Müəllimlərin (müddətli müqaviləli) işə qəbulu üçün ONLAYN MÜSAHİBƏ başlayır.

Bildiyiniz kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi “Müddətli əmək müqaviləsi” ilə işə qəbul edilmiş müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə müsahibələr onlayn keçiriləcəkdir.          

Müsahibələr “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq və ilkin mərhələdə Bakı şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimləri əhatə edəcək.     Onlayn müsahibələrdə iştirak könüllü surətdə həyata keçirilir

Bu və ya digər səbəblərə görə müsahibələrə qoşula bilməyən namizədlərin ənənəvi şəkildə müsahibədə iştirak hüququ saxlanılır. Xüsusi karantin rejimi dövründə tətbiq edilən hərəkət məhdudiyyəti aradan qaldırıldıqdan sonra həmin şəxslərin müsahibədə iştirakı təmin olunacaq.  

CELT Onlayn – İngilis dilini bizimlə öyrənmək daha maraqlı və daha asandır. Ətraflı məlumat üçün bizə yazın.

Qeyd edək ki, mayın 4-dən etibarən respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrə start veriləcəkdir.

Onlayn müsahibələrdə iştirak etmək üçün aprelin 29-dan namizədlərin şəxsi səhifələrinə məlumat yerləşdiriləcək. Namizədlər  təlimatla tanış olaraq 1 may saat 24:00-dək müsahibədə iştiraklarını təsdiq etməlidirlər. Müsahibədə iştirakı təsdiq etmək üçün şəxsi səhifəyə əlavə edilmiş hissəyə elektron ünvan daxil edilməlidir. Məhz həmin elektron ünvana göndərilmiş keçid linki vasitəsilə namizəd videozəngə qoşulacaq. Bundan sonra hər bir namizədin şəxsi səhifəsinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Müsahibələrdə ilkin olaraq Bakı şəhərinin ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlər iştirak edəcək. Digər rayon və şəhərlərdə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin də onlayn müsahibələrdə iştirakına şərait yaradılacaq.

“Microsoft Teams” platforması üzərindən müəllimlərin qeydiyyatı ilə bağlı bloqumuzu bu linkdən oxuya bilərsiniz.

Qeyd edək ki,  2018-2019-cu və 2019-2020-ci tədris illəri üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplamış və vakant yerlərə  müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə müsahibədə iştirak üçün 3000 nəfərə yaxın namizəd qeydiyyatdan keçib. Müəllimlərin şəxsi məlumatları, hazırda müddətli əmək müqaviləsi ilə işlədikləri məktəblərdə vakansiyanın olub-olmaması  yoxlanılıb və 1300-dən çox namizədin elektron ərizəsi təsdiq edilib.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next