Müəllimlər onlayn təhsili necə səmərəli təşkil edə bilərlər?

Bildiyiniz kimi bu il bir çox ölkələr kimi Azərbaycanda da təhsil ili tam olaraq bitmədi. Lakin buna baxmayaraq Təhsil Nazirliyi uşaqların təhsil davamlılığını saxlamaq üçün Virtual Məktəb layihəsinə start verdi. Bu platformadan həm müəllimlər həm uşaqlar yararlanaraq dərs davamlılığını qorudular və həm də müəyyən səviyyədə texnoloji biliklərini də inkişaf etdirdilər. Bu yazıda təhsilin davamlılığını təmin etmək üçün onlayn platformalardan istifadə edərək müəllimlər hansı təlim növləri ilə tədrisi təşkil edə bilərlər? Sualını cavablandırmağa çalışacayıq.

Pandemiya zamanı təlimin davamlılığını təmin etmək üçün ümumi tövsiyələr:

• Təlimlərinizi onlayn və ya virtual öyrənmə platformalarından istifadə edərək təşkil edin;

• Valideynlərlə yaxından əməkdaşlıq edin;

• Şagirdlərə ev tapşırıqları verin və oxu materialları tövsiyə edin;

• Kompyuter, radio və televiziyada maarifçi proqramları izləməyi tövsiyə edin;

• Şagirdlərin öyrənmə prosesinin izlənilməsini (gündəlik, həftəlik və ya d.) planlaşdırın;

• Apardığınız təlimləri və dərslərin məzmununu davamlı refleksiya edin, təlimləri və

 materiallarınızı şagirdlərin fərdi ehtiyaclarına uyğunlaşdırın.

SİNXRON ONLAYN TƏLİM

• Dərslər canlı virtual sinif formatında təşkil olunur.

• Təlim daha sistemlidir və strukturludur.

• Üzbəüz qarşılıqlı ünsiyyət imkanı olur.

• Daha səmərəli və inteqrativ hesab edilir.

• Şagirdlər ehtiyac olduqda dərhal rəy ala bilir və aydın olmayan məqamlar izah edilir.

Sinxiron onlayn təlim üçün nümunə: canlı video dərslər (Zoom, MS Teams, Skype və digər proqramlar vasitəsilə), canlı söhbət və s.

ASİNXRON ONLAYN TƏLİM

• Ünsiyyət canlı deyil.

• Şagirdlərə sərbəst öyrənmək imkanı yaradır.

• Şagirdlər eyni məzmunu fərqli zamanda öyrənə bilirlər.

• Dərhal dəyərləndirilmək və ya suala cavab almaq məhduddur.

Asinxiron onlayn təlim üçün nümunə: Məzmun və təlimatların e-mail vasitəsilə göndərilməsi, açıq onlayn təlimlərb (özütənzimlənən), əvvəlcədən çəkilmiş video dərslər, teledərslər, forumlar və s.

Sual: Onlayn öyrənmənin keyfiyyətini necə təmin etmək olar?

Cavab: Onlayn təlimin səmərəliliyini “fəal öyrənmə” təmin edir.

FƏAL ÖYRƏNMƏ

• həm sinxron, həm asinxron onlayn təlim üsullarından istifadə etməklə təşkil edilir;

• müxtəlif öyrənmə üsullarını və fəaliyyətlərini ehtiva edir;

• ənənəvi və müəllimyönümlü təlim prosesindən şagirdyönümlü təlimə keçidi təmin edir;

• qrup işləri, cütlərlə müzakirə, təcrübəyə əsaslanan fəaliyyətlərə üstünlük verir;

• mühazirələrdən az istifadə edilir.

Bütün uşaqlar fərqlidir və müxtəlif üsullarla öyrənirlər. Yalnız şifahi nitq və əzbərləməyə əsaslanan təlim metodları az sayda şagird üçün uyğundur.

Təlim prosesində müxtəlif öyrənmə üsullarından (vizual, şifahi, məntiqi, kineestetik, musiqi, şəxsiyyətlərarası, şəxsiyyətdaxili) istifadə etmək bütün uşaqların öyrənməsinə şərait yaradır.

CELT Online – İngilis dilini bizimlə istədiyiniz yerdən öyrənin. Ətraflı məlumat üçün bizə yazın.

Dərsin aydın planını hazırlayın və əhatə edəcəyiniz məşğələləri qeyd edin.

• Hər bir dərsin strukturunu qurun:

 – Dərsin əvvəlində giriş hissə: məqsədlər, gözləntilər, əvvəlki dərslərlə əlaqə;

 – Əsas məşğələlər;

 – Dərsin yekununda: xülasə, əldə edilmişlərin icmalı, bundan sonrakı proseslər haqqında məlumat.

• Dərsə giriş etməzdən əvvəl mütləq uşaqlara həmin gün nəyi öyrənəcəyini açıqlayın – öyrənmədə çətinliyi olan uşaqlar üçün daha sadə izahat və izahatın təkrarlanması tələb oluna bilər.

• Çərçivə olaraq Universal Öyrənmə Dizaynın prinsiplərindən istifadə edin.

• Fəaliyyətləri müxtəlif səviyyələr üzrə hazırlayın və şagirdlərin fərdi ehtiyaclarına uyğun olanları seçmələrinə şərait yaradın.

• Dərs prosesində mehribanlıq, hörmət və sevginizlə uşaqlara nümunə olun.

• Dərs zamanı və ya dərsdən kənarda uşaqların danışıb bir-birlərinə kömək edə bilmələri üçün şərait yaradın və əməkdaşlığa həvəsləndirin (qrup işləri və s.).

• Dərs boyunca uşaqlarla qarşılıqlı ünsiyyətdə olun:

 – Onları müşahidə edin, yoxlayın, izləyin;

 – Tərifləyin və həvəsləndirin;

 – Anlayıb-anlamadıqlarını yoxlayın;

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next