Macarıstanda Tibb Təhsili – Debrecen Universiteti

Bildiyimiz kimi tibb sahəsi üzrə ingiliscə təhsil verən ölkələr daha çox ingilis dilli ölkələrdə, ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya və Yeni Zellandiyada cəmləşib. Lakin bu ölkələrdə Azərbaycanlı tələbələrin birbaşa tibb proqramlarına daxil olmaq üçün ilk öncə hazırlıq proqramlarına və ya əlavə bakalavr proqramlarına qoşulması məcburi olduğundan və bundan başqa həmin ölkələrdə nisbətən yüksək təhsil haqqlarının olması, tibb oxumaq istəyən tələbələri alternativ yollar axtarmağa vadar edir. Qərbi Avropada təəssüf ki, pulsuz tibb proqramları o ölkələrin öz dillərində keçirildiyi üçün (məsələn, Almaniyada almanca, İtaliyada italyanca), tələbələr Şərqi Avropa ölkələrindən olan Macarıstan və Polşa və Baltikyanı ölkələrdə həm ingiliscə, həm də tibb sahəsi üzrə birbaşa bakalavr təhsilinə üz tuturlar. Lakin bu ölkələr arasında reytinqli universitetləri və keyfiyyətli tədrisi ilə daha çox fərqlənən Macarıstan olduğuna görə bloqumuzda bu ölkə barəsində söhbət açacağıq.

Macarıstanda 4 universitet ingiliscə tibb təhsili verməkdədir. Bu universitetlər:

Bu universitetlər arasında Debrecen universiteti daha güclü nüfuza malik olduğuna görə və tələbələrin 18 yaşından aşağı olmasına baxmayaraq onları birbaşa tibb proqramlarına qəbul etdiyinə görə azərbaycanlı tələbələrin bu universitetdə təhsil almasını daha çox məsləhət görürük. Debrecen şəhər və universiteti haqqında əvvəlki bloqlarımızda tanış ola bilərsiniz.

Universitetin tibb fakültəsi mərkəzi Avropanın kampus şəklində tibb təhsili verən ilk universitetidir. 1951-ci ildə Tibb fakültəsi Macarıstanın Səhiyyə Nazirliyinin bilavasitə tabeçiliyində və nəzarətində olan müstəqil quruma çevrilmişdir.

Universiteti Tibb fakültəsi 22 elm və 25 kliniki şöbədən ibarətdir. Onların bəziləri aşağıdakılardır:

  • Kliniki Kimya
  • Daxili Xəstəliklər
  • Cərrahlıq
  • Ortopediya
  • Radiologiya
  • Neyrologiya
  • Neyro-cərrahiyyə
  • Pediatriya
  • Psixiatriya
  • Kardiologiya
  • Stomatologiya
  • Dermatologiya
  • Oftamologiya
  • Ginekologiya
  • Urologiya və s.

Universitetin tibbi təhsil binaları Debrecen şəhərinin xəstəxanası kimi fəaliyyət göstərir. Buna görə də yuxarı kurs tələbələri universitetin kampusunu tərk etmədən kliniki təcrübələrini keçə bilərlər.

Universitetin diplomu Avropa və dünyada, eləcə Azərbaycanın Təhsil Nazirliyi tərəfindən qəbul edilir. Diplomu bir neçə mötəbər dünyatəşkilat tərəfindən akkreditasıya olunmuşdur:

  • Ümumdünya Səhiyyə Təşkilatı (World Health Organization)
  • Kaliforniyan Tibb Birliyi (the Medical Board of California)
  • Nyu Yorkun Ştatının Təhsil Departamenti (the State Education Department (NY, USA)
  • Böyük Britaniya Ümumi Tibb Konsulu (the General Medicine Council)

Universitetin tibb təhsili üzrə aşağıdakı proqramlardan birini götürə bilərsiniz.

  1. Tibb (Medicine M.D) (12 semester)
  2. Stomatologiya (10 semester)
  3. Farmokologiya (10 semester)

Dərslər tamamilə ingiliscə keçirilir və tələbələr kliniki təcrübə dövründə macar xəstələri ilə ünsiyyət olması üçün universitetdə elementar səviyyədə macar öyrənmələri məcburidir.

