Müəllimlər üçün: Tədrisi qrup işləri ilə necə səmərəli təşkil edə bilərlər?

Tədris zamanı müəllimlərin ən çox qarşılaşdığı problem tədris zaman şagird və tələbələrin keçirilən mövzunu düzgün anlamamaları və mövzuya uyğun onlarda fikirlərin formalaşmamasıdır. Bu problemləri aradan qaldırmaq üçün müəllimlər tərəfindən ən çox istifadə edilən fəaliyyətlərdən biri şagird və tələbələrə birgə işdir yəni qrup işidir. Belə interaktiv təlim qarşılıqlı öyrənmənin, başqalarının köməyi ilə informasiyanı sürətlə qavramanın səmərəli yoludur. Lakin müəllimlərin əksəriyyətini qrup müzakirələrində və təlim məqsədlərinə nail olmaqda bəzi şagirdlərin qeyri-bərabər və zəif iştirakı narahat edir.

Qruplarla işi daha səmərəli təşkil etmək məqsədi ilə bir neçə tövsiyə təklif olunur. Bu cür təlim üsulundan istifadə edilməsinin əsas məqsədi ümumi nəticə əldə etmək üçün şagirdlərin birlikdə fəaliyyətidir. Lakin bu prosesdə hər bir şagirdin qrup daxilində öz rolunu dərk etməyi olduqca vacibdir.

Bir neçə konkret situasiyaya nəzər yetirək: Tapşırığın həlli prosesində şagirdlərin fəal mövqedə qalması üçün onlara ayrı-ayrı rolların təklif edilməsi məqsədəuyğundur.

 Əksər hallarda şagird problemli situasiyaların həllinə hazır olmadığı və ya digər şagirdlər təşəbbüsü öz üzərinə götürdüyü üçün passiv mövqe tutur. Bunun səbəbi şagirdin fərdi xüsusiyyətləri və temperamenti də ola bilər.

Hər bir şagirdə qrupda müəyyən rol ayırın. Bu, ilk növbədə hər şagirdi məşğul vəziyyətdə saxlayacaq və bütün qrupun daha səmərəli işləməsinə kömək edəcək.

 Qrupun rəhbəri. Verilmiş tapşırığı yerinə yetirən şagird qrup müzakirəsi zamanı yanlış istiqamətdə hərəkət etməməyə və ya hansısa bir xırda detalın müzakirəsində ilişib qalmamağa diqqət etməlidir. Onun replikaları təxminən bu cür ola bilər: “Biz hələ ki, materialın digər hissəsi ilə tanış olmamışıq. İrəli getməliyik, cəmi 5 dəqiqəmiz qalır.”

Nəzarətçi. Nəzarətçinin rolu ondan ibarətdir ki, qrup üzvlərinin hamısının yekdilliklə qərara gəldiyinə, verilən cavabla hamının razı olduğuna əmin olsun.

Bəzən qrupdaxili müzakirələr zamanı şagirdlərdən biri öz düzgün cavabını qrupun digər üzvlərinə çatdıra bilmir. Bu zaman çox vacibdir ki, onun fikri eşidilsin, müzakirə edilsin, əks-dəlillər təqdim olunsun və ümumi məxrəcə gətirilsin. Nəzarətçi təxminən “Hamı Arifin fikri ilə razıdırmı?”, “Sizcə, məsələnin başqa həll yolu varmı?” kimi suallarla qrupu istiqamətləndirə bilər.

Qeydiyyatçı. Rolu qrupun bütün düzgün cavablarını qeyd etməkdir. Əgər hansısa bir şagird öz şəxsi fikrində israr edirsə, onun dediyi yazılı şəkildə qeyd olunur. Çünki ola bilər ki, sinifdə tapşırığın nəticəsini müəllimlə birlikdə müzakirə edərkən həmin şagirdin dediyi fikir düzgün çıxsın.

Redaktor. Bütün cavabların düzgün və səlis qeyd olunmasına, hətta stilistik və qrammatik səhvlərə  yol verilməməsinə görə məsuliyyət daşıyır, tapşırığın səliqə ilə yerinə yetirilməsini təmin edir.

Moderator. Bu rolu icra edən şagirdi “sülhməramlı” adlandırmaq olar. O, bütün qrup üzvlərinin biri-biri ilə xoş münasibətdə olmağını təmin etməlidir. Moderator qrup daxilində yarana biləcək bütün anlaşılmazlıqların, konflikt situasiyaların qarşısını almalıdır (Məsələn: “Gəlin indi Muradın fikrini dinləyək” və yaxud “Stop, gəlin növbə ilə çıxış edək. Səbinə, səndən başlayaq”).

