teacher, female, college

Müddətli müqavilə ilə işləmək istəyən müəllimlər nə etməlidir?

Bildiyiniz kimi müəllimlərin işə qəbulu prosesindən sonra müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesi başlayır. Müddətli müqavilə ilə işləmək istəyənlər müqavilənin müddətli oldğunu və müqavilə müddəti bitdikdən uzadılıb – uzadılmamasının dəqiq olmadığını bilməlidirlər. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi tərəfindən proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Hər ilin sentyabr ayının əvvələri müddətli müqavilə ilə müəllimlərin işə qəbuluna elektron sənəd qəbulu aparılacaq. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesində iştirak etmək üçün builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Ötənilki müsabiqədə iştirak etmiş namizədlər isə miq.edu.az saytı vasitəsi ilə yenidən qeydiyyatdan keçdikdən sonra vakant yer seçərək ərizələrini təsdiqləməlidirlər.

 Müddətli müqavilə işə qəbul müsabiqəsinə kimlər qoşula bilər? 

Müddətli müqavilə ilə müəlllimlərin işə qəbulu prosesində  bu il və ötən il keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqəsinə qatılmış namizədlər müvafiq imtahan balı ilə iştirak edə bilərlər. Müəllimlərin işə qəbulu üzrə bu ilki müsabiqədə iştirak edərək elektron ərizəsində vakansiya seçimi etməyən, vakansiya seçib ərizəsini təsdiqləməyən, vakansiya seçimi zamanı uğur qazanmayan, vakant yer tutub müsahibəyə gəlməyən, müsahibədə uğur qazanmayan, müsahibədə uğur qazanıb I tur və II turlarda tutduğu vakant yerdən imtina etdiyi barədə ərizə ilə İnsan Resursları Mərkəzinə müraciət edən şəxslər iştirak edə bilərlər. 

Müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblərdə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan məktəblərə isə musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə 42, digər fənlər üzrə 48 bal müəyyən edilmişdir. Yəni yuxarıda qeyd edilən səbəblərdən işə qəbul olmayan və qeyd edilən balları toplayan namizədlər müddətli müqavilə işə qəbul edilirlər. İşə qəbulu zamanı namizədlər yalnız iki yer seçə bilərlər. 

Müddətli müqavilə ilə işləmək üçün hansı vakant yerlər verilir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesinə vakant yerlər cari ildə müsabiqədə boş qalmış yerlər, yeni yaranan vakant yerlər, sosial məzuniyyətlə əlaqədar yaranmış vakant yerlər verilir. Bakı şəhərində fəaliyyət göstərən məktəblərində ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilir. Lakin bu qayda ola bilsin ki, cari ildə dəyişdirilsin.

İkinci iş yeri kimi işləmək məqsədilə müddətli müqavilə ilə işə qəbul müsabiqəsində iştirak etmək mümkündürmü?

İkinci iş yerində işləmək məqsədilə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə yalnız müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış namizədlər iştirak edə bilərlər. Yəni əgər Siz ötən il uğur qazanıb işə qəbul olmusunuzsa və ikinci iş yeri kimi işləmək imkanınız varsa o zaman siz builki müddətli müqavilə ilə işə qəbul müsabiqəsində iştirak edə bilərsiniz.

Müddətli müqavilə ilə işləyən müəllimlərin və ya müddətli müqavilə ilə müəllim kimi işləyənləri bir sual narahat edir ki, onlar müddətli müqaviləni müddətsiz müqavilə ilə əvəz edə bilərlərmi? Bəli bu mümkündür. Hər il müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi məqsədilə müddətli müqavilə ilə işləyən müəlllimlərin müddətsiz müqavilə ilə işə götürülməsi müsahibələri keçirilir. Müddətli müqavilə ilə işləyən müəllimlər sözügedən müsahibələrdə uğur qazanaraq daimiləşə bilərlər. 

Lakin bu qaydalar ötən ilin praktikasından götürülüb. Bu il qaydaların hansı formada olacağı və yaxud dəyişdiril dəyişdirilməyəcəyi haqda hələki heç bir məlumat yoxdur. Əgər hər hansı yenilik və ya dəyişiklik olarsa biz sizlərə yazılarımızda bu haqda məlumat verəcəyik.

17 thoughts on “Müddətli müqavilə ilə işləmək istəyən müəllimlər nə etməlidir?”

  1. Salam mən fizika fənnindən bu ilki miq imtahanından 42.5bal toplamışam müddətli müqavilə əsasında işləyə bilərəm

  2. Mən ikinci iş.yeri kimi müddətli müqaviləynən işləyə bilərəm?Dərs saatım az olduguna qörə müraciyyət edirəm birinci iş yerimdə,diaqnostik balım 45 rus sektoru

  3. Salam mən bu il 23.75 bal topladım. Müqavilə ilə məni işlə təmin edə bilərsiz? Çox xahiş edirəm buna çox ehtiyacım var az təminatlı ailəyik yardimcı olsaz sevinərik

    1. Salam.bu il imtahandan 71.5 bal toplamisam.mene 2022 ci il sentyabr 26 da nazirlikden, kend mektebinde vakant olan yer ucun mene zeng geldi ve men qebul etdim.hal hazirda muddetli muqavile ile isleyirem.bilmek isteyirdim ki hemin yere daimilesme ucun ne etmeliyem?

  4. Salam.Bilmek istediyim budurki, men keçen ilki balla muddetli muqavile ile her hansi mektebde isleye bilerem ?yoxsa bu ilki bal esas goturulecek? Xahiş edirem ,zehmet olmasa cavablandirardinz.

  5. Salam men bu ilki imtihandan 35 bal yigdim. Sulutepe qesebesi 217N li mektebe meni muddetli muqavile ile islemek isteyirem. Xais edirem analiq mezuniyyeti yerine cixan muellimenin yerine meni muvveqqeti goturesiniz.

  6. Salam Men hal hazirda muddetsiz muqavile ile Zaqatala seher orta mektebinde 29 stajla isleyirem Bir il bunden evvel ise qebula imtahan verib Masazir 5 nomreli orta mektebe dusmusdum BAKI seherini istediyim umtina edib yeniden musabiqeye qatilmaq istedim ancaq yox cavabi aldimBU il39 ball toplamisam ixtisasim sinif muellimesi rus bolmesi 1 turdan kecmesem 2 turda muddetli muqavileili islemeli olacam muddetsizmuqavile islemek sansimi itirirem 51 Yasim var bu stajimla muddetsiz isleye bilmerem

  7. Salam 26 bal toplamısam müddətli müqaviləylə işləyə bilərəm?Cavab yazın xahiş edirəm bu işə çox ehtiyacım var.

  8. Salam.Eger diplom pedoqoji diplom deyilse (kollec diplomu)her il miq imtahani vermeliyik?Islediyimiz mektebde(vakansiya yerine getdiyimiz)yeniden imtahan verib isleye bilerikmi?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next