Magistr imtahan suallarında MƏNTİQ yoxsa UYĞUNSUZLUQ?

Bildiyiniz kimi fevralın 28-də magistraturaya qəbul imtahanları keçirilib. Abituriyentlər imtahan həyəcanını unudaraq, onlara təqdim olunan kitabçadakı sualların qeyri-adiliyinə diqqət çəkiblər. Belə ki, bəzi suallarda məntiqi yaxınlıq olmayıb. Bununla bağlı çoxlu narazılıqlar yaranmışdır.

Misal üçün, suallardan birinə diqqət edək.  

– Suya tökülən yarpağın 3-də  1-i çaydakı daşlara ilişdi, bu qədəri torpağa düşdü. Sizcə təqribi neçə yarpaq tökülüb?!

Botanika ilə bağlı təqdim edilən suallarda cavablarla uyğunluq təşkil edilməyib. Bununla bağlı DİM-ə müraciət edilib və DİM rəsmisi bildirib ki, magistraturaya qəbul imtahanı bu qurum tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir:

“DİM əvvəlcədən magistratura səviyyəsinə qəbul imtahanına hazırlıqla əlaqədar ali təhsil müəssisələrinin ixtisas kafedraları, professor-müəllim heyəti və aparıcı mütəxəssisləri ilə birgə imtahanın məzmununa aid zəruri elmi-metodiki vəsaitlər – bakalavrların məntiqi təfəkkürünün, xarici dil və informatika üzrə biliklərinin yoxlanılması üzrə qəbul proqramları, yoxlama-ölçmə materialları və digər zəruri materiallar hazırlayır və bakalavrların ixtiyarına verir.

İmtahanda istifadə olunan bütün tapşırıqlar qəbul imtahanı proqramına əsasən hazırlanır və əvvəlcədən elan edilmiş test modellərinə uyğun olur. Test tapşırıqları imtahandan əvvəl və sonra ekspert qrupları tərəfindən elmi-metodiki ekspertizadan keçirilir”.

Bildirmək istərdik ki, DİM-in mətbuat katibi onu da bildirib ki, imtahan nəticələri elan olunduqdan sonra da apelyasiya komissiyası fəaliyyət göstərir: Fevralın 28-də keçirilən imtahanla əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 5 mart 2021-ci il tarixindən etibarən apellyasiya prosesi təşkil ediləcək. İmtahanda istifadə olunan hər hansı bir tapşırığın məzmunu ilə bağlı kimin konkret iddiası varsa, 3-4 mart tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilər”.

Magistr imtahanında yadınızda qalan maraqlı suallar varsa şərh bölümünə yaza bilərsiniz.

CELT Colleges olaraq imtahanda iştirak edən bütün bakalavrlara bol-bol uğurlar arzulayırıq!

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next