Müəllimlərin etik davranış standartları

Azərbaycan Respublikası Təhsil Nazirliyi təlim-tərbiyə və təhsil prosesinin bütün iştirakçılarının (müəllimlər, tələbələr, şagirdlər və s.) öz təhsil və peşələrini yüksək dəyərlərə və prinsiplərə arxalanaraqdavam etdirmələri üçün Azərbaycan Respublikasının məktəbdənkənar tərbiyə məktəbəqədər tərbiyə, orta ümumtəhsil müəssisələri, peşə məktəb və liseyləri, orta ixtisas məktəbləri, ali məktəblər daxil olmaqla, bütün təlim-tərbiyə və təhsil müəssisələri üçün nümunəvi Etik Davranış Standartlarını elan edir. Azərbaycan Respublikası Təhsil Nazirliyi ölkəmizin təhsil sektorunun çiçəklənməsi naminə bütün təlim-tərbiyə və təhsil müəssisələrinin aşağıda göstərilən yeddi Etik Davranış Standartının qəbulunu tövsiyə edir.


I Etik Standart: Hər kəs qanuna tabe olmalıdır


1.1. Qanun sülhün və cəmiyyətin əsasıdır, bütün təhsil müəssisələrinin rəhbərləri və işçiləri, valideynlər, müəllimlər, şagirdlər, tələbələr də daxil olmaqla təlimtərbiyə prosesinin bütün iştirakçıları (bundan sonra “təhsil prosesinin iştirakçıları”) qanuna tabe olmalıdırlar. Heç kim qanundan yüksəkdə dura bilməz. Hamı qanunun aliliyinə hörmət etməlidir. (Azərbaycan Respublikası Konstitusiyasının 72.3-cü maddəsi)


II Etik Standart: Müəllimlər öz davranışları ilə şagird və tələbələr üçün nümunə olmalıdırlar


2.1. Müəllimlərin peşəkar və mənəvi borcu ondan ibarətdir ki, dərs dediyi tələbə, şagird və digər təhsil prosesi iştirakçılarına öz davranışı ilə nümunə göstərmiş olsun. Tələbələr və şagirdlər müəllimlərdən bir çox məsələlərdə kömək istəyirlər. Müəllimlər tələbə və şagirdlərin onlara göstərdiyi bu etimadı doğrultmalıdırlar.


2.2. Şagird və tələbələri rüşvət almaq və ya rüşvət vermək, inzibati xəta və s. hüquq pozuntularına, eləcə də digər arzuolunmaz əməllərə sövq edən müəllimlər intizam məsuliyyətinə cəlb ediləcəklər.


III Etik Standart: Şagird və tələbələr tədris proqramlarını tam mənimsəməlidirlər


3.1. Şagird və tələbələr özləri, habelə valideynləri qarşısında dərslərdə iştirak etmək, ev tapşırıqlarını yerinə yetirmək və dərslərini mükəmməl öyrənmək üçün məsuliyyət daşıyırlar.


3.2. İmtahanlar və ya digər akademik tapşırıqlar zamanı köçürmə və digər müvafiq qaydaların tələblərini pozan tələbə və şagirdlər cəzalandırılırlar. (Təhsil müəssisələrinin daxili nizam-intizam qaydaları)


IV Etik Standart: Hər bir şəxs digər şəxsə hörmət etməlidir


4.1. Təhsil prosesinin bütün iştirakçıları – kişi və qadınlar, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagird və tələbələr – bir-birlərinə hörmətlə yanaşmalıdırlar. Heç kim digər şəxsi təhsil almaqdan və ya təhsildən digər formada bəhrənməkdən məhrum və ya buna maneçilik edə bilməz. (Azərbaycan Respublikası Konstitusiyasının 25.3-cü maddəsi)

4.2. Cinsi zorakılıq da daxil olmaqla bütün növ zorakılıqlar, etnik və dini ayrı- seçkilik və təhqirlər qadağan olunan əməllər sayılır. Bu əməlləri törətmiş şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilirlər. (Azərbaycan Respublikası Konstitusiyasının 25.3-cü maddəsi, Əmək Məcəlləsinin 31-ci maddəsinin “n” və “o” bəndləri)


V Etik Standart: Təhsil almaq azadlığ
ı


5.1.Bütün şagirdlər, tələbələr və təhsil prosesinin digər iştirakçılarının elmi biliklər almaq üçün tədqiqatlar aparmaq və yazılar dərc etdirmək azadlığı vardır. Heç bir təhsil müəssisəsi təhsil prosesinin hər hansı bir iştirakçısının elmi və yaradıcılıq azadlığını məhdudlaşdıra bilməz. (Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi, Təhsil Qanununun 25-ci maddəsi)


