Londonda Təhsil, Həyat və Karyera

London – Böyük Britaniyanın və İngiltərənin paytaxtıdır. Bununla yanaşı dünyanın ən möhtəşəm şəhəri və təhsil mərkəzidir. Şəhərin mərkəzindən 611 mil uzanan Temza çayır axır. London o şəhərdirki ilk dəfə metro yaranıb, rekord dərəcədə ( 3 dəfə ) Olimpiya oyunlarına ev sahibliyi edib, dünya musiqisinə “punk rock” bəxş edib və ən əsasıda dünyanın ən çox turist qəbul edən şəhəridir.

Qeyd etdiyimiz kimi, London dünyanın təhsil mərkəzlərindən biridir. Buda təsadüfi deyilki Böyük Britaniyada təhsil almaq istəyən tələbələrin 25%-i məhz bu şəhərdə yerləşən nüfuzlu, dünyanın aparıcı Universitetlərində təhsil almağı üstün tuturlar.

Təhsil :

Təhsil mərkəzi olmaqla Londonda dünyanın ən nüfuzlu tədqiqat Universitetləri yerləşir. Buda dünyanın demək olarki bütün ölkələrindən bura tələbələri cəlb edir. Bununla belə, Londonda yerləşən 43 təhsil ocaqlarında 400.000 tələbə təhsil alır. Bura doktorantura, aspirantura təhsili almaq üçün ən keyfiyyətli yerdir.

Londonda yerləşən əsas Universitetlər:

  • Brunel University
  • City University London
  • Goldsmiths
  • İmperial College London
  • King’s College London
  • London School of Economics
  • University College London

Sadalanan Universitetlərdə tələbələr həm bakalavr, magistr, həmdəki doktorantura və aspirantura təhsili ala bilərlər. Tələbələrə 100lərlə bakalavr və magistr proqramları təklif edilir. Normalda bakalavr təhsili 3 il, magistr isə 1-2 il olur.

Londonda həyat :

Lodnon dünyanın ən həyəcanlı və məşğul şəhərlərindən biridir. Tələbələrin axtaracağı demək olarki hər bir şey burda var, dünyanın məşhur muzeylərindən tutmuş ta ən dəbli restoranlarına kimi. Həmçinin bu şəhərə çox kosmopolitandır, belə ki bütün millətlərə rast gəlmək olar. Küçələrlə gəzərkən eyni anda 3-4 mextəlif dildə danışıldığına şahid ola bilərsiz. Bu ona şans yaradırki siz müxtəlif xalqların nümayəndələriylə münasibətdə ola bilərsiz və onların mədəniyyəti, yaşayış tərzləri barədə elə məhz onların özlərindən maraqlı məlumatlar ala bilərsiz. Öz təhsilinizi hansı Universitetdə davam etdirməkdən asılı olmayaraq Londonda sizin həyatınız çox maraqlı və işgüzar keçəcək.

Londonda işləmək :

Bir çox xarici tələbələr, o cümlədən Azərbaycanlı tələbələr İngiltərədə təhsilini bitirdikdən sonra orda elə qalıb işləməyi arzulayırlar. Bunun üçün siz Böyük Britaniyanın iş vizasına müraciət etməlisiz.

Böyük Britaniyanın iqtisadi mərkəzi olaraq Londonda siz istənilən sayda iş tapa bilərsiz təhsilinizi bitirdikdən sonra. Şəhər biznes və kommersiya üçün maliyyə mərkəzidir və dünyanın 6cı ən böyük iqtisadi şəhəridir. Kifayət qədər banklar, maliyyə mərkəzləri, sığorta şirkətləri və müsahibat firmaları var.

Londonda yaşayış xərci :

Bunuda qeyd etmək lazımdırki, dünyanın ən güclü iqtisadi şəhəri olmaqla yanaşı London ən bahalı şəhərlərindən biridir. Misal üçün , yaşayış üçün ev kirayələmək bəzən Londonda 2 qat baha olur digər şəhərlərdə müqayisədə.

Ümumilikdə isə tələbələr paylaşılan evi üstün tuturlar. Budaki aylıq  £400-£500 ətrafında dəyişə bilər. Tələbələr çox olduğuna görə, mənzillərdədə rəqabət böyükdür . Buna görədə əvvəlcədən mənzili tapsaz bu sizin üçün həm ucuz həmdəki qarantili olar.

Hava və iqlim :

Baxmayaraq ki Londonu bir çoxu ən çox yağış yağan şəhər kimi bilir, lakin reallıqda bu belə deyil. Adi bir müqayisədə il ərzində Romaya daha çox yağış düşür nəinki Londona. Londonun havası dəyişkəndir ən isti ayları İyun və Avqustdur hansıki bütün Universitetlər bu aralıqda bağlı olur. Ən soyuq aylar isə Dekabr və Fevraldır.

 

42 thoughts on “Londonda Təhsil, Həyat və Karyera”

  1. Salam mən 1 illik magistr tehsili almaq istiyirem londonda bilmək istiyirdimki maliyye muhasibatliq uzre dovlet sifarisli oxumaq mumkundurmu ve teqaud almaq ucun ne etmeliyem yaşam xerci ne qederdir, is ve tehsil ucun hansi senedler lazimdir xais edirem cvblandirsniz indiden tesekkurler

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next