitetinin tələbələri müxtəlif ölkələrə tələbə mübadilə proqramları vasitəsilə gedə bilər. İngiltərə, Türkiyə, Çin, İtaliya, Fransa, Hollandiya, Yaponiya və s. kimi bir çox tanınmış ölkələrin universitetləri ilə partnyorluğu olan ADA universiteti sizə bir semestr həmin ölkələrə gedib orda təhsil almaq şansı da təklif edir. 

Yuxarda qeyd edilənlərə əlavə olaraq daha bir neçə səbəb sadalamaq olar ki, siz niyə ADA universitetini seçməlisiniz. Əgər ölkədən kənarda təhsil almaq və ya xarici təhsil mühitini görmək istəyirsinizsə, lakin bəzi səbəblər buna imkan vermirsə, ADA universitetini sizlərə tövsiyyə edə bilərik. Beynəlxalq təhsil mühitinə uyğunlaşdırılmış bu universitet ölkəmizi təhsil sahəsində ən yaxşı təmsil edən müəssisələrdəndir. 

CELT Colleges Narimanov

baba.karimli@celt.az

(012) 566 48 23

86 thoughts on “Niyə ADA universiteti?”

      1. Salam. ADA universitetinə qəbul üçün DİM və ya SAT imtahan nəticəsi tələb edilir. IELTS sadəcə dil sertifikatıdır və birbaşa 1-ci kursa başlamaq üçün lazımlıdır.

  1. Salam men IELTS 5.5 ile ADA da oxumaq sansim var? Dovlet imtahan merkezi terefinden kecirilen imtahanda istirak etmemisem. Amma ADA’ya muraciet etdim ve meni interview ucun devet etdiler. Qebul olma sansim var?

      1. Salam. DIM imtahanınız yetərlidirsə xeyir təbii ki. SAT DIM imtahanını əvəz edir. Ama IELTS və ya TOEFL nəticəniz olsa hazırlıq oxumayacaqsınız. Ya da ADA-nın daxili imtahanını verməlisiniz.

  2. Salam.Men celt college telebesiyem.Sat ielts hazırlaşıram.Adanın Hüququ üçün.Ve Hüquqa daxil olmağ mümkün deyil?Mene celt’te mümkündür demişdiler

    1. Salamlar, ADA universitetinin kompyuter elmləri ixtisası üçün SAT imtahan balları ilə qəbul varmı? Başqa hansı imtahan(İELTS və s. kimi) nəticələri tələb olunur?

    1. Salam. Mən Ielts 6 sertifikatim var. ADU ingilis dili mızunuyam. Master ucun MBA secsəm mumkun olar bu Ielts balla magistr ADA da. Ortalamam cox yuksən deyil ama. Yarim il ingilus dili secsəm olar universitetdə belə bir şans var yəniki?

  3. Salam, bir şey soruşmaq istərdim. ADA Kompüter elmləri ixtisasında hansı dərslər keçilir? Digər universitetlərdə yalnız riyaziyyat tədris olunur.

    1. Salam. Bunu adanın saytında baxa bilərsiniz. Bütün kompüter dərsləri yəni sistemi anlama, data idarəsi, programla dilləri və sair

      1. Salam. Əgər söhbət CELT Colleges-dən gedirsə, bəli keçirilir. ADA universitetində keçirilən dərslər üçün isə universitetin saytına baxmağınız məsləhətlidir.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next