Koronavirus (COVID-19) və cahil cəsarət

İnsanlar hər zaman düşünüb davranmaq əvəzinə çox zaman aldıqları ani qərarlar üzrə davranmağa daha çox meyilli olurlar. Bu davranış da bir çox hallarda insanın xoşagəlməz sitiuasiyalarla üzləşməsinə səbəb olur. Bu gün Sizlərə insanlara cahil cəsarət hissi verən psixoloji sindiromdan və onun Koronovirus pandemiyası ilə əlaqəsindən danışacağıq.

Dunning-Kruger sindromu Cornell Universitetinin psixoloqları Justin KrugerDavid Dunning tərəfindən elmə gətirilib və bu sindiromun adı da elə bu iki psixoloqun soyadlarının birləşməsidir. Bu sindiromun kəşfi ilə onlar 2000-ci ildə Nobel mükafatına layiq görülüblər.

Dunning-Kruger sindromunun digər adı “Cahil cəsarətidir”.

Bu sindromu ümumiləşdirən 4 mühüm nəticə var;

  1. Təcrübəsiz və heç bir təhsili, peşəsi olmayan insanlar özlərinin təhsilsiz və təcrübəsiz olduqlarını bilmirlər və ya anlamırlar.
  2. Təcrübəsiz və keyfiyyətsiz insanlar özlərini çox qiymətləndirməyə meyillidirlər.
  3. Təcrübəsiz və təhsilsiz insanlar digər təhsilli və təcrübəli insanların keyfiyyətlərini görmək və dərk etməkdə acizdirlər.
  4. Onlar təhsil alırlarsa, eyni vəziyyətdə olan insanlar da öz savadsızlığını və təhsilsiz olduqlarını anlamağa başlayırlar

Yuxarıda qeyd edilən 4 nəticədən bunları demək olar ki, ümumiyyətlə qəzet, kitab oxumayan, dünyada baş verən hadisələri öz bildikləri kimi şərh edən, sosial mühitdə özünü hər mövzudan məlumatlı kimi göstərən insanlar Dunning-Kruger sindiromunun üzvləridirlər. Onlar özlərini həddindən çox qiymətləndirir, onlara görə hər şeyin yaxşısını özləri bilir və onlar düşünürlər ki, idarəetmə bacarığı da yalnız onlarda vardır. Yəni bir növ onlar öz düşüncələrini hər kəsin düşüncələrindən daha düzgün olduğu qənaətindədirlər.

Bəs Koronavirusla Dunning-Kruger sindromunun əlaqəsi nədir?

Bu sindiromun Koronavirus pandemiyası ilə əlaqəsi ondan ibarətdir ki, bu gün ətrafınızda bu virusun varlığına inanmayan, əhəmiyyətsiz yanaşan, özünün Koronavirusa tutulmayacağını əminliklə deyən insanlar çoxdur. Onlar deyilən heç bir məsləhətə əməl etmir, “bu xəstəlik yalandır, karantin bunun qarşısını ala bilməz, insanlar niyə belə yalanlara inanırlar və s “– deyə düşünürlər. Onların bu qərara necə gəldiyini soruşsanız görəcəksiniz ki, ümumiyyətlə heç bir məlumata sahib olmadan sadəcə özlərindən və öz “dahi düşüncləri” səbəbindən bu fikirdədirlər. Əlbətdə cəmiyyətdə baş verən hadisələrə insan çox diqqətlə yanaşmalı və bu hadisələri sorğulayarkən hər hansı mənbələrə, məlumatlara istinad etməlidir. Lakin bu sindiromdan əziyyət çəkən insanlar bütün məlumatları yalnış sayır və öz düşüncələrinin ən doğru sayaraq ətraflarına bunu qəbul etdirməyə çalışırlar. Yəqin ki, qeyd etdiyimiz bu xüsusiyyətlərə malik, daha doğrusu bu sindiromdan əziyyət çəkən insanlar çoxdur və bu yazını oxuyarkən onlar bir-bir Sizin gözlərinizdə canlandı ?

Əgər bu düşüncələr sizdə və ya tanışınızda varsa, ilk növbədə bu düşüncələri ağlınızdan çıxarmağa çalışın və həmin insanlara da bunu tövsiyyə edin. Bundan əlavə bu sindiromdan qurtulmanın bir yolu da müəyyən sahədə təhsil alıb öz fikirlərini sorğulamağa başlamaq və düşüncələrinə tənqidi yanaşmaqdır.

Xaricdə təhsil almaq arzunuz varsa, CELT-ə müraciət edin. Dünyanın ƏN YAXŞI universitetlərinə yol CELT-dən keçir

Koronavirus pandemiyasına gəldikdə isə tövsiyyə edərdik ki, məlumatları rəsmi və güvənilir mənbələrdən öyrənin və qaydalara lazımi şəkildə riayət edin. Dunning-Kruger sindromu evdə qaldığınız müddətdə daha yüksək həddə çata, sizin və ətrafınızın yaşam tərzini çətinləşdirə bilər. Bu sindirom ağırlaşdıqdan sonra digər ağır psixoloji xəstəliklərə tutulmanıza səbəb ola bilər. Düşünün bugün Covid-19 virusuna inanmayacaq, sabah qohumunuzun təhsilini sorğulayacaq, ailə üzvlərinizlə münasibətdə problemlər yaşayacaqsınız. Bundan əlavə sosial həyatda dostlarınız, tanışlarınız və sevdikləriniz bu səbəbdən sizdən uzaqlaşacaq və siz müxtəlif problemlərlə üzləşəcəksiniz. Odur ki, çalışın evdə keçirdiyiniz vaxtı səmərəli istifadə edin. Kitab oxuyun müxtəlif maraqlı filmlərə baxın və özünüzü sorğulayaraq daha gözəl xüsusiyyətlərə sahib olmağa çalışın.

Hər zaman xüsusilə karantin dövründə ruhunuzun və beyninizin sağlam qalması arzusuyla…

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.