Macarıstanda Təhsil ilə bağlı sual və cavablar

Macarıstanda Təhsil ilə bağlı sual və cavablar

Macarıstanda Təhsil ilə bağlı sual və cavablar yazımız bir çox suala cavablar vermişdir. Macarıstanda bakalavr magistr təhsil ilə bağlı çox önəmli məlumatlar vardır. Hazırlıq, Tibb və sair suallar ətraflı cavablandırılmışdır. Azərbaycanda Macatıstanın ən çox porgramlarını təqdim edən CELT şirkəti sizin suallarınız cavablamışdır. Buyurun.

 

Salam. Men IELTS neticem olmadan macaristanda oxuya bilerem? INtermediate seviyyesinde ingilisce bilirem. Dunaajvarous ve ya debrecen kimi unilerde pre-engineering tehsili alib sonradan computer science fakultesine basliya bilerem?

Salam, Əlbəttə. Bir il hazırlıq oxuyacaqsınız sonra bakalavr dərəcəsi. Zəhmət olmasa Baksovet ofisimizə, Anar müəllimə yaxınlaşın. Macarıstanda imkanlar çoxdur.

Salam mən adnsuda elektroenergetika mühəndisliyi oxuyuram magistr tehsilimi təqaüd proqramı ilə debrecen universitetində almaq istəyirəm bilmək istərdim ki magistr təhsilim bakalavra tam uyğun olmalıdır ?

Salam. Nisbətən uyğun olmalıdır. Tam uyğun olmasa belə universitetə qəbul ala bilərsiniz. Debrecen Universiteti ilə artıq 3 ildir ki, əməkdaşıq. Qəbul, yataqxana və viza işlərinizi bizə etibar edə bilərsiniz. (012) 492 68 53. CELT İçərişəhər ofisi.

Salam. Macarıstanda hansı üniversitetlər tibb təhsili verir, nə ilə qəbul olmaq mümkündür, ödəniş şərtləri nədir, və hansı yol ilə burs ala bilərəm?

Salam. Macarıstanın bir neçə universiteti tibb təhsili verir: Semmelweis, Pecs, Szeged, Debrecen. Ora qəbul olmaq üçün ya hazırlıq oxumalısınız ya da Macarıstana gedib imtahan verməlisiniz. Təhsil haqqı 15-min dollar civarındadır. Qəbul olmaq attestat və İELTS balı kifayətdir. Macarıstanın təqaüd proqramına müraciət etmək olar. Gələn il yanvar-fevral ayından mart ayına kimi sənəd qəbulu davam etməlidir.

Budapeştde en yaxşı İqtisad universtetleri hansılardır ve oranın tehsil haqqı ve yaşayış mebleği illik ne qeder ola biler? Bu universtete daxil olmaq üçün neler lazımdır? (Bakalavr)

Budapeştdə ən yaxşı universitetlər arasında Corvinus və Budapest Business Schooldur. Corvinus üçün attestat və İELTS-dən əlavə SAT balınız da olmalıdır. Budapest Business School üçün Attestat və İELTS-in olması kifayətdir. Budapeştdən əlavə Szeged şəhərində də güclü İqtisadiyyat ixtisası var. Attestat və yaxşı səviyyədə ingiliscə və riyaziyyatı bilməlisiniz. Bakıda Macarıstan səfirliyində imtahan verməklə universitetə qəbul ala bilərsiniz.

salam macaristanda pulsuz ve teqaudlu bakalavr proqrami var?

Salam. Bəli, var. Amma ilk öncə universitetə qəbul olmalısınız. Bunun üçün İELTS 6.5 və attestat və ya qiymətləriniz barədə arayış lazım olacaq.

salam. BME de tehsil almaq ucun ne lazimdir. Illik tehsil haqqi ve yasayis xercleri baredede melumat verin

Salam, Bakalavr təhsili üçün IELTS və Attestat lazımdır. IELTS balı 6.0. İllik təhsil 4-5 min avrodur və yaşayış ayda normalda 400 avro çıxır minimum hər şey daxil.

