Macarıstanda Təhsil – Macarıstanda Bakalavr və Magistr Təhsili

Macarıstanda Təhsil

CELT Xaricdə Təhsil şöbəsi Macarıstan Universitetlərinin Azərbaycanda ən böyük rəsmi nümayəndəsidir. Hər illər bir çox tələbəmiz Macarıstan dövlət təqaüdü ilə gedir. Macarıstanda universitet oxumaq Azərbaycan tələbələri üçün çox əlverişlidir. 

Hər Seçiminizdə Sizinləyik

Bir CELT Hekayəsi

Anar-gurbanzada-1

Anar Qurbanzadə

Hamida-1

Həmidə Səfərova

baba

Baba Karimli

WhatsApp Image 2020-01-29 at 09.02.00

Xanım Xəlilova

lacın

Laçın Hüseynov

WhatsApp Image 2020-01-24 at 13.50.53 (1)

Bəhruz Səfərov

CELT Tələbləri Dünyada

Bir CELT Hekayəsi

University of Debrecen

Macarıstanın ikinci ən böyük şəhəri sayılan Debrecen şəhərində 1538-ci əsası qoyulmuşdur. University of Debrecen Macarıstanın davamlı olaraq fəaliyyət göstərən ən qədim universitetidir və burada 30 mindən çox tələbə təhsil alır. 1986-ci ildən bəri beynəlxalq tələbələr üçün nəzərdə tutulmuş İngilis dilində, xüsusi ilə də tibb sahəsində, bakalavr və magistr proqramlar tədris edilməyə başladı və hal-hazırda dünyanın hər bir yanından 4000-ə yaxın tələbə təhsilini burada davam etdirir.

Universitet foundation, bakalavr, magistr və pre-master proqramları təklif edir. İldə iki dəfə qəbul aparır: Sentyabr və Fevral ayında (bakalavr proqramları xaric).

University of Debrecen QS beynəlxalq universitetlərarsı reytinq cədvəlində University of Szeged və ELTE ilə birlikdə Macarıstanın top 3 universiteti arasındadır. Dünya üzrə ən reytinqi 601-650-ci yerlər arasında qiymətləndirilir. Lakin Tibb və Təbiət Emləri üzrə xüsusilə ixtisaslaşaraq dünyanın 343-cü ən güclü unversitetinə çevrilmişdir.

Debrecenin universitet kitabxanası 6 milyon nüsxə ilə Macarıstanda ən böyük hesab edilir və Macarıstanın iki dövlət kitabxanasından biridir. Universitetin “Leo” adlandırılan superkompyuteri dünyanın ən güclü 500 kompyuteri arasında adı çəkilir. Təkcə bu iki faktor universitetin elmə və texnologiyaya verdiyi dəyərin sübutudr.

The University of Szeged

The University of Szeged Macarıstanın 3-cü ən böyük şəhəri sayılan Szeged şəhərində yerləşir. Szeged şəhəri günəşli saatların sayına görə Macarıstanda qabaqcıl yerlərdədir, bu da Azərbaycanlı tələbələrin Szeged şəhərdə təhsil alma istəyinə böyük təsir göstərir. Universitetin əsası 1581-ci ildə qoyulmuşdur və hal-hazırda 30 mindən çox tələbəyə sahibdir. Beynəlxalq əlaqələrin genişlənməsinin məntiqi nəticəsi kimi bu universitetdə hal-hazırda 2 minə yaxın xarici tələbə təhsil alır və Erasmus proqramı vasitəsilə tələbələr 2-ci kursdan sonra 60-a yaxın partnyor universitetlərdən birində bir semesterlik tədris görə bilərlər.

Universitet ingilis dilində bakalavr, magistr və foundation proqramları da təklif edir.

University of Szeged Macarıstan ən reytinqli universitetidir və Mərkəzi Avropanın ən prestijli universitetlərindən biri hesab edilir. Mərkəzi Avropa regionun 13-cü ən güclü universiteti hesab edilir. QS universitetlərarası beynəlxalq reytinq cədvəlində hal-hazırda 501-550-ci yerlərdə qərarlaşıb. Academic Ranking of World Universities reytinq cədvəlinə görə isə University of Szeged dünyanın top 500 universitetindən biridir.

