Könüllülük – Əməksevərliyin, insansevərliyin dəyəridir.

Bu gün Beynəlxalq Könüllülər Günüdür. Bəlkə də Sizlərin aranızda könüllü olan və yaxud ömürünün çox hissəsini könüllülüyə həsr etmiş insanlar vardır. İlk öncə Sizləri təbrik edirəm və daha sonra Sizləri? könüllü olub olmayanları bu bloqu sona kimi oxumağa dəvət edirəm…

Deməli ?könüllülük və könüllü fəaliyyətlə məşğul olmaq haqqında ilk öncə onu qeyd etmək istərdim ki, bir çox insanlar könüllü adın; üzərində daşımağın nə qədər çətin bir iş olduğunu bildirirdilər. İlk öncə mən özüm fikiri kimsə bildirəndə anlamırdım. Çünki mən özüm könüllü olaraq işləməyə başlayanda 16-17 yaşlarında idim ki, bizim işimiz hər hansı buklet paylayıb və ya konsertlərə gələn qonaqlara yer göstərmək yox, insanlara yardım etmək, gəncləri maarifləndirmək və sairə məsuliyyətli işlər idi. Çünki bizim xidmət etdiyimiz əhali kütləsi Qarabağ müharibəsi zamanı evlərindən didərgin düşmüş məcburi köçkünlər və əhalinin kasıb təbəqəsi idi ki, məhz bu mənə və könüllü dostlarıma sözün əsl mənasında çox şeyi anlamağımıza, həyata baxışlarımızın yaxşı mənada dəyişməsinə kömək etmişdir.  Yəqin anladınız ki mən Qızıl Aypara Komitəsi və onun nəzdnində olan Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Qızıl Aypara Cəmiyyətindəki könüllülükdə danışıram.

O zaman  ətrafımızda həmyaşıdlarımızın bir çoxu, (hətda hamısı desəm yanılmaram ) bizim nədən onların dili ilə desək pulsuz işləməyimizi soruşurdular. Hətda dəfələrlə  kimlərəsə bunu anlatmağa çalışsamda sonda anlamadıqlarının şahidi olmuşam. Lakin dövr keçdikcə mənim uğurlarımı həmin insanlar gördükdə anlayıdılar ki, uğura gedən yol məhz elə könüllülükdən başlayır. Yeniyetmə olarkən mənim işləməyə, öyrənməyə həvəsim mənə çox şey qazandırdı ki, mən hələ də və bundan sonrada onun bəhrəsini görəcəyəm. Könüllülük –  insanlara yardım etmək, hər hansı bir sahəni inkişaf etdirmək, gəncləri maarifləndirmək və bunların  əvəzində hər hansı bir müəyyən məbləği qarşılıq görməməyin mənası, həmin işin pulsuz yox, nə qədər dəyərli olduğunu və hər hansı bir məbləğlə ölçülmədiyi anlamına gəlir. Bunu anlamaq üçün doğurdan da gərək çox böyük ürəyə malik insan olmaq lazımdır.

Yadımdadır, daha sonra mən BMT-nin Qaşqınlar üzrə Ali Komisarlığı nəzdnində Qaçqın Qadın və Gənclər Mərkəzində olan əfqan, iraq, iran, çeçen, pakistanlı qaçqın gənclərə treninqlər təşkil etmək üçün həftədə 2 dəfə istirahət günlərimdə 180 km-dən artıq yolu qət edirdim və bir dəfə maşında mənimlə Bakıya gələn bir tanış soruşduqda kı bəs xeyirola!? nə işlə əlaqədar gedirsən?… Mən ona bunları dedikdə onun üzünün aldığı vəziyyət o qədər təəcüblü və qəribə idi ki, mən onu sözlə ifadə edə bilmirəm.  Belə bir vəziyyətdə bir neçə dəqiqə susduqdan sonda mənə “sənə mənim sözüm daha yoxdur” deyə cavab verdiki o qəribə vəziyyət almış simasında təbəssüm yarandı. 

Ümumilikdə könüllü fəaliyyətim 11 ildən artıq dır ki, bu fəaliyyətim  Qızıl Aypara Cəmiyyəti, BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı, Almaniyada təşkil olunan WorldSkills International 2013 müsabiqəsi, BMT və hal-hazırda Soçi 2014 Qış Olimpiya Oyunları ilə bağlıdır.

Bunlar haqda, könüllü olarkən qarşılaşdığım maraqlı hadisələrdən çox danışa bilərəm. Lakin mənim məqsədim sizləri öz könüllülük fəaliyyətimlə deyil, könüllülüyün nə qədər dəyərli və qiymətsiz bi fəaliyyət olduğunu anlatmaqdır.

Əslində hər bir insan öz həyatının könüllüsüdür. Yəni insan özü üçün nələrsə etdikdə qarşılığında özündən mənfəət gözləmir, özünün inkişafını və yaxud özünün nəsə əldə etməsi üçün bunu edir. Lakin hər hansı bir sahədə könüllü fəaliyyətlə məşğul olmağın insanın özü üçün könüllü nələrsə etməkdən bir fərqi var. O da etdiyi işin özü üçün yox, digərləri üçün nəzərdə tutulması və əldə etdiyinin özü ulə bərabər digərlərinə də xeyirli olmasıdır.

Könüllü olmağın üstünlüklərindən çox danışmaq olar. Lakin əgər Siz öz gələcəyinizi, gələcəy karyeranızı yüksək səviyyədə qurmaq istəyirsinizsə o zaman ilk olaraq hansısa humanitar , beynəlxalq təşkilatda və yaxud Sizin karyera üçün seçdiyiniz sahə üzrə fəaliyyət göstərən təşkilatlarda könüllü olaraq fəaliyyət göstərəməyə başlayın. Çünki gələcəkdə bu Sizə çox böyük avantajdır. Hətda universitetinizin, təhsilinizin Sizə verə bilmədiyi avantajı, yüksəkliyi, hər hansı bir humanitar, beynəlxalq və yaxud digər təşkilatlarda könüllü fəaliyyətiniz verəcəkdir ki, bu avantajın xeyirini həyatınız boyu hər zaman görəcəksiniz.

Bu yazdıqlarımdan sonra yadıma bir deyim düşdü. Hər zaman insanlar deyirlər ki, “kim nə əməl edirsə onun qarşılığını görür”. Yəni, Sizdə könüllü olaraq, sidq ürəklə heç bir mənfəət görmədən gördüyünüz işin nəyinki bir dəfə, hətda dəfələrlə, həyatınız boyu qarşılığını görəcəksiniz.

Bir daha bütün könüllüləri, könüllü olanları və bundan sonra könüllü olacaq insanları səmimi qəlbdən təbrik edirəm! 🙂

Unutmayın! bu fəaliyyət növü yeganə fəaliyyət növüdür ki, gördüyünüz işin ağır və ya yüngül olmasına baxmayaraq bir adla adlandırılırsınız: – KÖNÜLLÜ! <3

2 thoughts on “Könüllülük – Əməksevərliyin, insansevərliyin dəyəridir.”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next