Salam.Xaricdeki universitetlere qebul olandan sonra tehsil haqqini hemen vaxt odemek lazimdir yoxsa yari yari odemek mumkundur?

Salam. Universitetdən asılıdır. Bəziləri tam istəyir, bəziləri ildə bir neçə dəfə, bəziləri də hər ay istəyir.

Debrecen universiteti nece isteyir?

Debrecen hamısını əvvəldən istəyir. Hissə-hissə ödəmək olmur. Macarıstanda yalnız Budapest Business School və BME-də hissə-hissə ödəmək olur. O universitetlərdə oxumaq istəyirsinizsə, bizə müraciət edə bilərsiniz.

Yeni Debrecen 4 ilin pulunu isteyir qabagcadan?

Debrecendə təhsil 3 il davam edir və təhsil haqqını hər il öncədən istəyir. Debrecen universitetinin rəsmi əməkdaşıyıq. Ora qəbul almaq istəsəniz, bizə müraciət edə bilərsiniz.

Salam men 1.kurs telebesiyem , men tehsilimi Macaristan ve Azerbaycan dovletleri arasindaki muqavile esasinda Corvinus University,University of Debrecen,University of Pecs universitetlerinden birinde davam etdire bilerem mi. Ve proqram cercivesinde verilen teqaud menim oradaki yasayis xerclerimi tam qarsilayacaqmi? Birde adi cekilen universitetlerden Maliyye yonumlu hansi universiteti meslehet gorerdiniz

Salam. Maliyyə üzrə dövlət universitetlərində yalnız Budapest Business Schoolda var.Sizin sadaladığınız universitetlərdə yalnız Biznes proqramları var. Lakin dərs əsasında maliyyə, mühasibatlıq üzrə dərslər götürəcəksiniz. Davam etdirə bilərsiniz həmin universitetlərdə, lakin universitetdən syllabus almalısınız ki, sizi transfer etmək mümkün olsun. İELTS, transcript, attestat və syllabusunuzu (kurrikulum) bizə təqdim etsəniz, sizə qəbul ala bilərik və ya təqaüd proqramına müraciət edə bilərik.

Salam. Men xaricde turizm uzre bakalavr oxumaq isteyirem. Xais edirem mene universitet tovsiyyr edin reytingli olsun ama coxda baha olmasin

Salam. Turizm üzrə elə də baha olmayan və ən prestijli Budapestdə Turizm ixtisasını məsləhət görürəm. Təhsil haqqı 4000 avrodur. Daxil olmaq üçün İELTS sertifikatı və məktəb qiymətlərinizi bizə təqdim etməlisiniz.

Salam. Budapest business schoola qebul ucun ne lazimdir. Tehsil haqqi ne qederdir

Salam. Budapest Business School üçün İELTS sertifiaktı və attestat qiymətləri (və ya son 3 ilin qiymətləri lazımdır). Təhsil haqqı 4 min avrodur.

Men Corvinus universitetinde beynalxalq elaqeleri uzre( bakalvr) teqaudle tehsil almaq istiyirem.Menim teqaud almaq sansim ne qederdir mekteb ortalamasi 4.2 olacaq? teqaud barede etrafli melumat vere bilersiniz? ielts nece lazimdir sanslar ne qederdir? teqaude neler daxildir?

Salam, IELTS 6.0 lazımdır. Təqaüd üçün biz bir şey deyə bilmərik. Biz sadəcə qəbul etdiririk. Onu universitetin özündən soruşun

Macarıstanda təhsil almaq üçün macar dilini bilmək vacibdir? (Yalnız ingilis dilini bilirəm)

Salam. Macar dilini bilməyə ehtiyac yoxdur. İELTS sertifikatınızın və ya yaxşı ingiliscə olsa yetərlidir. Bu il üçün qəbullar açıqdır.