Universitet elm və texnologiya aləminə bir neçə dahi şəxs bəxş etmişdir. Onların arasında Nobel mukafatnı qazanmış C vitaminin kəşf edən və fiziologiya üzrə bir neçə kəşflərə imza atan Albert Szent-Györgyi də vardır.

University of Pecs

University of Pecs Macarıstanın ilk və ən qabaqcıl universitetlərindən biridir. Universitetin əsası 1367-ci ildə Pecs şəhərində Kral Louis I tərəfindən qoyulmuşdur və hal-hazırda universitetdə 30 minə yaxın tələbə təhsil alır. Universitet 10 fakültə və 2 minə yaxın müəllim heyətindən ibarətdir. Universitetdə bir sıra hazırlıq (foundation), Bakalavr, Magistr və Doktorantura proqramları vardır. Demək olar ki, bütün ixtisaslarda tələbələr tədris görməklə yanaşı, müxtəlif təşkilatlarda praktika keçmək və ya öz araşdırmalarını imkanına da malikdirlər.

Kredit sisteminin Macarıstanda ilk tətbiq edilən universiteti olduğu üçün, Macarıstanın hər bir şəhərindən gələn tələbələrlə yanaşı, beynəlxalq tələbələri də özünə cəlb edə bilmişdir.

University of Pecs ən qədim təhsil müəssisəsi olmaqla yanaşı, dünya universitetləri arasında təhsil keyfiyyətinə dünyanın bir neçə aparıcı reytinq cədvəllərində öz yerini möhkəmlədə bilmişdir. The Center for World University (CWUR) reytinq cədvəlində dünyanın top 1000 universiteti arasında 863-cü yerə sahib ola bilmişdir. Bu da universitetin dünyanın top 3.6 % universitetləri arasında olması deməkdir.

2013-cü ildə URAP University Ranking by Academic Performance reytinq cədvəlində isə dünyanın 28 min təhsil müəssisəsi arasında 815-ci yerdə qərarlaşmışdı. Reytinq universitetlərin akademik göstəricisinə, universitetlərin nəşr etdirdiyi jurnal sayına və beynəlxalq əlaqələrin həcminə görə tərtib edilmişdi. Bu göstəricilərə görə Pecs Universiteti qonşu ölkələrin Salzburg, Split, Osnabruck və Graz kimi universitetlərini bir xeyli qabaqlaya bilmişdi.

Budapest University of Technology and Economics

Qısaca olaraq BME kimi tanınan Budapest University of Technology and Economics mühəndislik ixitsasları üzrə Macarıstanın ən qabaqcıl universitetidir. Bu universitetin 1782-ci ildə yaradılması universiteti dünyanın ən qədim texnologiya universteti edir. Universitet Budapeştdə Dunay çayının sahili boyunca böyük ərazidə yerləşir. Universitetin bir başından o biri başına yetişmək 20 dəqiqə vaxtınızı ala bilər.

Universitetdə 24 minə yaxın tələbə təhsil alır və beynəlxalq tələbələr ümumi tələbələrin sayının 1/3-ini təşkil edir. Burada dünyanın 50-dən çox ölkəsində tələbə tədrisini davam etdirir. Azərbaycanlı tələbələrin sayı da ildən ilə artmaqdadır.

 

Webometrics universitetlərarası reytinq cədvəlinə əsasən BME 2014-cü ildə dünyanın 8000 universiteti arasında 359-cu universitetdir. Academyrank.com-a görə isə Macarıstanın ən top universiteti, Avropanın 96-cı, dünyanın 421-ci ən güclü universitetidir.

Quacquarelli Symonds reytinq cədvəlində mühəndislik ixtisaslarına təklif edən top 400 universitet arasında 254-cü yerdə olmaq Macarıstanın bu siyahıya düşən yeganə universiteti olmuşduq. Nəzərinizə çatdıraq ki, macar mühəndislərinin 70 faizi Budapest University of Technolody and Economics məzunlarıdır.

