Manchester Böyük Britaniyanın real mədəniyyət paytaxtı kimi

Manchester – İngiltərənin şimal-qərbində yerləşir. Əhalisi 500.000 təşkil edir. Böyük Britaniyanın əsl mədəniyyət paytaxtı kimi tanınıbdır. Şəhər nəinki ölkə daxilində həmçinin dünyada özünə məxsusluğu və ilkliyilə tanınır. Bunlara 90-cı illərin ortalarının musiqi partlayışı olan Madchesteri bəxş etməsi, bununla yanaşı təhsil və idman sahəsində olan fərqliliyini misal göstərə bilərik. Ali təhsil almaq üçün isə bu şəhərdəki Universitetlər yüksək keyfiyyətli təhsil verməklə Dünyanın ən yaxşı reytinqlilər ali təhsil ocaqları sırasındadırlar. Şəhərdə beynəlxalq hava limanı, mükəmməl nəqliyyat sistemi, əyləncə, iş imkanlarının çox olması Manchesteri xarici tələbələri özünə cəlb edən ən məşhur İngiltərə şəhərlərindən biri edir.

Təhsil :

Qeyd etdiyimiz kimi İngiltərənin şimal-qərbində yerləşən Mancherster tələbələrə 2 əsas Universitetlə təhsil almaq imkanı yaradır :

  • University of Manchester
  • Manchester Metropolitan University

Bununla yanaşı bir neçə kolleclərdə var:

  • The Manchester College
  • Manchester College of Arts and Technology

Bu Universitetlərdə siz bakalavr və magistr təhsiliylə yanaşı doktorantura təhsilidə ala bilərsiz. Magistr təhsili ixtisasdan asılı olaraq 1-2 davam edir.

Həyat :

Manchesterdə həyat digər şəhərlərə nisbətən fərqlidir. Çoxda dəbdəbəli olmayan şəhər öz unikallığı ilə sezilir. tələbələrin boş vaxtlarını maraqlı keçirməsi üçün şəhərdə çox sayda klublar, əyləncə mərkəzləri və kitabxanalar var. Yox əgər siz incəsənətlə maraqlanırsızsa, onda bura əsl sizin məkandır. Manchesterdə olan teatrlar, galereyalar və kinoteatrlar əvəz edilməzdir. Şəhərin digər bir özəlliyidə ondadırki buranın əhalisi İngiltərənin ən mehriban, isti münasibətli insanlarıdır. Bu səbəbdəndə yerli əhaliylə yaxşı münasibəti nəzərdən qaçırmayın

İş həyatı :

Bir çox xarici tələbələr təhsillərini başa vurduqdan sonra elə məhz burda qalıb işləməyi üstün tuturlar. Bunun üçün kifayət qədər səbəb və imkanlar var. Amma ən əsas işlər bu şəhərdə incəsənət, media, servis yönümlü işlərdir. Eyni zamanda digər sferalardada siz özünüzə uyğun iş tapa bilərsiz. Misal üçün, Manchesterdə işçilərinin sayına və iş imkanlarına görə ən iri şirkət Co-operative Group-dur. Hansıki Manchesterdə müsahiblik, maliyyə, menecment, konsultansiya kimi işlər təklif edir. Və şəhər dünyanın ən böyük pərakəndə satış mərkəzinlərindən birinə malikdir. Budaki Trafford centre adlanır.

Yaşayış :

İngiltərənin ən çox tələbə məskunlaşan şəhərlərindən biri olaraq Manchesterdə tələbələr üçün kifayət qədər standartlara uyğun yataqxana və yaşayış yerləri var. Tələbələrin əksəriyyəti Fallowfield, Withington və Didsbury kimi şəhərdən biraz kənar ərazilərdə yaşamağı üstün tuturlar, lakin bir qism isə elə məhz şəhər mərkəzinə yaxın yerlərdə ev kirayələməklə yaşamağı daha üstün tuturlar. Ev kirayələmək istəyən tələbələr aylıq £300 xərci gözə almalıdırlar.

Hava və iqlim :

Bu şəhər əslində yağışın çox yağması ilə məşhurdur, ancaq əslində heçdə belə deyil. Hətta yay ərəfəsində daha çox istini olmağıda müşahidə edilir.

Ümumən mülayim yay fəslindən, uzun və soyuq qış aylarını nəzərə almasaq İngiltərənin özünəməxsus dəyişkən iqliminin olması hər birimizə məlumdur

 

1 thought on “Manchester Böyük Britaniyanın real mədəniyyət paytaxtı kimi”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username