Corvinus və Pec kimi  universitetlere qebul olmaq cetinliyi ne qederdir? atestat qiymeti 5 uzerinde 4.2 olacaq tehminen? sat 1 lazimdi corvinusa? Orada tehsil almaq cetindir?

Salam. SAT II lazım olacaq. Riyaziyyat bölməsindən 680 yığmalısınız. Corvinus nisbətən çətin universitetdir. SAT yoxdursa və biznes sahələri üzrə təhsili almaq istəyirsinizsə, bir neçə universitetdə təhsil ala bilərsiniz. Debrecen, Szeged, Budapest Metropolitan, Pecs və s.

Salam. University of Pecs qebul sertleri nelerdir? Illik tehsil haqqi ve yashayish xerci. Business Adminstration

Salam. İELTS 6.5 sertifikatı və attestat lazımdır. Attestat yoxdursa, 11-ci sinfə qədər olan qiymətləriniz. İllik təhsil haqqı 5500 avrodur. Yaşayış xərci aylıq 500-600 avrodur.

Salam. Siz Macarıstan, Polşa, Litva dövlet univeristetlerine hal hazırda qebul aparırsız? Viza, tehsil, şirketinizin servis haqqı ile birlikde 1 illik ortalama ne qeder xercim çıxar?

Salam. Hal-hazırda qəbul aparırıq, bəli. Yanvardan da başlayan bəzi universitetlər var. Bütün xidməti göstəririk. Təhsil və yaşama xərci təqribən 10 min avro çıxacaq.

Salam Aleykum..men Macaristanda magistr oxumaq isteyirem,orta seviyyeli universitetlerde tehsil haqqi ne qederdi? (muhendislik ixtisasi ucun) il erzinde yashamaq ve tehsil haqqi toplam ne qeder xercim cixacaq?

Salam. Macarıstanda Magistr təhsilinin təhsil haqqısı ixtisasdan ixtisas dəyişir. 4000 avrodan 7000 avroya kimidir. Yaşama xərci aylıq 400-500 avro civarında olacaq.

Salam. Men birbaşa attestatla Macarıstanda bakalavr tehsili almaq isteyirem.
Ümumiyyetle Macarıstanda tehsil ödenişsizdir? Ödenişlidirse illik tehsil haqqı ne qederdir? Viza açılmasına ehtiyac var? Vizaya ne qeder pul teleb olunur?

Salam, TQDK balınız varsa dövlət sifarişi ilə oxumağa müraciət edə bilərsiniz və ya Macarıstanın öz təqaüd proqramından istifadə edə bilərsiniz. Amma təqaüd almağınıza qarantiya yoxdur. Macarıstanda təhsil haqqı 4 min avrodan başlayır. Viza açılmalıdır. Bank hesabında bir il yaşamğınıza yetəcək qədər pul olmalıdır. Viza rüsumu 60 avrodur.

Salam, İELTS olmadan Macarıstanda ödenişli tehsil ala bilerem? Bunun üçün bank hesabı açılmağına ehtiyac olacaq? Ve Macarıstanda tehsil üçün size ne vaxt müraciet edim?

Salam. İELTS olmadan Macarıstanda təhsil almaq mümkündür. Əgər ingiliscəniz zəifdirsə, hazırlıq götürə bilərsiniz. Hazırlıq dövrü ərzində həm ingiliscə öyrənə bilərsiniz, həm də ixtisas fənlərini gücləndirəcəksiniz. Əgər ingiliscəniz güclüdürsə, bəzi universitetlər imtahan götürür səfirlikdə. Uğurlu olsanız birbaşa başlaya bilərsiniz təhsilə. Yanvarda getmək istəyirsinizsə, indidən müraciət etməyinizi məsləhət görürük. Bank hesabı mütləqdir. Vizaya girməmişdən qabaq lazım olacaq. Əlavə sualınız olsa və Macarıstanda təhsil barədə daha ətraflı məlumat almaq istəsiniz CELT-in İçərişəhər ofisinə yaxınlaşa bilərsiniz.

salam budapest business schoolun tehsil haqqi ne qederdir?

