Koreya Respublikasının İNHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin ikili diplom proqramı üzrə sənəd qəbulunun müddəti uzadılıb

Koreya Respublikasının İNHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisas istiqaməti üzrə ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə bakalavriat səviyyəsinə sənəd qəbulunun müddəti 8 sentyabr 2020-ci il tarixinədək uzadılıb.

Dünyanın ƏN YAXŞI universitetlərində təhsil almaq imkanı CELT Xaricdə Proqramında! Ətraflı məlumat üçün bizə yazın.

Bakalavriat səviyyəsində təhsil dörd il müddətində və ingilis dilində aparılacaq. Tələbələrə sonuncu il üzrə İNHA-dakı təhsil ili üçün əlavə olaraq koreya dili tədris ediləcək.

İkili diplom proqramı haqda:

  Hədəf:  →Ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, mühəndislik sahəsində Azərbaycanda 21-ci əsrin tələblərinə cavab verən yeni nəsil mütəxəssislər yetişdirmək, eyni zamanda, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirmək
 
Təhsil səviyyəsi:Bakalavriat
 
İxtisaslar:1.    İnşaat    mühəndisliyi;    2.    Elektronika    mühəndisliyi;    3.       Elektrik mühəndisliyi; 4. İnformasiya texnologiyaları.
 
Proqram məzunları sahib olacaq:  →Qeyd olunan mühəndislik sahələrində müasir bilik və bacarıqlara sahib olmaq; Beynəlxalq təcrübəni öyrənmək.
 
İlkin kvota:25 nəfər (hər bir ixtisas üzrə / ümumilikdə 100 nəfər)
 
Tədris dili:ingilis dili
 
Müddət:4 il (3 il BMU-da, 1 il İNHA-da)
   
Tədris dili:ingilis (İNHA-dakı təhsil ili üçün əlavə olaraq koreya dili tədris ediləcəkdir)
   
Təhsilalanların maliyyələşdirilən xərcləri:  →Təhsilalanların maliyyələşdirilən xərcləri aşağıdakılardan ibarətdir: təhsil haqqı;qeydiyyat xərci;tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri.
   
  İlkin seçim meyarları:  →Tələbələrin seçimi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının (bakalavriat) nəticələri əsasında tərəflər aparılır;DİM-in təşkil etdiyi qəbul imtahanında 400 və daha çox bal toplayan abituriyentlər ərizə ilə müraciət edə bilər.
   
Son müraciət tarixi:08.09.2020
   
            Müraciət proseduru və tələb olunan sənədlər:                →2020/21-ci tədris ili üçün DİM tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün keçirilən imtahanın nəticəsində ikili diplom proqramı üçün müəyyən edilmiş keçid balını (400 və daha çox) toplamaq;Tələb olunan sənədləri onlayn anket formasında ali təhsil müəssisəsinə göndərmək.3×4 ölçüsündə rəngli fotoşəkil;Şəxsiyyət vəsiqəsinin surəti;Attestatın surəti (əsli universitetə qəbul olanda təqdim olunacaq);DİM tərəfindən keçirilmiş qəbul imtahanında topladığı balı təsdiq edən sənəd; İngilis dili sertifikatları: IELTS və ya TOEFL (olduğu təqdirdə)   Qeyd 1: DİM-in qəbul imtahanından uğurla keçən I ixtisas qrupunun abituriyentləri 400 və daha çox bal toplayıbsa, onlar mütləq İnha Universiteti ilə BMU-nun birgə təşkil etdiyi müsabiqədə (ingilis dili şifahi, riyaziyyat və fizikadan yazılı onlayn formada) iştirak etmək üçün yuxarıda təqdim olunan sənədləri onlayn anket formasında təqdim etməlidirlər. Qeyd 2: Proqrama qeydiyyat zamanı namizədin iş nömrəsi (bakalavriat imtahanı) və şəxsi kabinetin istifadəçi adını (FİN) təqdim etməli olacaqdır.
   
  Sənədlərin təqdim edilməsi və FAQ:    →İkili diplom proqramı ilə əlaqədar sualları ddp@beu.edu.az e-mail ünvanına və ya www.facebook.com/iro.beu.edu.az inboxa yazaraq göndərmək olar. Nümunə suallar və cavabları ilə BMU-nun internet səhifəsindən tanış ola bilərsiniz. Onlayn qəbul imtahanının keçirilməsi ilə bağlı təlimat: 2020 INHA BEU DDP Admission Online Exam Tutorial Video

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe