Macarıstanda Təhsil – Szeged Universiteti

[vc_row][vc_column][vc_column_text]Macarıstanda təhsil son illər Azərbaycanda kifayət qədər populyarlıq qazanmışdır. İngilis dilində tədris olunan bir sıra bakalavr və magistr ixtisasları və təhsil keyfiyyətinə görə dünyaca tanınmış universitetlərin olmasından savayı, Azərbaycan və Macarıstan hökümətləri arasında olan iqtisadi və tədris əlaqələrinin daha da güclənməsi və nisbətən aşağı təhsil və yaşayış xərcləri azərbaycanlı tələbələrin Macarıstanda təhsilə marağını artırmışdır. Xaricdə təhsil şirkəti olaraq çalışırıq ki, əməkdaş olduğumuz universitetlərə səfərlər edərək universitetin təhsil və yaşayış mühiti ilə ətraflı tanış olub təhsil almaq arzusunda olan tələbələrə ətraflı şəkildə məlumat ötürə bilək. Bundan öncəki yazılarımız Almaniyada və Polşada biznes universitetləri barədə olmuşdur.

Bu dəfəki yazımız isə bir çox reytinqlərdə Macarıstanın ən güclü təhsil müəssisəsi sayılan Szeged Universitetinə həsr olunacaqdır.[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column width=”1/2″][vc_single_image image=”42283″ img_size=”large” alignment=”center” style=”vc_box_rounded”][/vc_column][vc_column width=”1/2″][vc_single_image image=”42276″ img_size=”large” style=”vc_box_rounded”][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]Ilk öncə Szeged şəhəri haqqında qısa məlumat verək. Şəhər Budapeşt və Debrecendən sonra Macarıstanın 3-cü ən böyük şəhəridir. Szeged Macarıstanın cənubunda Budapeştdən təqribən 180 km məsafədə yerləşir. Budapeşt aeroportunun yaxınlığında yerləşən qatar stansiyasından 2 saata birbaşa Szeged şəhərinə yetişə bilərsiniz. Macarıstanın ən böyük şəhərlərindən olmasına baxmayaraq kifayət qədər az- 160 minə yaxın əhalisi vardır. Müqayisə üçün bildirək ki, Szeged Universitetində 30 minə yaxın tələbə təhsil alır və şəhərlə universitet həyatı çox sıx bağlıdır. Şəhər gözəl və eyni zamanda dəlisov Tisza çayı üzərində salınmışdır və tarixən bu çay şəhərin iqtisadi həyatında mühüm rol oynamışdır. Lakin çay hər zaman Szegedə xoşbəxtlik gətirməmişdir. Belə ki, 1879-cu ildə Böyük Daşqın zamanı şəhər yerlə yeksan olmuşdur və şəhərdə olan tikililərin əksəriyyəti 20-ci əsrin başlanğıcında tikilmişdir və Avstriya-Macar imperatoru Franz Cozefin söz verdiyi kimi şəhər əvvəlkindən də gözəl görkəm almış və şəhərin rəmzi sayılan əkiz qülləli Szeged Dom 15 il ərzində tikilməklə şəhərin yenidən qurulması tamamlanmışdır. Szeged şəhərinin əsas iqtisadi fəaliyyəti təhsildən savayı, tarixən qida sənayəsi ilə əlaqədardır. Şəhərin qırmızı istiotu, balıq salamisi və çəhrayı çaxırı regionda kifayət qədər məşhurdur. Szegedin günəşli saatların sayına görə Macarıstanda lider şəhərlərdən olmasını azərbaycanlı tələbələr üçün cazibəli xüsusiyyətlərdən biri kimi hesab etmək olar.

Szeged şəhəri haqqında qısa video[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column width=”1/2″][vc_single_image image=”42287″ img_size=”large” alignment=”center” style=”vc_box_rounded” title=” “][/vc_column][vc_column width=”1/2″][vc_single_image image=”42288″ img_size=”large” style=”vc_box_rounded”][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]Szeged şəhəri boyunca akademik binaları səpələnmiş Szeged Universiteti Macarıstanın müxtəlif reytinq cədvəllərinə əsasən ölkənin ən yaxşı universiteti hesab edilməsi ilə yanaşı Mərkəzi Avropanın da ən qabaqcıl universitetlərindəndir və bəzi reytinqlərdə regionun 13-cü ən güclü universiteti hesab edilir. QS universitetlərarası beynəlxalq reytinq cədvəlində hal-hazırda 501-550-ci yerlərdə qərarlaşıb. Dünya Universitetlərinin Academik Sıralaması (Academic Ranking of World Universities) reytinq cədvəlinə görə isə University of Szeged dünyanın top 500 universitetindən biridir.