Salam. Budapest Business Schoolda təhsil haqqı 4 min avrodur.

Salam. Macaristanda tehsil haqqi ne qederdir? ve Azerbaycanda hansi universitetlerin diplomu taninir?

Salam Macarıstanda illik təhsil haqqı 4-6 min avro arası dəyişir. Debrecen, Corvinius, Busdapest Business, Budapeşt Tekhnology, Szeged kimi universitetlər tanınır.

Salam.macaristanda yoxsa italiyada tehsil seviyesi yuksekdir.birde Macaristanda teqaud proqramina dusmek ne derecede çetindi.Ve umumiyyetle teqaud hansi telebelere verilir.?

Salam, Məncə ölkəyə görə deyil ixtisasa görə seçmək lazımdır. İtaliya dizayna görə məşhurdur macarıstan biznes və tibb. Təqaüd haqqında bir şey deyə bilmərəm. Biz ancaq qəbul işinə baxırıq. Standard təqaüd yalnız təhsil nazirliyindədir. Qalanlar kiçik məbləğdə ola bilər. amma hər universitet fərqlidir.

salam.Bu gun internetde gordum ki Azerbaycan Macaristanin Debrecen universiteninin dilplomlarini taniyacaq ve esgerlikden mohlet verecek. Bu un iversitetlerde maksimal tehsil haqqi ne qeder olur ?

Salam. Debrecen universitetinin birinci ilinin təhsil haqqısı 6000 dollardır, iki və üçüncü ildə isə 5500 dollar olacaq. İyunun 15-i sənəd qəbulunun son günüdür. Əgər ora getmək istəyirsinizsə, bir az tələsin. CELT şirkəti Debrecen universitetinin rəsmi təmsilçisidir. Qəbul, yataqxana və viza işinizi bizə etibar edə bilərsiniz.

salam.. macaristana Corvinus universitetine magistr oxumaga telebe gondermisiniz mi? visa desteyi etmisinizmi?

Salam, tələbələrimiz olub bəli amma bu il deyil. Həm artıq son müraciət tarixi də keçib. Və ixtisasa görə bəzi imtahanlar verməlisiniz. Amma artıq qəbul olmusunuzsa təbii ki vizaya kömək edirik.

Salamun aleykum.Men hal -hazirda 4cu kursda turizm ve otelcilik ixtisasi uzre tehsil aliram.Ielts balim 6.5dir(writing 6.0 ;qalanlari ise 6.5).GP 71 dir ve bu shertlerle Macaristanda Human Resource Management ixtisasinda master oxuya bilerem? Ikinci sualim ise budur ki,Men herbi xidmetden sonra oxumaq isteyirem ve herbi xidmet muddetinde sentyabr smestri tehsiline baslamaq ucun senedleri vermek mumkundur? Vaxt itkisini minimuma endirmek ucun.Öncədən Təşəkkürlər

Salam. Bəli, bu şərtlərlə HR üzrə magistr təhsili ala bilərsiniz. Sənədlərinizə bizə indidən təqdim etsəniz, hərbi xidmətdən sonra qəbulunuz hazır olacaq.

Budapestdəki international business school bakalavr proqramlari haqqinda melumat vere blersi

Salam. İnternational Business School Budapeştdə yerləşən özəl universitetdir. Qəbul üçün İELTS balı (6.0) və yaxşı qiymətləriniz olmalıdır. İngiliscə bir sıra bakalavr proqramları var: Turizm, Maliyyə, İqtisadiyyat, İnformasiya Sistemləri və s.

salam,Macarıstanda magistr tehsilene qış semsterinden baslamaq mümkündür??önceden tesekkürler

Salam. Mümkündür. Amma qəbul noyabrın 15-i bitib. Viza işlərinə görə gərək erkən müraciət edəsiniz. Sentyabr qəbuluna qatıla bilərsiniz.

