Niyə Sabancı Universiteti?

Təhsilinizi Türkiyədə davam etdirmək kimi bir niyyətiniz varsa, Sabancı universitetində təhsil almaq şansını dəyərləndirməlisiniz. Əgər Sabancı universiteti haqqında düşünürsünüzsə , onda doğru ünvandasınız. Bu məqalədə sizə Sabancı universitetində təhsil almağın üstünlükləri, qəbul şərtləri və hansı fakültələrin mövcud olmağı barədə məlumat verəcəyik.

İlk öncə qeyd edək ki, Sabancı universiteti Türkiyənin ən qabaqcıl universitetlərindən biridir. Universitet 1999-cu ildə açılıb və artıq 20 ildir fəaliyyət göstərir, 3 fakültə üzrə 13 programları mövcuddur. Sabancı universitetin kampusu İstanbulun Tuzla bölgəsində yerləşir, Sabiha Gökçen Hava Limanına yaxındır. Sabancı universitetini digər universitetlərdən fərqləndirən bir özəllik var – özgün eğitim sistemi (azad təhsil sistemi).  Yəni dərslərə başlayanda siz bir neçə fakültənin ümumi dərslərini keçirsiniz, bu da sizə daha maraqlı gələn bir sahəyə yönəlməyə kömək edir  və daha sonra siz  ikinci kursda qərarınızı rəhbərliyə çatdırırsınız. Bu, 16-17 yaşında tələbələrin  hansı sahədə oxumaq istədiklərinə dəqiq qərar vermədiklərinə və ya  bəzi tələbələrin ailələri tərəfindən tövsiyyə olunan bölümlərdə oxumaq qərarına gəldiklərinə görə tərtib olunub.

Universitetin reytinqləri də yüksəkdir. Universitetin  100%-dən 96% məzunu universiteti bitirdikdən sonra ilk il müddətində beynəlxalq şirkətlərdə rahatlıqla iş tapa bilirlər. Yəni, Sabancı universitetinin diplomu bir sıra yerlərdə tanınır və eyni zamanda magistratura təhsilinizi qabaqcıl universitetlərdən birində davam etdirmək kimi üstünlükləriniz də var.

Bakalavr pilləsi üzrə aşağıda qeyd olunmuş fakültələr mövcüddür.

•    Mühəndislik və təbii elmlər fakültəsi (Faculty of Engineering and Natural Sciences)

  • Kompüter bilikləri və mühəndisliyi (Computer Science and Engineering)
  • Elektronik Mühəndisliyi ( Electronics Engineering)
  • Sənayə Mühəndisliyi (İndustrial  Engineering)
  • Material elmləri və Nano-mühəndislik (Materials Science and Nano Engineering)
  • Mexatronik Mühəndisliyi (Mechatronics Engineering)
  • Molekulyar Biologiya, Genetik və Biomühəndislik (Molecular Biology, Genetics and Bioengineering)

•    İncəsənət və sosial elmləri fakültəsi (Faculty of Arts and Social Sciences)

  • İqtisadiyyat  (Economics)
  • Təsviri İncəsənət və Dizayn Vizual kommunikasiya (Visual Arts and Visual Communication Design)
  • Psixologiya (Psychology)
  • Siyasi bilimlər və Beynəlxalq Əlaqələr (Political Science and İnternational Relations)

•    İdarəetmə elmləri fakültəsi (Sabancı Business School)

  •    İdarəetmə elmləri (Management)
  •    Analitik Biznes (Business Analytics Minor program)
  •    Maliyyə (Finance)
  •    Sosial Sahibkarlıq (Entrepreneurship Minor Program )

Universitetdə hazırlıq ili oxumamaq üçün sizin dil yetərliyinizi təsdiq edəcək TOEFL və ya ingilis dilindən imtahanı verməyiniz lazım olacaq, imtahanın nəticəsini universitetə təqdim etdikdən sonra  universitet nümayəndələri sizin dil biliyinizin yetərli olub olmadığını açıqlayacaqlar və nəticə olaraq sizin hazırlıq və ya 1-ci kursdan başlayacağınız dəqiq bilinəcək.  

  • TOEFL imtahanından minimal keçid tələbi 80 baldır.
  • SAT imtahanından  minimal keçid tələbi 1100 baldır.
  • SAT II imtahanından isə minimal keçid tələbi 600 baldır.
  • (Dövlət İmtahan Mərkəzi)DİM imtahanından keçid tələbi balı 490 baldır.
  • Lakin universitetə qəbul olmaq üçün daha çox şansınız olmasını istəyirsinizsə, hədəfiniz minimal keçid balından yüksək olmalıdır.

Universitetdən təqaüd almaq şansınız da var, bu da sizin motivasiya məktubundan, əlavə sertifikatlarınız və ya  aktivlik sertifikatlarınızın mövcüdluğundan asılıdır.

Əgər siz  qəbul şərtləri , qəbul prosesi  və ya bu universitetdə təhsil almaq haqqında düşünürsünüzsə, bizə müraciət etməklə, keyfiyyətli xidmət əldə edəcəyinizə əmin ola bilərsiniz. 

Ayla Sultanova

CELT Colleges Nərimanov

narimanov@celt.az

(+994 12) 566-48 -23

(+994 50) 210-91-54

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next