London – Böyük Britaniyanın və İngiltərənin paytaxtıdır. Bununla yanaşı dünyanın ən möhtəşəm şəhəri və təhsil mərkəzidir. Şəhərin mərkəzindən 611 mil uzanan Temza çayır axır. London o şəhərdirki ilk dəfə metro yaranıb, rekord dərəcədə ( 3 dəfə ) Olimpiya oyunlarına ev sahibliyi edib, dünya musiqisinə “punk rock” bəxş edib və ən əsasıda dünyanın ən çox turist qəbul edən şəhəridir.
Qeyd etdiyimiz kimi, London dünyanın təhsil mərkəzlərindən biridir. Buda təsadüfi deyilki Böyük Britaniyada təhsil almaq istəyən tələbələrin 25%-i məhz bu şəhərdə yerləşən nüfuzlu, dünyanın aparıcı Universitetlərində təhsil almağı üstün tuturlar.
Təhsil :
Təhsil mərkəzi olmaqla Londonda dünyanın ən nüfuzlu tədqiqat Universitetləri yerləşir. Buda dünyanın demək olarki bütün ölkələrindən bura tələbələri cəlb edir. Bununla belə, Londonda yerləşən 43 təhsil ocaqlarında 400.000 tələbə təhsil alır. Bura doktorantura, aspirantura təhsili almaq üçün ən keyfiyyətli yerdir.
Londonda yerləşən əsas Universitetlər:
- Brunel University
- City University London
- Goldsmiths
- İmperial College London
- King’s College London
- London School of Economics
- University College London
Sadalanan Universitetlərdə tələbələr həm bakalavr, magistr, həmdəki doktorantura və aspirantura təhsili ala bilərlər. Tələbələrə 100lərlə bakalavr və magistr proqramları təklif edilir. Normalda bakalavr təhsili 3 il, magistr isə 1-2 il olur.
Londonda həyat :
Lodnon dünyanın ən həyəcanlı və məşğul şəhərlərindən biridir. Tələbələrin axtaracağı demək olarki hər bir şey burda var, dünyanın məşhur muzeylərindən tutmuş ta ən dəbli restoranlarına kimi. Həmçinin bu şəhərə çox kosmopolitandır, belə ki bütün millətlərə rast gəlmək olar. Küçələrlə gəzərkən eyni anda 3-4 mextəlif dildə danışıldığına şahid ola bilərsiz. Bu ona şans yaradırki siz müxtəlif xalqların nümayəndələriylə münasibətdə ola bilərsiz və onların mədəniyyəti, yaşayış tərzləri barədə elə məhz onların özlərindən maraqlı məlumatlar ala bilərsiz. Öz təhsilinizi hansı Universitetdə davam etdirməkdən asılı olmayaraq Londonda sizin həyatınız çox maraqlı və işgüzar keçəcək.
Londonda işləmək :
Bir çox xarici tələbələr, o cümlədən Azərbaycanlı tələbələr İngiltərədə təhsilini bitirdikdən sonra orda elə qalıb işləməyi arzulayırlar. Bunun üçün siz Böyük Britaniyanın iş vizasına müraciət etməlisiz.
Böyük Britaniyanın iqtisadi mərkəzi olaraq Londonda siz istənilən sayda iş tapa bilərsiz təhsilinizi bitirdikdən sonra. Şəhər biznes və kommersiya üçün maliyyə mərkəzidir və dünyanın 6cı ən böyük iqtisadi şəhəridir. Kifayət qədər banklar, maliyyə mərkəzləri, sığorta şirkətləri və müsahibat firmaları var.
Londonda yaşayış xərci :
Bunuda qeyd etmək lazımdırki, dünyanın ən güclü iqtisadi şəhəri olmaqla yanaşı London ən bahalı şəhərlərindən biridir. Misal üçün , yaşayış üçün ev kirayələmək bəzən Londonda 2 qat baha olur digər şəhərlərdə müqayisədə.
Ümumilikdə isə tələbələr paylaşılan evi üstün tuturlar. Budaki aylıq £400-£500 ətrafında dəyişə bilər. Tələbələr çox olduğuna görə, mənzillərdədə rəqabət böyükdür . Buna görədə əvvəlcədən mənzili tapsaz bu sizin üçün həm ucuz həmdəki qarantili olar.