Salam. Men sizden Macaristanda tehsil barede melumat alasiydim. Eger IELTS balim 5. 5- 6.0 olarsa ucuz qiymetlerle handi universitetde tehsil ala bilerem? 3500 civari olsa qiymet yaxwi olar. Bide Corvinus University de ve ya Debrecen universitetinde bu qiymetle tehsil ala bileremmi?

Salam. Bu qiymət civarında və İELTS balı ilə Macarıstanda təhsil ala bilərsiniz. Debrecendə bütün proqramların illik təhsil haqqısı 4300 manatdır. Amma Corvinhusda ixtisasdan asılı olaraq 3900-5800 manat arasındadır. Corvinhusda təhsil almamışdan öncə Macarıstanda imtahana girib müvəffəq olduqdan sonra dərslərə başlaya bilərsiniz. Debrecenə qəbul üçün bizim İçərişəhər ofisimizdə imtahanlara otura bilərsiniz.

Salam .Macaristan Almaniya yoxsa Kanada univetsitetləri ūstūndůr? (əlbəttə mən top universitetleri nezerde tuturam.) Bir də zəhmət olmasa Macaristandaki Mərkəzi Avropa Universiteti (CEU) barade melumat vererdiniz və bu universitet foundation teleb edir?

Salam. Birbaşa attestatla Kanada və Macarıstanda oxuya bilərsiniz. Kanadada oxumaq üçün İELTS 6.5 balına və 20 min manata yaxın büdcəyə sahib olmalısınız. Almaniyada oxumaq üçün gərək Azərbaycanda iki il bakalavr oxuyasınız. Təhsilin keyfiyyəti baxımından Kanada və Almaniya üstündür, amma Macarıstan da təhsilin keyfiyyətinə görə son illər çox inkişaf edib. Büdcənizə və qiymətinizə müvafiq olaraq həm Kanada, həm Macarıstana qəbul ola bilərsiniz. Mərkəzi Avropa Universiteti Amerika və Macarıstanda akkreditasiya olunmuş özəl universitetdir. Amma orada Bakalavr təhsili yoxdur.Yalnız magistr təhsili ala bilərsiniz.

Salam Sizdən çox xahiş edirəm ki, Macarıstan və Almaniya universitetlərini ətraflı muqayisə edəsiniz .hər bir cəhətdən. Bir də Macarıstan universitetlərini bitirdikdən sonra iş tapmaqda çətinliklər olmur?( fərqi yoxdur burda yaxud xaricdə )

Salam. Siz Almaniya və Macarıstanda Bakalavr yoxsa Magistr təhsili ilə maraqlanırdınız? Hər iki ölkənin güclü və reytinqli dövlət Universitetləri var. Almaniyada təhsil almaq üçün təhsil göstəriciləriniz daha yüksək olmalıdır, Almaniyaya qəbul çox rəqabətlidir. Təhsil baxımından, təbii ki, Almaniya daha güclüdür. Qərbi Avropa ölkələri Şərqi Avropa ölkələrindən təhsil baxımından daha keyfiyyətlidir. Avadanlıq, müəllimlərin beynəlxalq stajı və s. baxımından. Amma Macarıstan kimi ölkə də son illər təhsil baxımından xeyli irəliləyib. Bəzən Almaniyada İngiliscə olmayan ixtisasları Macarıstanda tapa bilərsiniz. Kifayət qədər savadınız varsa, həm Macar, həm Alman universitetlərini bitirib Azərbaycanda rahatlıqla işlə təmin olunmaq şansınız var. Diplomunuzun Azərbaycanda tanınmasında heç bir problem yaranmayacaq.

