MYÖS nədir? Son zamanlarda kəskin rezonans doğuran bir yenilik – MYÖS imtahanları haqqında narahat olan valideyn və tələbələri məlumatlandırmaq istəyirik.

Hamıya məlum olduğu kimi bir neçə həftə bundan əvvəl sosial səbəkələr vasitəsi ilə bir pdf formatda sənəd yayıldı və Türkiyənin dövlət orqanı olan Yüksek Öğretim Kurulunun qərarı ilə artıq xarici tələbələrin Türkiyə universitetlərində seçilməsi prosesində SAT vəya daxili imtahanlar yerinə mərkəzləşmiş xarici tələbə seçmə imtahanı yəni MYÖS keçiriləcəyi qeyd edildi. Bu xəbərin hal-hazırda 11 və 10-cu sinifdə oxuyan tələbələri narahat etməsi başadüşüləndir, amma belə bir yeniliyin uzun müddətdir elan olunacağı da istisna edilmirdi. Səbəb isə imtahanlar zamanı yol verilən saxtakarlıq halları, haqsız rəqabət, cavabların satılması və nəticədə bir çox savadlı tələbənin kənarda qalması hallarının yaşanması idi.

İllərdir təhsil sahəsində çalışan və bu sahədə bir çox tələbəyə xaricdə keyfiyyətli təhsilin qapılarını açmış bir şirkət olaraq bu xəbər əslində bizi sevindirdi. Dəfələrlə köçürmə və cavabların satılması hallarını əlaqədər xarici qurumlara şikayət etmişdik amma heç bir nəticə əldə edə bilməmişdik. Yeni elan olunan mərkəzləşmiş sistem ilə tələbələrin daha ədalətli bir tərəzidən keçərək universitetlərə qəbul olacağını düşünürük. İndi isə gələk MYÖS imtahanın detallarına.

YÖK tərəfindən kifayət qədər detallı bir bəyanat olmadığı halda qəti olan bir şey var ki, o da riyaziyyat imtahanıdır. SAT üzrə daha əvvəldən hazırlaşan tələbərimizi də nəzərə alaraq biz artıq riyaziyyat dərsləriməz SAT mövzüları ilə yanaşı yeni MYÖS mövzülarını əlavə etmişik. Həmçinin ənənəvi həftəsonu sınaqlarında artıq MYÖS imtahanı üzrə də sınaqlar keçiririk.

CELT Collegesdə MYÖS hazırlığının üstünlükləri aşağıdakılardır.

  1. Hər keçirilən mövzü üçün 4 imtahan olmaqla ümumilikdə 150-dən çox mövzü imtahanı
  2. CELT Collegesin öz dərs vəsaitləri ilə 3500-dən çox çalışma
  3. Hər həftəsonu sınaq imtahanları ilə özünüzü yoxlamaq və müəllimləriniz ilə əksiklərinizi tamamlamaq imkanı

Əgər sizdə qısa zamanda MYÖS imtahanlarına hazır olmaq istəyirsinizsə bizimlə əlaqə saxlaya bilərsiniz.

Ayla Sultanova

CELT Colleges Nərimanov

narimanov@celt.az 

ayla@celt.az

+994 70 270 70 90

+994 12 566 48 23

1 thought on “MYÖS nədir? Son zamanlarda kəskin rezonans doğuran bir yenilik – MYÖS imtahanları haqqında narahat olan valideyn və tələbələri məlumatlandırmaq istəyirik.”

  1. Salam, Myos imtahani yalniz turkiyede kecirlecek yoxsa burdada vermek olar? Birde Komputer elmleri ucun MYOS-den texmini ne qeder lazimdir yigmaq?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.