Hava və iqlim :
Baxmayaraq ki Londonu bir çoxu ən çox yağış yağan şəhər kimi bilir, lakin reallıqda bu belə deyil. Adi bir müqayisədə il ərzində Romaya daha çox yağış düşür nəinki Londona. Londonun havası dəyişkəndir ən isti ayları İyun və Avqustdur hansıki bütün Universitetlər bu aralıqda bağlı olur. Ən soyuq aylar isə Dekabr və Fevraldır.
salam mənim 35 yaşım var və nəqliyyat üzrə ingiltərədə universitetdə təhsil almaq istəyirəm. bu haqda heçbir məlumatım yoxdur. hara müraciət etməliyəm? qısaca nə etməliyəm? ətraflı məlumat versəniz çox minnətdar olaram.
Salam. Sizin UK üçün bizim mərkəzlərə gələ bilərsiniz. Zəhmət olmasa burdan sizə uyğun olan ofisə gedin.
Salam Toefl imtahani ile UK-a getmek olar?
Bəli. TOEFL dünyanın hrə yerində keçərlidir. IELTS də eyni ama Türkiyədə qadağındır və ABŞ uniləri daha çox istəyir.
Salam Ingilterede tercume ile bagli magistr tehisli qiymeti ne qederdir
Salam. 15 min funtdan başlayır ama magistr bir ildir
salam. men londonda ingilis dili uzre tehsil almaq isteyirem. bunun ucun hansi imtahanlari vermeliyem. ve en asan londondaki hansi universitete daxil ola bilerem?
London üçün IELTS lazımdır və diplom. Vəssalam.
Salam. Londonda rezidentura təhsili üçün ielts neçə bal olmalıdır? Tibbdə master üçün
7 və üzəri. ama başqa imtahanlarda var və bizim diplomu tanımır çıx zaman
Salam. Mən 9 cu sinifə keçirəm. Gələcəkdə universiteti İngiltərədə oxumaq istəyirəm. Pulsuz təhsil və ya dövlət hesabına oxumaq olar?
Salam. Xeyir. UK pulludur və dövlət sifarişi sadəcə PHD üçündür indi
Salam mənim məktəb qiymətlərim o qədərdə yaxşı deyildi ( 3 4 ) hal hazırdada 2 ci kursda təhsil alıram burdada ballarım ortalama F,E,D- dı.Ama İngilis dili biliyim çox yaxşı səviyədədi (hələki speakingdə biraz problem var) əgər İELTS-də yüksəy bal toplasam Məktəb və Universitet ballarım problem təşkil eliyəcək yoxsa yox?
Salam. Ballarınız çox aşağı çıxarsa ortalama pre-master sonra master edərsiniz. IELTS yaxşı olsun
Bakalavr tehsili almaq uçun ielts balı nece olmalıdır ve magistr ucun ielts neçe olmalıdır.
Bakalavr 5.5 olsa yetərlidir. Master 6.0
Salam, mən Azərbaycandakı bakalavr təhsilimi dayandırıb, Avropada – xüsusilə İngiltərədə bakalavr təhsili almaq istəyirəm. Hal-hazırda kəsrlərim var, əgər IELTS balım yaxşı olsa, gedə bilərəm? yəni kəsrlər problem yaradır?
Salam bəli gedə bilərsiz
Salam men londonda rezidentura ile maraqlanirdim etaplar hansilardi neler teleb olunur?
Bu demək olar ki mümkün olmayan işdir. Bakı üçün ən yaxını və mümkünü türkiyədur və TUS imtahanını vermək lazımdır.
salam, men filologiyada bakalavr oxuyuram qiymetlerim elede super deyil, hansi sertifikat lazimdir ve ya tam olaraq ne etmek lazimdir
İELTS lazımdır və orda öncə hazırlıq oxuyacaqsınız
Salam men biologiya uzre bu il bakalaviri bitirdim umortalama 97 oldu men master ingilterde almaq ucun ne etmeliyem ? dil oyrenmek ucun hansi kursu meslehet gore bilersiz ?
Salam,
IELTS imtahanınıza girmənizə ehtiyac var. Bizim kurslara öyrənə bilərsiz
SAT I ve SAT II imtahanlarini verdikden sonra londonda teqaud almaq olarmi?Birde men bele bir meqale oxumusam ve orada dediyine gore Banqlades Anqola Ermenistan ve Azerbaycandan Ingilterede oxumaq ucun gelen telebelere verilen teqaud onlarin 3-4 illik tehsil haqqini yasayis xerclerini ve neqilyat xerclerini qarsilayir bu fikir dogrudurmu ve dogrudursa bu şansı əldə etmək üçün ne etmək lazımdır?
