Niyə İtaliyada Təhsil almalıyam?

İtaliya Avropanın büdcənizə ən uyğun gələ biləcək universitetlərinə sahibdir. Baxmayaraq ki, yaşayış xərcləri Milan və Roma kimi şəhərlərdə yüksəkdir, nisbətən kiçik şəhərlərdə yaşam daha ucuza başa gəlir. Böyük universitetlər çox vaxt sizə yaşayış yeri tapmaqda kömək edəcəkdir və hətta əgər şansınız varsa ucuz tələbə evləri də tapa bilərsiniz.

İtaliyadakı xaricdə təhsil proqramları ya İtalyan universitetləri ilə partnyor şəkildə fəaliyyət göstərir ya da müstəqil akademik proqramlardır. Dərslər leksiyalar şəklində keçirilir və sonda şifahi imtahan ilə semestr bitmiş olur. Müstəqil proqramlar isə Amerikan universitetlərinin dərs proqramlarına bənzəyir.

Avropanın digər universitetləri ilə müqayisədə İtaliyanın dövlət universitetləri ucuz başa gəlir. Belə ki, orta hesabla İtaliyanın dövlət universitetləri illik təxminən 1,000 EUR olduğu halda daha prestijli universitetlərin ödənişi daha yüksək ola bilər.

İtaliyada hazırda sayı 500dən çox İngilis dilində tədris olunan təhsil proqramları vardır ki, ildən ilə onların seçim imkanları çoxalır.

İtalyan universitetlərinin kampusu universitetin yerləşdiyi şəhərcikdir. Bir çox italyan tələbə universitetin kampus daxilində təşkil etdiyi mərasimlərdə iştirak edərək sosiallaşır və yeni dostlar qazanaraq bu imkandan lazımincə istifadə edirlər.

Italiya universitetlərində təhsil

Dünyanın ən qədim universiteti olan Bologna Universiteti 1088ci ildən bəri dünyanın hər bölgəsindən tələbə qəbul edir və 21ci əsrdə belə bu universitet dünyanın akademik mərkəzi sayılır.

 University of Rome Tor Vergata da İngilis dilində tədris olunan 12dən çox beynəlxalq dərəcəli kurs təklif edir. 1982ci ildə bünövrəsi qoyulan bu universitet Avropanın ən gənc universitetlərindən sayılıb tələbələr tərəfindən ən çox üstün tutulanlardandır.

İtaliya həmçinin Avropada yerləşən ən prestijli biznes universiteti olan və ölkənin maliyyə mərkəzi olan Milanda yerləşən  SDA Bocconi Universitetinə ev sahibliyi edir.

İtalyanlar öz tarixi və mədəniyyəti ilə çox qürur duyurlar. Elə indiki zamanda da İtaliya hələ də dünyanın incəsənət, moda mərkəzidir. İtalyanlar sadə şeylərə dəyər verərək yaşayırlar, xüsusən bunları onların mətbəx mədəniyyətində və gündəlik həyatında görmək mümkündür.

İtaliya əlbətdə ki, dünyada öz mətbəxinin çox çeşidliyi ilə məşhurdur. Məşhur italyan naharları axşam saat 8də başlayır və bir neçə saat davam edir. Baxmayaraq ki, seçə biləcəyiniz yemək tipi İtaliyanın hansı bölgəsində olmağınızdan asılıdır pasta,şərab və gelato desserti hər zaman hər yerdə tapa biləcəyiniz ən məşhur italyan mətbəx nümununələrindəndir.

İtaliyanın iqlimi təhsil almağı seçdiyiniz ərazidən asılıdır. Sorrento kimi cənubda yerləşən ərazilərdə hava mülayim keçdiyi halda Milan kimi şimalda yerləşən böyük şəhərlərdə isə hava nisbətən soyuq olur.

İtaliyada təhsil almaq yeni mədəniyyətə uyğunlaşma tələb edir ancaq italyan dili və həyat tərzinə uyğunlaşmağa çalışmaq nə qədər çətin gəlsə də siz bu prosesdən sosial,şəxsi və akademik cəhətdən bir çox fayda ala bilərsiniz.

İtaliya ilə bağlı hər hansı bir sualınız varsa, Celt Narimanov filialı ilə əlaqə saxlayıb suallarınıza cavab əldə edə bilərsiniz.

Nərgiz Ağaverdiyeva

Əlaqə: nargiz@celt.az

Telefon: 050 787 57 66

CELT Colleges Narimanov

8 thoughts on “Niyə İtaliyada Təhsil almalıyam?”

  1. Salam University of Rome Tor Vergata master qəbulu zamanı GMAT tələb edir yoxsa yalnız akademik göstəricilər və İELTS yetərlidir?

  2. Salam 1ci kursam. Italiyada 2ci kursdan ve ya magistr teqaudle tehsil ala bileremmi? Bunun ucun ielts veya ne teleb olunur? Illik umumi xercler ne qeder ola biler? Cavablandirsaz sevinerem

    1. Salam. İtaliyada bakalavr 3 illikdir yani onsuz burda bir il oxuduqdan sonra orda davam edə bilirsiniz. Təqaüdlə təhsil mümkündür ama yksək IELTS vk GPA lazimdir. Qəbul üçün Nərimanov ofisinə zəng edin. Baba müəllim kömək edəcəkdir. https://celt.az/contactus/

    1. Bəli ama nəticələriniz yüksək olmalıdır. Eynı zamanda nəzərə alın ki İtaliya attestatla bir başa qəbul etmir. Ya burda bir il uni oxumalısınız ya da orda bir il hazırlıq. Macarıstan attestatla qəbul edir. Macarıstan üçün İçəri Şəhər ofisinə, İtaliya üçün isə Nərimanov ofisinə müraciət edin. Ofislərimiz

  3. Salam. Italyada magistr oxumag isteyirem tegaudlu oxuya bileremmi? Ve bunun ucun ne lazimdir? Birde aylig texmini xerc ne geder olar? Cavablandirsaniz sevinerem