Müasir müəllim necə olmalıdır?

Yaşadığımız dövr elə bir dövrdür ki, hər bir nüansı müasir səviyyədə olmasını tələb edir. Əgər XXI əsrdə yaşayırıqsa, deməli zamanə ilə uzlaşmaq  vacibdir. Hər sahədə yenilikləri tətbiq etmək digər insanlar üçün əlverişlidir. Bu sahələr sırasında müəllim sənəti də həmişə yeliklər tələb edən sənətdir. Şagird,tələbə, ümumilikdə hər bir öyrənci müəllimdən yeni metodika tələb edir.  Bu bir çox müəllimlər var ki, hələ də sovet dövründə öyrəndiklərini tətbiq edirlər. Bu yazıda müasir müəllim necə olmalıdır?, Müəllimin vəzifəsi nədir? və s. kimi mövzular ətrafında danışacayıq.

Müəllim kimdir?

Müəllim xüsusi hazırlıq keçmiş və pedoqoji fəaliyyətlə peşəkarcasına məşğul olan insandır.Yalnız o,pedoqoji biliklərə  müvafiq olaraq hərəkət etməyi bacarır,öz peşə borcunu keyfiyyətlə icra etmək üçün müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.Bəzən el arasında müəllimi ikinci valideyn adlandırırlar. Müəllim elə bir şəxsdir ki, uşaq altı yaşına kimi valideynin himayəsində, altı yaşdan sonra həm valideynin,həm də müəllimin himayəsində olur. Bu baxımdan da müəllimin uşaqla olan təmasına xüsusi fikir verməli, uşaqlarla necə davranmaq lazım olduğunu bilməlidir. Müəllim üçün bir sıra sahələr var ki,onları bilməsi vacibdir.Məsələn, müəllim psixologiya sənətini bilməli, pedogika sahəsində bilikləri olmalı, idarəedici və təşkilatçılıq bacarıqlarına malik olmalı və s.

Psixologiya müəllimə hər zaman lazım olur, çünki müəllim  öyrəncilərlə təmasda olduğu zaman psixoloji durumlarda necə hərəkət edəcəyini bilməlidir. Pedogika sahəsi müəllimin ən yaxın dostu olmalıdır. Bu sahəni bilməyən müəllim öyrəncilərə zəngin bilik vermək qabiliyyətində ola bilməz. İdarəedicilik və təşkilatçılıq bacarıqları müəllim üçün vacib olmasa da,amma zəruri şərtlərdən biridir. Çünki dərsdə sinfi idarə eləmək müəllimin üzərinə düşdüyündən bu sahədə biliyi olan müəllim sinfi rahatlıqla idarə edə bilir. Müəllim üçün ən vacib keyfiyyətlərdən biri humanizmdir. Humanist münasibətlər şagirdin şəxsiyyətinə maraqdan, onun vəziyyətinə şərik olmaqdan,fikrinə hörmət etməkdən,tədris fəaliyyətinə yüksək tələbkarlıqdan və s. ibarətdir. Müəllim stolu arxasında oturan insan hər şeyə cavabdehdir. O,çox şeyi bilir və bacarır.Hələ vaxtı ilə Sokrat peşəkar pedooqları “fikrin mamaçıları” adlandırmışdır.

Müasir müəllim necə olmalıdır?

Bu gün Azərbaycan məktəblərində müasir müəllimlərə böyük ehtiyac duyulur. Nə qədər ki, yaşlı nəsil hələ də məktəblərdə sovet təhsil sistemini tətbiq edirlər, ona kimi bizim gənc kadrlar da müasir ola bilməyəcəklər. Müəllimlərin 70-80% hələ də köhnə kitablardan dərslər verirlər. Bu çox ağır vəziyyətdir. Bütün bu komplekslərdən çıxmaq lazımdır. İstənilən fənn üzrə müasir dərslər keçirilməlidir. Məsələn,müəllimlərimizin bir çoxu hələ də kompyuterdə işləmək bacarığına malik deyil. Bu yerdə M.Ə.Sabirin bi şeiri yadıma düşdü.

Əcnəbilər göydə balonlarla gəzir,
Biz hələ avtomobil minməyiriz.

Əgər bir müəllim komyutüerlə işləməyi bilmirsə, yeni metodikaları tətbiq edə bilmirsə, bu şagirdə nə dərəcə də bilik verə bilər? Bundan başqa indi dünya üzrə  yeni metodikaların bəzilər kompyuter vasitəsilə həyata keçirilir. Əgər dünyanın ən keyfiyyətli dərsləri nəzəriyyəyə nisbətən təcrübəyə üstünlük verirlər. Amma bizim dərslərdə tamamilə fərqlidir. Müəllim sadəcə və sadəcə nəzəriyyə tədris edir. Təbii ki, bu bütün müəllimlərə əhatə eləmir. Müasir müəllimlərimiz çoxdur. Sevindirici haldır,bəzən yaşlı nəsil elə bir müasir dərs tədris edir ki, insanı valeh edir. Savadlı müəllim şagirdə hazır bilikləri  verməməli,onun beynində fikrin meydana gəlməsinə,yaranmasına kömək göstərməlidir. Ümumiyyətlə,artıq yeni nəslin ortaya çıxması ümid verir ki, gələcəkdə müəllimlərimiz müasir səviyyədə dərslər təşkil edəcəklər.

CELT Colleges təhsil sahəsində göstərdiyi fəaliyyətlərdən biri də professional müəllim yetişdirməkdir. 2010-cu il sentyabr ayından başlayaraq  ingilis dili müəllimlər üçün nəzərdə tutulan beynəlxalq  TEFL/TESOL  proqramı tətbiq edilməyə başlanılmışdır. Bu proqram vasitəsilə bir çox müəllim(ə) bir çox yeni biliklər əldə etmişdir. Bu da imkan verir ki, ingilis dili dərslərində bu müəllimlər yeni metodikalardan istifadə etsinlər. Artıq CELT Colleges tədris mərkəzində bütün müəllimlər bu proqramın keçmiş və sertifikatlar əldə etmişlər.

CELT Elmlər Akademiyası

Ələsgər Ələkbərov  küç. 535/27

Vergilər Nazirliyinin yanı

Tel: 012 408 4320

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next