Salam. SAT ABŞ imtahanıdır. UK də qəbul üçün şərt deyil. UK üçün əsas İELTS və attestatdır. Siz o məlumatı hardan almısınız bilmirəm. OLa bilər ki hansısa universitet təqaüd verir ama onu deyim o təqaüdlər çox çətindir. Xüsusi bacarınığınız yoxdursa onları udmaq mümkün deyil. Dolayısıyla UK sizə niyə təqaüd versin. Sizin Britaniya vətəndaşınızdan nə üstünlüyünüz var. O qədər özəl bacarığınız olmalıdır ki sizə bu qədər pulu versin. Dünya elmi olimpiya qalibisinizsə və ya onun kimi uğurlar o zaman şansınız var əks halda başqa ölkə seçin daha real olsun.
Ofisiniz harda yerlesr?
Salam,
Aşağıdakı ofislərimizə müraciət edə bilərsiz:
1. https://celt.az/celt-colleges-iceri-seher/
2. https://celt.az/celt-colleges-28-may/
3. https://celt.az/celt-colleges-narimanov/
Ən böyük arzum Londonda təhsil almaqdir
Londonda təhsil almaq həyat rahat keçə biləcək bir arzudur. Mən də məktəbdə oxuyarkən ən böyük arzum Amerikada təhsil almaq idi. Ama sadəcə arzumu düşünməklə qalmadım. Həmişə onu həyata keçirmək üçün can atdım risk aldım və magistr pilləni orda bitirdim. Arzular üçün mübarizə aparsanız mütləq bir gün həyata keçirəcəksiniz. Önəmli olan inandığınız şeydən dönməməniz və bunun üçün mübarizə aparmanızdır. Buna maliyyə heç vaxt əngəl ola bilməz.
Salam….Men AZERBAYCANDA BAKALAVR OXUYURAM TEHSILIMI LONDONDA MAGIST OXUMAQ UCUN HANSI SENEDLERE EHTIYACM OLA BILER VE HANSI IMTAHANLARDAN KEKECE BILEREM
Salam. Magistr oxumaq üçün bakalavr qiymətləriniz yaxşı olsun və IELTS sertifikatınız olsun. IELTS imtahanı üçün bizim ofislərə müraciət edə bilərsiniz.
Salam qardas men cox sevindim siz bu universteti oxumusuz menimde arzum oglumun orda tehsil almasidi men bir soz sorusmaq isterdim menim oglum 9 da oxuyur men indiden hansi adimlati atmaliyam usaq yaxsi oxuyur y100% yox 90% hemise riyaziyatda 1 cidi siz bir qardas kimi bir azerbaycanli kimi mene hansi yolu meslehet vermeyinizi xais ederdim sizi narahat etdiyim ucun sizden uzur isteyirem beri basdan size islernizde ugurlar arzulayiram imkan qeder cavabinizi gozleyirem azerbaycanda yasayiram bu yadimdan cixmisdi cox sagolun
Salam Nizami bəy, 3 şey əsasdır xaricdə oxuması üçün. 1. Attestat alanda qiymətləri yaxşı olsun. Yəni ən azı ortalam 4 ama 4.5 üzərində olsa super olar. 2. İngilis dilini öyrənib sertifikat almalıdır. IELTS və ya TOEFL sertifikatı. Bunu bizim ofislərdə edə bilər təbii ki. 3. Amerikada, Türkiyədə və ümumiyyətlə məşhur universitetlərə getmək istəyirəs, SAT I və SAT II imtahanlarını götürməlidir. Bu həm də təqaüd almağa kömək edir. Bunların üçü olandan sonra dünyanın hər yerində oxuya bilər rahat. Əlavə olaraq bizim ofislərə yaxınlaşıb da məsələhət ala bilərsiniz. Xarici universitetlərə qəbulda TQDK bir yol oynamır. Sadəcə bəzi türk universitetləri tanıyır. Əsas mən dediyim 3 meyar olsun yetərlidir. İndidən hazırlaşmağa başlasın. Uğurlar Nizami bəy. Valideynlərin indidən övladlarının gələcəyi ilə maraqlanmaq çox yaxşıdır. Sevindim!!!