Macarıstan tehsilinin üstünlükləri nədir? UK ilə muqayisede hansi yaxşidir? birde tehsil haqqi ne qeder olur?

Macarıstanda təhsilin üstünlüyü ondan ibarətdir ki, 11-ci sinfi bitirdikdən sonra birbaşa bakalavra qəbul olmaq mümkündür. Bundan başqa, digər ölkələrə baxanda Macarıstanda ingilis dilində proqram çoxdur, demək olar ki, bütün sahələr üzrə həm bakalavr, həm magistr oxumaq mümkündür. UK ilə müqayisədə təbii ki, UK güclüdür. Amma təhsilin keyfiyyəti baxımından bir çox ölkələrin təhsilindən güclüdür və dünya reytinqində qabaqcıl yerlərdədir. Magistrda bakalavr və magistr dərəcəsi üçün təqribi qiymətlər ixtisas və universitetdən asılı olaraq 1500-8000 manatdır. Saytımızın xaricdə təhsil bölməsində Macarıstandakı universitetlərin ixtisas və qiymətləri barədə ətraflı öyrənə bilərsiniz.

Salam.Men mektebi bitirdikden sonra Macaristanda nece tehsil ala bilerem.Xaish edirem mene Macaristandaki teshil haqqinda etrafli danishin

Salam. Məktəbi bitirən kimi Macarıstanda təhsil almaq üçün İELTS sertifikatınız (5.5) və ya güclü İngilis dili biliyiniz olmalıdır. Əgər İngilis diliniz zəifdirsə, ya Azərbaycanda İngilis dili kurslarına qoşulun və ya Macarıstanda bir il əlavə təhsil ala (foundation) bilərsiniz. Foundation təhsili ərzində siz həm İngilis dilinizi gücləndirəcəksiniz, həm də ixtisasınıza uyğun dərslər götürəcəksiniz ki, bakalavr təhsili ərzində dərslərinizə tam hazır olasınız. Macarıstanda təhsil almaq istəyirsinizsə, indidən bizə lazımi sənədlərinizi təqdim edin və sizə bu işdə sizə yardımçı olaq.

Macarıstanın təhsili barədə, zəhmət olmasa məlumat verərdiniz.

Macarıstanda təhsil almaq üçün bir neçə səbəb var, lakin Macarıstada təhsil almaq üçün ən ciddi səbəb kimi aşağıdakıları göstərmək olar: Avropa birliyinə üzv olan Macarıstanda yerləşən universitetlərin köklü və güclü baza olması Avropa birliyinə üzv olan digər ölkələr və Şimali Amerika ölkələrindən fərqli olaraq nisbətən ucuz yaşayış xərcləri və təhsil haqqı Macarıstanın həyat şəraiti Macarıstan ali təhsil ocaqlarının qədim tarixi. Macarıstanda ilk universitet 600 il öncə açılmışdır. Hal-hazırda, təkcə Budapeştdə Universitet və və kolleclərin sayı (dövlət və özəl) 10-dan yuxarıdır. Universitetlərin çoxunda ingiliscə bakalavr, magistr və doktorantura üzvlər dərslər tədris olunur. Eyni zamanda universitetlərdə beynəlxalq əməkdaşlığa söykənən bir neçə elmi araşdırma mərkəzləri də vardır. Macar diplomları dünyanın istənilən yerində tanınır. Beynəlxalq təhsil səviyyəsinə nəzərən büdcəyə uyğun təhsil haqqı və yüksək standardlara uyğun tədrislə yanaşı, münasib qiymətə yaşayış xərcləri Macarıstana gələn tələbələrin sayını ildən ilə artmasına zəmin yaradır. Macarıstan Avropa Birliyinə üzvdür və Şengen zonasına daxildir. Ali təhsil müəssisələrində Bolonya sisteminin tətbiqi nəticəsində Macarıstan universitetlərindən digər Avropa Birliyi ölkələrinin universitetlərinə transferi mümkün edir. Nəticədə, diplomlar bütün Avropa birliyində qəbul edilir. Ali təhsil müəssisələri 100 illərlə davam edən təhsil ənənəsinə malikdir. Macarıstanın ən qədim universiteti 1367-ci ildən fəaliyyət göstərən Pecs Universitetidir, lakin Debrecen Universiteti 1538-ci ildən bəri fəaliyyət göstərərək, davamlı olaraq ən uzun müddətə xidmət göstərən ali təhsil ocağıdır. Macarıstan cinayətkarlığın səviyyəsini aşağı olması ilə təhlükəsiz həyat şəraiti bu ölkəni tələbələr ucuz cazibəli edir.

