Lund University

Lund Universitetində magistr təhsili

İsveç Avropanın şimalında, Skandinaviya yarımadasında həm həyat həm də təhsil şərtlərinə görə Azərbaycan və bir sıra inkişafda olan ölkələrdən çoxsaylı tələbə qəbul edən ölkələrdən biridir. Əminliklə deyə bilərik ki, İsveç haqqında bugünə qədər bir çox pozitiv xəbərlər oxumusunuz. Sosial dövlət qayğısı, yüksək yaşayış və iş imkanları haqqında sizə məlumat verməyimiz artıq əbəs olardı. Buna görə də  sizə daha çox İsveçdə təhsil haqqında məlumat verməyi hədəfləyirik.

İstər orta məktəb, istərsə də universitet səviyyəsində yüksək keyfiyyətli təhsil strategiyaları ilə İsveç Avropanın önə çıxan ölkələrindəndir. Lakin, İsveçdə əksər təhsil müəssisələrində ixtisaslar yalnız İsveç dilində keçirilir. Amma bu yazımızda biz sizə həm İsveçin həm də Avropanın qabaqcıl universitetlərindən biri olan və ingilis dilində magistr pilləsində ixtisaslar təklif edən Lund Universiteti barədə danışacağıq.

Lund Universiteti İsveçin Lund şəhərində 1666-ci ildə qurulmuşdur. Universitet QS Dünya Universitetləri Siyahısında (2021) dünya üzrə 87-ci pillədə qərarlaşıb. 

Magistr üzrə mövcüd olan ixtisaslar:

 Universitet aşağıdakı 9 ixtisas üzrə ingilis dilində magistr pilləsinə tələbə qəbul edir:

  • Memarlıq
  • Dayanıqlı Şəhərsalma Dizaynı
  • Mühasibatlıq və maliyyə
  • Data analiz və biznes iqtisadiyyatı
  • İqtisadiyyat
  • Maliyyə
  • Beynəlxalq Strateji Menecment
  • Beynəlxalq Marketinq
  • Biotexnologiya
  • Fəlakətlərin risk analizi və iqlim dəyişiklikləri 
  • Qida sənayesi
  • Nanotexnologiya
  • Machine Learning
  • Dayanıqlı Enerji Mühəndisliyi
  • Sosiologiya
  • Avropa Biznes Hüququ
  • Beynəlxalq İnsan Hüquqları
  • Biomedicine
  • Tibb

Qeyd olunan ixtisaslara qəbul üçün uyğun ixtisas üzrə bakalavr dərəcəsi və ixtisasdan asılı olaraq 6.5-7 IELTS balı tələb olunur. Lund Universitetində magistr dərəcələri üzrə təhsil haqları illik 11-15 min avro arası dəyişməkdədir.

Müxtəlif universitetlər, fakültələr və proqramları haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, aşağıdaki nömrələrdən biri ilə əlaqə saxlayıb daha ətraflı məlumat əldə edə bilərsiniz. Əgər siz qəbul şərtləri , qəbul prosesi və ya ümumiyyətlə xaricdə təhsil planlarınız varsa, CELT Colleges Nərimanov şöbəsinə müraciət etməklə, keyfiyyətli xidmət əldə edəcəyinizə əmin ola bilərsiniz.

Ayla Sultanova

CELT Colleges Nərimanov

narimanov@celt.az 

ayla@celt.az

+994 70 270 70 90

+994 12 566 48 23

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next