Maliyyə və iqtisadiyyat

Həm iqtisadiyyat, həm maliyyə ticarətlə bağlıdır və hər ikisi bazardaki pul dövriyyəsini araşdırır. Maliyyə və iqtisadiyyat hansısa bir təşkilat və ya dövlətin iqtisadi yüksəlişi üçün birlikdə hərəkət edir.

Maliyyə pulun cari zamandaki dəyərini, iqtisadi risk faktorlarını, pulun optimal istifadəsini, müxtəlif valyuta dəyişimlərini və bunlardan istifadəni necə ən yaxşı hala gətirmək lazım olduğunu öyrənir. Maliyyə təkcə gündəlik bazarı anlamağa deyil, həmçinin şəxsi pul idarəsini də nizamlamağa kömək edir. Bu sayədə biz bu gün baş verənlərdən və sabahın nə gətirəcəyindən xəbərdar oluruq. Həmçinin sabah üçün də planlar hazırlamağa fürsətimiz olur. İqtisadiyyat isə hansısa bir ölkənin və ya regionun iqtisadi vəziyyəti ilə ilə bağlıdır. İqtisadiyyatdan xəbəri olan bir insanın gündəlik ölkələrarası bazardan anlayışı olur və iqtisadi dəyişimlərin dövlətlərə necə təsir etdiyini aydın şəkildə bilir.

Təhsil və kariyerada iqtisadiyyat.

Yuxarıda qeyd edildiyi kimi hər hansı bir ölkənin iqtisadi siyasətinə işıq tutur. Ölkənin idarəetmə qanunları çərçivəsində bankların və maliyyə institutlarının işini idarəedir. Başqa sözlə desək, iqtisadiyyat ölkənin bütün maliyyə strukturunun onurğası rolunu oynayır. İqtisadçılar pulun bazardaki hərəkətini  və qiymət dəyişiminin müxtəlif sektorlara necə təsir edəcəyini araşdırırlar. Maliyyəçilər günbəgün baş verən dəyişiklikləri izlədiyi halda iqtisadçılar məzənnə fərqi, inflyasiya, indekslərin hərəkəti kimi mövzular üzərində daha çox işləyirlər. İqtisadiyyat makroiqtisadiyyatmikroiqtisadiyyat olmaqla iki hissəyə ayrılır. Makroiqtisadiyyat ümumi daxili məhsul, inflyasiya kimi mövzuların ümumi iqtisadiyyata verə biləcəyi zərər və ya xeyirlərlə, mikroiqtisadiyyat isə bunların sənayenin daha kiçik hissələrinə necə təsir etməsi ilə maraqlanır.

Təhsil və kariyerada maliyyə

Maliyyə, oxucuları pul dövriyyəsi barədə məlumatlandırır və pul toplamağın yollarını öyrədir. Təhsil sahəsində maliyyə bazarda hansı məhsulların gəlir gətirdiyinə daha çox yer ayırır və investorlar üçün maliyyə istiqamətlərini daha aydın şəkildə təsvir edir. Maliyyənin iki əsas qrupu isə korporativ maliyyə şəxsi maliyyədir. Korporativ maliyyə hansısa bir şirkətin, müəssisənin və onların sənayesinin maliyyə təfsilatını verdiyi halda, şəxsi maliyyə fərdlərə şəxsi maliyyə hesabatlarından xəbərdar olmağa və onu idarəetməyə kömək edir.

Maliyyə- Kiçik ölçüdə fərdlər üçün, böyük ölçüdə korporasiyalar üçün fəaliyyət göstərir.

İqtisadiyyat- Kiçik ölçüdə ölkələr və ya regionlar, böyük ölçüdə isə sənaye müəssisələri üçün fəaliyyət göstərir.

Maliyyə- Hazırki iqtisadi vəziyyəti investorlara, kapital qoyuluşuna görə dəyərləndirərək daha çox gəlir əldə etmənin yollarını araşdırır.

İqtisadiyyat- Ümumi daxili bazarı və sənayeni tam müstəvidə araşdıraraq burada müəyyən düzəlişlər və tənzimləmələr aparır.

Maliyyə- Burada qərarlar müxtəlif məhsulların növünə görə və müxtəlif situasiyalarda nizamlanır.

İqtisadiyyat- Burada qərarlar dövlət və ya qanuni strukturlar tərəfindən nizamlanır.

Maliyyə- Burada alınan qərarlar iqtisadiyyatın bütün baza strukturlarına, hətta məişət və şəxsi maliyyə idarəetməsinə təsir edir.

İqtisadiyyat- Burada alınan qərarlar daxili iqtisadiyyatın bütün bölmələrinə təsir etsə də, bu təsir daha çox daha üst bölmələrdə hiss edilir.

Sonda ümumiləşdirmə üçün deyə bilərik ki, maliyyə iqtisadiyyatın tərkib hissəsi, alt qatıdır. İqtisadiyyat da öz növbəsində maliyyə əsasında formalaşır.

Xanım Xəlilova

CELT Xətai

012 496 45 76

050 588 15 18

xanim@celt.az

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next