Tibb proqramı götürdüyünüz təqdirdə ilk iki ildə fundamental nəzəri bilgilər əldə edəcəksiniz. 3-cü ildən etibarən isə nəzəri bilgiləriniz kliniki tətbiqini öyrənəcəksiniz. 6-ci il isə tamamilə kıiniki təcrübəyə həsr olunacaq və Daxili Xəstəliklər. Ginekologiya, Cərrahiyyə, Nevrologiya, Psixiatriya və Pediatriya şöbələrindən birində xəstələrlə bilavasitə təmasda olacaqlar. İlin sonunda isə diplom işini müdafiə etməklə və imtahanları verməklə diploma sahib olacaqsınız.

Universitetin tibb sahəsi beynəlxalq nüfuza və heç də asan olmayan dərs proqramına malik olduğuna görə qəbul şərtlərini ödəmək üçün tələbələr bir az əziyyət çəkməli olacaqlar. Universitetə qəbul olmaq üçün tələbələr yüksək səviyyədə Biologiya, Kimya və Fizika biliyinə sahib olmalıdır. Tələbələr bu 3 fənni ingiliscə mükəmməl şəkildə bilməlidir. Tələbələrin ingiliscə səviyyəsi isə bu 3 fənndən imtahan verməklə və imtahandan sonra müsahibə olunmaqla müəyyənləşdiyinə görə və əlavə IELTS və ya TOEFL sertifikatına ehtiyac qalmayacaq. Amma tələbələrə məsləhət görərdik ki, IELTS və ya TOEFL kimi sertifikatlara öncədən malik olsunlar.

İmtahanlar iki hissədən ibarətdir. Yazılı və şifahi.

Yazılı imtahan aşağıdakı fənnləri əhatə edəcək:

  • Biologiya
  • Fizika və Kimya. Tələbələr bu iki fəndən birini daha asan və daha çətin seçə bilər. Məsələn tələbə Fizikanı seçərsə, Fizikaya aid suallar çətin, Kimyaya aid suallar isə daha asan düşəcək və ya əksini seçə bilərlər (Kimya çətin, Fizika asan). Hər fənnin sualları üçün 30 dəqiqə vaxt ayrılacaq.

Şifahi imtahan isə Biologiya və Kimya və ya Fizika (ikisindən biri) barədə olacaq. Qiymətləndirmə bal əsasında qiymətləndiriləcək. Minimum 260 bal yığan tələbə tibbə birbaşa qəbul olacaqdır. Əgər imtahanlarda zəif nəticə toplasanız (minimum 150 bal), universitetin 1 illik tibb hazırlığına qoşula bilərsiniz. İmtahanlar ildə bir neçə dəfə keçirilir və imtahana bir akademik il ərzində bir dəfə qatılma haqqınız vardır. Təəssüf ki, Azərbaycanda universitetin tibbə qəbul imtahanı keçirilmir, amma çalışacağıq ki, gələcək illərdə imtahanın Bakıda keçirilməsini təşkil edək. Hal-hazırda imtahanlar məsafə baxımından yaxın ölkələrdən olan Türkiyə və Dubayda keçirilir.

Biologiya, Kimya və Fizikadan ingiliscə hazırlaşmaq üçün CELT Collegesin ofislərinə müraciət edə bilərsiniz. Müəllimlərimizdə imtahana düşəcək nümunə suallar olduğu üçün sizə tam şəkildə tədris materiallarından hazırlaşmağa dəstək göstərə biləcəklər.

Bundan başqa universitetimiz Debrecen universtetinin rəsmi təmsilçisi olduğuna görə sizin qəbul, yataqxana və viza işlərinizdə tam dəstək olacağıq. Ətraflı məlumat almaq istəsəniz İçərişəhər ofisimizə yaxınlaşa bilərsiniz.

Universitetin tibb proqramı barədə youtube kanalında izləyə bilərsiniz: Debrecen Universiteti tanıdım videosu

Ünvan: İçərişəhər metrosu, İstiqlaliyyət 59, İqtisad universiteti ilə üzbəüz.

Tel: (012) 492 68 53

(055) 644 72 80

e-mail: admissions@celt.az

Instagram: celticharishahar

facebook: https://www.facebook.com/celtscollege/

 

5 thoughts on “Macarıstanda Tibb Təhsili – Debrecen Universiteti”

Leave a Comment