Salam,ixtisasim uzre Macaristanda dovlet teqaudu ile magistr tehsili ala bilerem?gpa 74’dur. Ve ilets neticem ne qeder olmalidir,bir de bash vurmaq uchun deadline ne vaxtdir?

Salam. Macarıstanda Dövlət Təqaüdü yolu ilə bəzi universitetlərdə təhsil ala bilərsiniz. Universitetlərin siyahısında dövlət proqramının saytında ətraflı baxa bilərsiniz. 75 GPA balnan Macarıstanın hər hansı bir universitetinə problemsiz qəbul ola bilərsiniz. Bunun üçün sizə İELTS 6.0-6.5 lazım olacaq. Sentyabrda başlamaq üçün son müraciət tarixi apreldən başlayır.

Salam. Budapest University of Technology and Economics de deqiq olaraq shertleri yazilmayib. Bu universitet uchun IELTS kimi imtahanlar lazimdir mi? Ve admissions examination var BME’de yoxsa yox?

Salam. BME üçün İELTS lazımdır. Admission examination sentyabrın əvvəli Budapeştdə keçirilir. İxtisas fənlərindən imtahan verilir.

195 thoughts on “Macarıstanda Təhsil ilə bağlı sual və cavablar”

    1. Sadəcə adı dəyişib fərqli sual verməyə ehtiyac yoxdur. Direkt soruşa bilərsiniz. Avropada hara müraciət etsəniz tibb 14 min avrodan başlayacaq. və əlavə tibb imtahanı verməli olacaqsınız. Türkiyə sadəcə tibb imtahanı üçün əlavə imtahan istəmir. Ümid edirəm bununla bütün suallarınıza cavab vermiş olaram)))

      1. çox teşekkur edirem.Bes teqaüd almaq nece mümkündür?Bir de elave olaraq hansı imtahanı vermeliyik?

      2. Macarıstana təqaüd almaq üçün 18 yaş olmalıdır və universitetə qəbul olmalısınız. Qalan iş tamamən müsahibədən asılıdır.

  1. Salam qebul balim asagidi hardasa 250+ . Ama universitet ortalamam 85+ ve ielts 6.5 dir . Bununla odenissiz tehsil alma ehtimalim var ?

  2. Salam.University of Szeged ieltsdən neçə bal yığmağı tələb edir? Bu universitetidə təhsil haqqı nəqərdir?Hüququ orda oxumağ məsləhətlidirmi? Zehmet olmasa bu suallarimi cavablandirasiz

  3. Salam.Macaristanda SAT balı ile tibb tehsili ala bilerem?Keçid balı ne qederdir?Bir de SAT ile yanaşı hansı imtahanları vermeliyem?Teşekkürler

    1. Salam. Macarıstanda tibb üçün SAT lazım deyil. CELT High School keçirsiniz və IELTS. və sonra tibb imtahanı olur.

  4. Salam.Mən Dövlət İdarəçilik akademiyasında kompyuter elmləri fakultəsində oxuyuram. Magistr səviyyəsini Macarlstanda oxumaq istəyirəm.Texniki fənn olduğu üçün İELTS kifayət edirmi? Və qəbul haqqında məlimat verin zəhmət olmazsa.