 

Budapest University of Applied Sciences

Əvvəllər Budapest University of Applied Sciences kimi tanınan Budapest Metroploitan University Macarıstanın paytaxtı Budapeşt şəhərində Macarıstan dövləti tərəfindən akkreditasiya olumuş özəl universitetdir. Universitet 2000-ci ildən fəaliyyətə başlayıb və hal-hazırda universitetdə dünyanın hər bir yanından 7 minə yaxın tələbə təhsil alır. Universitet müasir binalara, tələbələrin istirahəti üçün nəzərdə tutulmuş gözəl parkalara sahibdir. Təzəlikcə Avropa Birliyinin dəstəyi ilə 3 milyon avro dəyərində multifunksiyaslı bina inşa etdirmişdir. Universitet biznes və incəsənətlə əlaqəli ingiliscə tədris olunan bir sıra bakalavr və magistr proqramları tədris edir. İngilis dili zəif olanlar üçün bir illk və bir semesterlik hazırlıq proqramları da təklif edir. Universitetə sentyabr və fevral aylarında qəbul keçirilir.

Budapest Metropolitan Universitetini bitirən Macar tələbələrin 87 faizi məzun olduqdan sonra 3 ay ərzində iş tapa bilmişdir, tələbələrin 51 faizi hələ universitetdə tədrsi aldığı dövrdə işlə təmin olunmuşdur. 400-dən çox təcrübə proqramı vasitəsilə universitetin əməkdaşlıq etdiyi şirkətlərdə tələbələr professional mühitə cəld edilirlər. Peşəkar müəllim heyəti ilə yanaşı universitet top biznes professionallarını da məruzələrə cəlb etməklə tələbələrə yerindəcə praktiki biliklərlə təmin edirlər. BMU-da mütəxəssis müəllim heyəti və böyük şirkətlərin rəhbərliyi altında komanda və layihə işlərinə cəlb olunaraq universitetdə tədris aldığınız zaman artıq yerindəcə professional təcrübə qazanacaqsınız, bacarıqlarınızı gücləndirəcəksiniz və  komanda şəklində çalışmaqdan həzz alacaqsınız.

Budapest University of Applied Sciences

Eötvös Loránd University və ya ELTE kimi tanınan bu universitet 1635-ci ildə əsası qoyulmuş və Macarıstanın paytaxtı Budapeştdə yerləşən universitetdir. 30 minə yaxın tələbəsi ilə Macarıstanın ən böyük universitetidir. Universitet Bakalavr, Magistr proqramları ilə yanaşı, orta məktəbi bitirib İngilis dili və akademik biliyi zəif olanlar üçün hazırlıq proqramları da təklif edir. ELTE açılıdığı gündən bəri Macarıstanın elmi, mədəni və siyasi həyatında həmişə önəmli rol oynamışdır. Universitetin həm təhsil, həm də araşdırma sahələrində dünyanın bir neçə ali təhsil və beynəlxalq təşkilatları ilə mütəmadi əlaqələri vardır. Müxtəlif dəyişmə və Erasmus proqramları vasitəsilə tələbələr Böyük Britaniya, Almaniya və Fransa kimi qərb ölkələrində bir semesterlik tədris ala bilərlər.

ELTE Avropanın ən beynəlmiləl universitetlərindən biridir. Universitetdə dünyanın 77 ölkəsindən Bakalavr və Magistr proqramları üzrə tələbələr təhsil alır. Nobel mükafatçılarından 2 Macar alimi ELTE universitetinin məzunu olmuşdu; Georg von Békésy tibb üzrə, Georg von Békésy iqtsadiyyat üzrə Nobel laureatı olmuşdur. C vitaminini kəşf edən alim və buna görə Nobel mükafatı qazanmış Albert Szent-Györgyi bu universitetin professoru olmuşdur.

Bu universitet QS universitetlərarası beynəlxalq liqa cədvəlindən hal-hazırda dünyanın ən yaxşı 650 universiteti arasındadır. Academic Ranking of World liqa cədvəlində isə dünyanın top 400 universiteti arasında adı çəkilir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next