Niyə ADA universiteti?

Universitet, bakalavr, magistr, təhsil, imtahan və s. kimi sözləri demək olar ki hər gün eşidirik. Elə bunlardan danışmışkən ADA universitetinin adını çəkməmək olmaz. Son 10 ildə Azərbaycandan xarici universitetlərə böyük axının olduğunu nəzərə alsaq, ölkə ərazisində təhsilin və təhsilə olan marağın artığını müşayiət etmək heç də çətin deyil. Hər bir tələbə təhsil həyatında özü üçün ən yaxşısını arzu edir və ona nail olmaq üçün özünə müəyyən bir hədəf seçir. Azərbaycandakı tələbələrə bu seçimdə əlimizdən gələn qədər kömək etməyə çalışırıq. Birmənalı şəkildə demək olar ki, əgər siz öz ölkəmdə təhsilimi davam etdirmək istəyirəm deyirsinizsə ADA universitetinə müraciət edə bilərsiniz. Gəlin görək nəyə görə bu universiteti məsləhət görürük:

1. İngilis dilində təhsil  

ADA universiteti ilk fəaliyyətə başladığı gündən bütün dərsləri ingilis dilində tədris edir. Bəlkə də bir çoxları, bunun niyə vacib olması haqqında heç bir fikirə sahib deyil. Aydınlaşdırmaq üçün belə deyə bilərik ki, ingilis dilində təhsil almanız sizə bir çox beynəlxalq təcrübəsi olan xarici professorla dərs keçmək şansı verir. Bundan əlavə, siz ingilis dilində tədris alarkən əlavə dərs vəsaitlərindən sıxıntı çəkməyəcəksiniz. İndiki dövrdə internet vasitəsilə istənilən mövzuda online kitablar endirə bilər və axtardığınız mövzu ilə bağlı tez bir şəkildə məlumat əldə edə bilərsiniz. Qeyd etmək lazımdır ki, bir çox xarici və yerli şirkətlər öz işləmə prinsiplərini ingilis dilində aparır. Belə ki, siz bu dildə akademik şəkildə öz sahənizə yiyələndikdən sonra iş mühitinə adaptasiyanız da daha rahatlıqla həyata keçəcəkdir. 

2. Bakalavr və Magistr proqramları

Bakalavr: 

Beynəlxalq əlaqələr (International Relations)

İctimai Münasibətlər (Public Affairs)

Hüquq (Law)

İqtisadiyyat (Economics)

Biznesin idarə olunması (Business Administration)

Komputer Elmləri (Computer Sciences)

Komputer mühəndisliyi (Computer Engineering) 

İnformasiya Texnologiyaları (Information Technology)

Magistr:

Diplomatiya və İctimai Əlaqələr (Diplomacy & International Affairs)

Dövlət İdarəçiliyi (Public Administration)

Biznesin İdarə olunması (Business Administration)

Təhsilin idarə olunması (Education Management)

Yuxarda gördüyünüz kimi, universitet bir neçə fərqli sahədə tədris imkanı yaradır və bu sahələrə qəbul üçün münasib şərtlər təklif edir. 

3. Qəbul şərtləri: 

ADA universiteti bakalavr dərəcəsinə müraciət edən tələbələrə həm SAT həm də Dövlət İmtahan Mərkəzinin keçirtdiyi imtahanlarla qəbul imkanı verir. Belə ki siz də özünüzə uyğun olan imtahanı seçərək universitetə qəbul ola bilərsiniz. SAT və Dövlət imtahanı ilə yanaşı sizdən ingilis dili testi olan IELTS də tələb olunur ki, bir başa bakalavr dərəcəsindən təhsilə başlaya biləsiniz. IELTS imtahanından minimal keçid tələbi 6.0 baldır. Qeyd edək ki, universitet SAT üzrə də minimal 1200 bal tələb edir. Lakin, bu o demək deyil ki 1200 balı keçən hər bir tələbə universitetə qəbul olmaq şansı qazanır. Siz hədəfinizi daha yüksək tutmalısınız ki, qəbul şansınızı artırasınız. 