Qiymətləndirici. Bu şagird qrup yoldaşlarını öz ideyalarını paylaşmağa, onların üzərində fəal işləməyə və reallaşdırmağa çağırır. Belə davranış modelində bu kimi replikalar ola bilər: “Əla fikirdir, Arif. Lakin gəlin baxaq, biz bunu edə bilərikmi?”.

Şagirdlərin vəzifələri və qrup daxilində gözlənilən davranış

Birgə öyrənmənin vacib elementlərindən biri – qrup daxilində şagirdlərin ünsiyyət bacarıqlarından istifadə etməsidir. Qrupun qarşısında qoyulmuş tapşırığın uğurla yerinə yetirilməsi üçün onun hər bir üzvü konstruktiv tərzdə, kollektiv şəraitdə işləməyi bacarmalıdır. Gözlənilən davranış modelləri və şagirdin məsuliyyət daşıdığı vəzifələr təxminən bunlardır:

Yaddaş tablosunu hazırlayın, onu bütün siniflə birgə müzakirə etdikdən sonra görünən yerdən asın.

Qrup daxilində davranış kodeksi:

  • Hər kəs qarşıda qoyulmuş problemin həllinə öz töhfəsini verməlidir;
  • Hər kəs qrupun digər üzvlərini dinləməlidir;
  • Hər kəs məsələnin həlli zamanı öz yoldaşlarını dəstəkləməli və həvəsləndirməlidir;
  • Yaxşı ideyaları tərifləyin;
  • Ehtiyac yaranarsa, yoldaşlarınızdan kömək istəməkdən çəkinməyin;
  • Anladığınızdan əmin olun;
  • Mövzudan və problemin həlli prosessindən yayınmayın.

Hər bir şagid üçün fərdi olaraq davranış tərzini əks etdirən feillər təklif oluna bilər:

  • Cəhd et;
  • Suallar ver;
  • Kömək et;
  • Nəzakətli ol;
  • Başqalarını təriflə;
  • Dinlə və anla;
  • Qrup daxilində olduğunu unutma.

Qrupun monitorinqi zamanı nə etmək lazımdır

Müəllim qrupun səmərəli işini və qoyulan problemin müştərək həllini təmin etmək üçün müşahidəçi və ekspert rolunu oynayır. O, hər bir qrupun monitorinqini keçirir.

Müəllim qruplara yaxınlaşaraq işi aşağıdakı formalarda istiqamətləndirə bilər:  

CELT Online – İngilis dilini karantində öyrənməyə başla! Ətraflı məlumat üçün bizə yazın.

Əks-əlaqə qurun

Əgər qrup üzvləri məsələnin həllində düzgün cavab olduğuna tam əmin deyilsə, dərhal reaksiya verin. Onlara yaxınlaşın, lakin birbaşa düzgün cavab üçün işarə verməyin. Onları istiqamətləndirin, tapşırığı dəqiqləşdirin, oxşar nümunələr göstərin. Bir sözlə, onlarda inam hissi yaradın.

Dəstəkləyin və tərifləyin

Qruplar arasında gəzərkən onların hər birini kollektiv şəklində işlədikləri üçün rəğbətləndirməyi və tərifləməyi unutmayın.

Keçmiş mövzuları təkrar etdirin

Əgər qruplardan hər hansı birinin verilən materialı anlamadığını görürsünüzsə, bundan həmin materialı təkrarlamaq imkanı kimi istifadə edin. Bu mövzunun müstəqil öyrənilməsi üçün konkret tövsiyələr verin və ya çətin məsələnin operativ şəkildə sizinlə birlikdə öyrənilməsini təmin edin.

Şagirdləriniz haqqında daha çox məlumat əldə edin

Şagirdləriniz haqqında daha çox məlumat yığmaq üçün dərs vaxtından istifadə edin. Qruplar arasında gəzərkən şagirdlərin fikir və təkliflərini frontal, yaxud fərdi şəkildə müşahidə edərək onlar haqqında daha çox məlumat əldə edə bilərsiniz. Bu zaman ola bilsin ki, siz yaxşı tanıdığınız bir şagirdi gözləmədiyiniz bir tərəfdən görə biləcəksiniz. Ola bilər ki, şagird bir qrupda verilən rolun öhdəsindən digər qrupda gələ bilməsin. Belə məlumatları özünüzdə qeyd edin və növbəti dəfə qrup işinin təşkilində nəzərə alın.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next