Universitetin əsası 1581-ci ildə qoyulmuşdur və hal-hazırda 30 mindən çox tələbəyə sahibdir. Beynəlxalq əlaqələrin genişlənməsinin məntiqi nəticəsi kimi bu universitetdə hal-hazırda 2 minə yaxın xarici tələbə təhsil alır və Erasmus proqramı vasitəsilə tələbələr 2-ci kursdan sonra 60-a yaxın əməkdaş universitetlərdən birində 1 semesterlik tədris görə bilərlər.

Universitet ingilis dilində bir sıra bakalavr və magistr proqramlarını xarici tələbələrin istifadəsinə vermişdir və hər il ingilis dilində tədris olunan yeni proqramlar təklif olunur.

Universitet elm və texnologiya aləminə bir neçə dahi şəxs bəxş etmişdir. Onların arasında Nobel mükafatını qazanmış C vitaminini kəşf edən və fiziologiya üzrə bir neçə kəşflərə imza atan Albert Szent-Györgyi də vardır.

Universitet 12 fakültədən ibarətdir və vaxt qıtlığına görə zamanımızı İqtisadiyyat və Biznes fakültəsi ilə tanış olmağa həsr etdik. Aşağıda gördüyünüz şəkillər İqtisadiyyat və Biznes fakültəsinin iki əsas binasından birinə aiddir.[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column width=”1/2″][vc_single_image image=”42851″ img_size=”large” alignment=”center” style=”vc_box_rounded” title=” “][/vc_column][vc_column width=”1/2″][vc_single_image image=”42341″ img_size=”large” style=”vc_box_rounded”][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]Universitetin İqtisadiyyat və Biznes fakültəsi ingiliscə bakalavr və magistr proqramları təklif edir. Bakalavr dərəcəsi üzrə 7 semesterlik Biznes Administrasiyası və Menecment (Business Administration and Management) ixtisası tədris olunur. Tələbələr 3 illik dərs proqramı gördükdən sonra 1 semesterlik staj proqramına qatılmaqla 3 il boyunca öyrəndikləri nəzəri biliklərin praktiki tətbiqini görə bilərlər. Magistr dərəcəsi üzrə isə 2 illik Beynəlxalq İqtisadiyyat və Biznes (International Economics and Business) proqramına qatılmaqla bakalavrda öyrəndiyiniz iqtisadiyyat və biznes üzrə dərsləri daha da gücləndirmiş olacaqsınız. Məzun olduqdan sonra beynəlxalq mühitdə İqtisadiyyat, Maliyyə, Mühasibatlıq, Strateji Menecement, İnsan Resurslarının İdarəedilməsi, Beynəlxalq Kommunikasiya və s. sahələr üzrə çalışa bilərsiniz. Bakalavra qəbul olmaq üçün yaxşı səviyyədə ingilis dili və riyazi bilikləri tələb olunacaq. Magistra qəbul olmaq üçün müvafiq bakalavr diplomu, IELTS sertifikatı və yaxşı səviyyədə iqtisadi biliklər tələb olunacaq.

Universitet haqqında hazırladığımız video və şəkilli süjetləri YouTube kanalımızda və Facebook səhifəmizdə izləyə bilərsiniz.

Facebook səhifəmizdə Szeged şəhəri və Universiteti barədə: Şəkillər burada

YouTube səhifəmizdə: Video burada

Universitetə qəbul, viza və yataqxana işləri Szeged Universitetinin Azərbaycan üzrə tək nümayəndəsi olan CELT Colleges tərəfindən keçirilir. Ətraflı məlumat və qəbul prosesi üçün CELT Colleges İçərişəhər ofisinə müraciət edə bilərsiniz.

Ünvan: İçərişəhər metrosu, İstiqlaliyyət 59, Azərbaycan Dövlət İqtisad Universiteti ilə üzbəüz.

Tel: (012) 492 68 53

(055) 644 72 80

e-mail: admissions@celt.az[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column width=”1/2″][vc_video link=”https://www.youtube.com/watch?v=WMelkCpGHVQ&feature=youtu.be”][/vc_column][vc_column width=”1/2″][vc_video link=”https://www.youtube.com/watch?v=ZCUXu4qEEfk”][/vc_column][/vc_row]

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next