Magistratura təhsili almaq istəyirsinizsə Dövlət İmtahan Mərkəzinin imtahanı və bakalavr diplomunuz olmalıdır. Diplomu almadığınız halda, universitetdə oxuduğunuz ilə bağlı sənədi və transkriptlərinizi universitetə təqdim etməlisiniz. Qeyd edək ki, təhsil ingilis dilində olduğundan sizdən yenə də IELTS imtahan nəticəsi tələb olunacaq. (min. 6.5)

4. Exchange (mübadilə) proqramları

Bir çox universitetdən fərqli olaraq ADA universitetinin tələbələri müxtəlif ölkələrə tələbə mübadilə proqramları vasitəsilə gedə bilər. İngiltərə, Türkiyə, Çin, İtaliya, Fransa, Hollandiya, Yaponiya və s. kimi bir çox tanınmış ölkələrin universitetləri ilə partnyorluğu olan ADA universiteti sizə bir semestr həmin ölkələrə gedib orda təhsil almaq şansı da təklif edir. 

Yuxarda qeyd edilənlərə əlavə olaraq daha bir neçə səbəb sadalamaq olar ki, siz niyə ADA universitetini seçməlisiniz. Əgər ölkədən kənarda təhsil almaq və ya xarici təhsil mühitini görmək istəyirsinizsə, lakin bəzi səbəblər buna imkan vermirsə, ADA universitetini sizlərə tövsiyyə edə bilərik. Beynəlxalq təhsil mühitinə uyğunlaşdırılmış bu universitet ölkəmizi təhsil sahəsində ən yaxşı təmsil edən müəssisələrdəndir. 

CELT Colleges Narimanov

baba.karimli@celt.az

(012) 566 48 23

86 thoughts on “Niyə ADA universiteti?”

  1. Salam. Zəhmət olmasa deyə bilərsiniz, ADA’da 1200+ SAT və 6+ IELTS ilə tam təqaüdlü təhsil imkanı mümkündürmü? Yoxsa sadəcə müsahibə ilə bəlli olur?

  2. Salam men dim in imtahanindan balimi yigsam ve adaya dussem ama ing dilini yaxsi bilmirem onda meni goturmeyecekler ya goturecekler

    1. Salam. ADA təqaüd imkanlarını müsahibə ilə edir. Sadəcə IELTS var deyə vermirlər ama daha dəqiq məlumatı adaya gedib görüşərək əldə edə bilərsiniz.

  3. Salam. Mən SAT ilə imtahan vermək istəyirəm,Hüquq fakültəsi üzrə. ADA’da tamamilə pulsuz təhsil almaq istəyirəmsə SAT balı nə qədər olmalıdır? Birdə ki,yataqxanada qalmaq kimi imkan ola bilər? Birdə sizdən xahiş edirəm ki,mənim bəzi qərarlar verməyimə köməklik edə biləcək birilərinə yönləndirin. Təşəkkürlər.

    1. Salam. SAT Subject yoxsa ümumi SAT? ADA normalda ümumi SAT I kifayət edir. Bunu ADA ilə maraqlanmaq lazımdır. Bəli. Zəhmət olmasa Nizami ofisinə zəng edin.

  4. Salam ADA universiteti Koreyanın universitetləri ilə əməkdaşlığı var?ölkələri yazıb və s. yazmısınız dedim yəqin ki bilərsiniz hamısını

  5. İELTS imtahanı vermemişikse başqa nece bakalavr derecesinde tehsil ala bilerik?İngilis dilini yüksek seviyyeye çatdırmaq üçün hazırlıq kursu keçirilirmi?

  6. Salam ADA universitetinde kecid balini kecib ixtisasa qebul olandan sonra butun imtahanlari verdikden sonra tehsil haqqi da odemek teleb olunur ? Ya ele kecid balini kecdikden sonra tehsil haqqi odemeden qebul olmaq olar ?

    1. Karimov Elgun