  5. Salam macarstanda dünyada ilk 1000likdə olan uni var? Varsa biznes maliyyə sahəsində magistr üçün son sənəd qəbulu tarixi nə vaxtdır? Pulsuz təhsil almaq üçün nə tələb olunur?

    1. Salam. Macarların dövlət unilərı hamısı mində var təbii. Qəbulllar yanvar fevral kimidir ama təqaüdüə görə dəyişir. Təqaüd üçün 18 yaşınız olamlıdır və uyğun ixtisas seçməlisiniz

  6. Salam. Mən mikrobiologiya üzrə macaristanda universitetlərin birində pulsuz magistr təhsili almaq istəyirəm. 3. Kurs tələbəsiyəm. Qiymət oratalamam 91+ attestat qiymetlerim de yaxşıdır. Bilmək istəyirəm ki İELT balı mənə neçə lazimdır ve macaristanda verilen teqaüd menim yaşama şeraitimi tam qarşılayacaqmı? Minnetdaram

    1. Salam. IELTS imtahanından 6.5 bal sizə kifayət edəcək. Əgər Macarıstanın dövlət təqaüdünü qazansanız həm təhsil haqqınız və həm də yaşayışınız qarşılanır.

  7. Salam.Men iqtisad unisinin umumi iqtisad fakultesini bakalavr seviyyesinde bitirmishem.Amma indi Macaristanda her hansi bir unide IT uzre maqist tehsili almaq isteyirem.Ingiliscem upper intermediate-dir. Dovlet teqaudu hesabina ingilisce oxuya bileremmi.

    1. Salam. Magistratura ixtisasınızı dəyişmək üçün kredit sayları düz gəlməyəcək, ixtisaslar çox fərqlidir. İxtisasınıza yaxın sahələrdə seçim edə bilərsiniz.

  8. Salam mən 10-cu sinifəm.Macarıstanda İnformasiya Texnologiyaları (İT) sahəsində təhsil almaq isdəyirəm.İngilis dilim yaxşıdı (intermediate) amma yenədə İELTS tələb olunduğunu bilirəm.İT üçün hansı UNİ’lər uyğundu.Və İT ixtisası üçün hansısa təqaüd var?Hansı yolla təqaüd əldə edə bilərəm? Cavablandırsaz sevinərdim.

    1. Salam. Təqaüd üçün ofisimizə yaxınlaşıb ətraflı məlumat ala bilərsiniz. Sizə nümunə olaraq Elte üniversitetini məsləhət görə bilərik

  9. Salam. Men Ielts olmadan,( her hansi kursdan dil sertifikati alaraq) teqaud ile macaristanda bakalavr seviyyesinde tehsil ala bilerem? Ve zehmet olmasa elaqe telefonunu (whatsapp) qeyd ederdiniz

  10. Salam. Men IELTS neticem olmadan xaricdə programist kimi pulsuz və ya təqaudlü təhsil ala bilərəm? burada programist kimi işləyirəm

    1. Bir programist ingilis dilində bilmirsə xaricdə oxumağın nə mənası. IELTS olmasa onların imtahanın verəcəksiniz. Aşağı yuxarı eyni şeydir. Pulsuz da açıq demək olarsa yoxdur. Macarıstan təqaüdü var ona da IELTS lazımdır)))

  11. Salam. Mən Macarıstanda tibb üzrə təhsil almaq istəyirəm. Bilmək istəyirəm ki, bu ixtisas üzrə ödənişsiz təhsil ala bilərəmmi? Təhsil müddəti neçə ildir? Qəbul şərtləri hansılardır?

      1. Salam.Mene xaricde Beynexalq munasibetler uzre bakalavr oxumaq isteyirem. Xais edirem mene universitet tovsiye edin reytingli olsun ama coxda baha olmasin

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next