5.2. Heç kəs müəllim, şagird və tələbələrin, təhsil prosesinin digər iştirakçılarının elmi və yaradıcılıq fəaliyyətlərinin qarşısını ala və ya bu fəaliyyətlərinə görə onları cəzalandıra bilməz. . (Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi, Təhsil Qanununun 25-ci maddəsi)


VI Etik Standart: Heç kəs şəxsi maraqları naminə vəzifə səlahiyyətlərindən istifadə etməməlidir


6.1. Müəllimlər, təhsil müəssisələrinin rəhbərləri, digər işçiləri və səlahiyyətli şəxsləri tutduqları vəzifədən şəxsi maraqları naminə istifadə edə bilməzlər. Şagirdlər, tələbələr və onların valideynləri təhsil müəssisələrinin rəhbərlərinə, işçilərinə, müəllimlərə və təhsil müəssisələrinə qanunvericilikdə nəzərdə tutulmayan ianələr verməməlidirlər. (Cinayət Məcəlləsinin 311-ci və 312-ci maddələri, Təhsil Nazirliyinin müvafiq qərarları)


6.2. Əgər hər hansı bir səlahiyyətli şəxs, müəllim, təhsil müəssisəsinin rəhbəri və ya işçisi şəxsi maraqları naminə vəzifə səlahiyyətlərindən istifadə edərsə və ya buna şərait yaradarsa, həmin şəxs mütləq əzalandırılmalıdır.


VII Etik Standart: Heç kim rüşvət alıb, rüşvət verməməlidir


7.1. Rüşvət təhsil müəssisəsinin rəhbərini və işçisini, səlahiyyətli şəxsi və müəllimləri ləyaqətdən, tələbə və şagirdləri isə təhsildən məhrum edir. Rüşvət almaq və rüşvət vermək cinayətdir. Rüşvət verməyə məcbur edilən tədris prosesinin hər hansı bir iştirakçısı onun günahsız qurbanına çevrilir (Cinayət Məcəlləsinin 182-ci, 311-ci və 312-ci maddələri)


7.2. Rüşvət istəyən müəllim və rüşvət verən tələbə və ya şagird cinayət əməlinin iştirakçısı hesab olunur. Belə olan halda təhsil prosesinin iştirakçısı təlim-tərbiyə və təhsil müəssisəsindən kənarlaşdırılmalı, onların adları hüquq-mühafizə orqanlarına verilməlidir. (Cinayət Məcəlləsinin 311-ci və 312-ci maddələri)


Etik Standartların icrasının təmin edilməsi


Azərbaycan Respublikası Təhsil Nazirliyi hər bir təhsil müəssisəsində yuxarıda qeyd edilən yeddi Etik Davranış Standartlarının icrasının təmin olunması məqsədilə aşağıdakı funksiyaları yerinə yetirmək məqsədilə xüsusi müstəqil bölmə yaratmağı tövsiyə edir.


8.1. Müstəqil bölmə Etik Davranış Standartların icrasını aşağıdakı vasitələr ilə təmin edir: təhsil prosesinin bütün iştirakçılarını onların hüquq və vəzifələri haqqında maarifləndirməklə; Etik Davranış Standartlarının pozulmasının qarşısını almaqla və Etik Davranış Standartlarını pozan şəxsləri cəzalandırmaqla.


8.2. Müstəqil bölmə tədris prosesinin istənilən iştirakçısından izahat ala və araşdırılan məsələ ilə bağlı təhsil müəssisəsinin sərəncamında olan istənilən sənəd ilə tanış ola bilər. Təhsil prosesinin hər bir iştirakçısı müstəqil bölmə ilə, müstəqil bölmə isə Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir.


8.3. Təhsil Prosesinin bütün iştirakçıları Etik Davranış Standartlarının pozulması ilə bağlı məlumatları müstəqil bölməyə və Təhsil Nazirliyinə vermək öhdəliyi daşıyır. Müstəqil bölmə və Təhsil Nazirliyi Etik Davranış Standartlarının 4 pozulması ilə bağlı onlara məlumat verən şəxsi təzyiqlərdən müdafiə edir və belə şəxsə qarşı edilmiş təzyiqlərin mənfi nəticələrini aradan qaldırır.


8.4. Şəxsə intizam tənbehi tətbiq etməmişdən qabaq təhsil müəssisəsinin rəhbəri həmin şəxsdən məsələ ilə bağlı izahat almalıdır. Məsələ ilə bağlı izahatın alınmasını təmin etmək üçün təhsil müəssisəsinin rəhbəri həmin şəxsin intizam tənbehinin tətbiq edilməsinə əsas verən bütün sübutlar ilə tanış olmaq, ona qarşı ifadə verən şəxslərə suallar vermək və hüquqşünas daxil olmaqla, digər nümayəndələrlə təmsil olunmaq hüququnu təmin etməlidir.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec