Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı elan edir.
Təhsil səviyyəsi: magistratura
Tədris dili: ingilis dili
İxtisaslar: kənd təsərrüfatı su idarəetmə mühəndisliyi, bitki qorunması, məhsul istehsalı
Universitet: Szent István University
Təhsil müddəti: 2 il
Maliyyələşmə: təhsil haqqı, yataqxana, yaşayış xərci, tibbi sığorta
Son tarix: 28.02.2021
Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları keçiddə göstərilən ərizə forması ilə tələb olunan sənədləri REU-Scholarship@fao.org elektron poçt ünvanına göndərməlidirlər.
Tələb olunan sənədlər və digər məlumatlarla keçiddən tanış ola bilərsiniz.
Qeyd: yalnız 30 yaşadək namizədlər müraciət edə bilər.
Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə namizədlərə REU-Scholarship@fao.org ünvanı ilə əlaqə saxlamaq tövsiyə edilir.