Kompüter elmləri və kompüter mühəndisliyi

Bu gün hesablama sahəsində həm kompüter elmləri həm də kompüter mühəndisliyi ixtisasları kifayət qədər ixtisaslaşıb. Bu baxımdan bu sahəyə istiqamətləndikdə hər ikisini araşdırıb gələcək kariyeranızda hansının sizin üçün daha əlverişli olacağına qərar vermək lazımdır. Lakin burada şöbənin adına baxaraq ixtisas seçmək elə də asan deyil. Tələbələrin də bu mövzuda kifayət qədər qərarsız olduqlarını nəzərə alaraq bu günki bloqumuz üçün məhz bu mövzunu seçmişik. Kompüter elmləri və kompüter mühəndisliyi arasındaki fərqlər nələrdir?

Kompüter elmləri nədir?

Kompüter elmləri, kompüter qurğularında məlumatların necə toplanması, saxlanması və emalını öyrənir. Qısaca, kompüter elmləri kompüterlər və hesablama sistemləri haqqında elmdir. Kompüter və elektrik mühəndisliyindən fərqli olaraq, bu sahə daha çox proqram təminatı və sistemlərindən bəhs edir ki, bura onların nəzəriyyəsi, dizaynı, inkişaf etdirilməsi və tətbiqi daxildir. Baxmayaraq ki proqlamlaşdırma bu sahədəki başlıca bölmədir, lakin bu onun sadəcə bir hissəsidir. Bundan əlavə buradaki digər əsas sahələr sırasına kompüter sistemləri, şəbəkələr, mühafizə, kriptoqrafiya, süni intellekt, verilənlər bazası, insanla kompüter arasındaki əlaqə, görüntü və əlaqə, ədədi analiz, proqlamlaşdırma dilləri, proqram təminatı mühəndisliyi, bioinformatika və hesablama nəzəriyyəsi daxildir. Kompüter elmləri, proqramları həll etmək və kompüterin proqram və aparat təminatının performansını ölçmək üçün alqoritmlər hazırlayır. Buna görə komputer elmləri mütəxəssisləri həm də informasiyanın emalı, saxlanılması və tətbiqini təmin edən riyaziyyatçılardır.

Araşdırmalar sübut edir ki, kompüter elmləri tələbələrinin məzun olduqdan sonraki ilk 6 ay ərzində iş tapmaq şansları böyükdür. Nəzərə alsaq ki hal-hazırda bütün şöbələrdə kompüterlərdən istifadə olunur, onda bu statistikaya inanmaq olar. Kompüter elmlərinin bütün bu şöbələrdəki rolu sənaye sahəsində baş vermiş problemi həll etmək üçün proqram təminatı hazırlamaqdır.

Çoxları kompüter elmləri sahəsindəki kariyeranın ancaq proqramlaşdırma ilə əlaqədar olduğu kimi yalnış bir fikir içərisindədirlər. Lakin, buradaki iş imkanları olduqca genişdir. Dizayn, testləşdirmə, planlaşdırma, menecment kimi ən müxtəlif sahələrdə iş tapmaq imkanı var. Bakalavr pilləsini bitirdikdən sonra proqram təminatı mühəndisliyi ilə məşğul olub daha sonra vəzifənizi artıra bilərsiniz. Bu sahədə alacağınız magistr təhsili isə sizi daha da professionallaşdıracaq. Bakalavr pilləsi proqram, hesablama mövzularını geniş əhatə edir. Magiatratura pilləsində isə daha çox spesifikləşmə gedir.

Kompüter mühəndisliyi

Kompüter mühəndisliyi isə kompüter elmləri ilə elektrik mühəndisliyinin kombinasiyasından ibarətdir. Bu, bütün növ hesablamaları araşdırmaq üzərində cəmləşir və mikroprosessorlardan başlayaraq noutbuklar və superkompüterlərə hesablama qurğularının yerləşdirilməsinə qədər davam edir. Burada mikroprosessorların funksiyaları, dizaynı, optimallaşdırılması, məlumatların elektron qurğular arasındaki dövriyyəsi, proqram təminatının yazılması, tərtibi kimi mövzular öyrənilir. Buna görə də kompüter mühəndisləri proqram və aparat təminatı və bunların hər ikisinin sistem-dizaynı ilə məşğul olan elektrik mühəndisləridir.

Hər iki sahə mütəxəssisləri hesablama texnologiyası və hesablamada meydana çıxan problemləri tədqiq edir. Əgər ümumiləşdirsək, kompüter mühəndisləri mikro və makroskopik spektrlarda fəaliyyət göstərirsə, kompüter elmləri bunların hər ikisinin arasında fəaliyyət göstərir.

Nümunə üçün bir telefon fikirləşin. Telefonun ərsəyə gəlməsində həm kompüter mühəndisləri, həm də kompüter elmləri birgə fəaliyyət göstərir. Bu zaman mühəndislər telefonun ekranı, idarəetməsi, yaddaşı, mikroprosessoru kimi əhəmiyyətli hissələrini hazırlayaraq onların birgə işləmə prinsipinə nəzarət edirlər. Kompüter elmləri isə yaddaşın tətbiqlər ilə uyğunluğunu, mobil tətbiqlərin əməliyyat sistemindəki mövqeyini və gözlə görünməyən daha bir çox şeyi tənzimləyən əməliyyat sistemini yazırlar. Daha dəqiq desək, Kompüter mühəndisliyi məhsulu başlayır, Kompüter elmləri məhsulu sonlandırır.

Bir biri ilə hər nə qədər sıx bağlı olsalar da, bütün xırdalıqlarını nəzərdən keçirdikdən sonra Kompüter mühəndisliyi və Kompüter elmlərinin kifayət qədər fərqli iş prinsipləri olduğunu demək olar. Buna görə də, yaxşı olardı ki, bu ixtisaslara istiqamətlənərkən həm öz maraq dairənizi və həm də gələcək iş perspektivlərinizi hesaba qatasınız.

Xanım Xəlilova

CELT Xətai

(012) 496 45 76

(050) 588 15 18

xanim@celt.az

91 thoughts on “Kompüter elmləri və kompüter mühəndisliyi”

  1. Salam. Oğlum 8-ci sinifdə oxuyur. Kompüterə çox həvəsi var. YouTube-dan axtarır, açıb söküb tökür kompüteri nasazlığı düzəldir. Müxtəlif proqramlarla maraqlanır. Word exseli qəşəng bilir. Əlavə ingilis dili kursuna gedir. Məktəbdə fizika və riyaziyyatı ortadı. Kimyaya hevesi, marağı var. İstəyirəm 9-10-11ci sinifləri məktəbdə yox xüsusi kompüter mühəndisliyinə aid bir liseydə və ya hər hansısa bir tədris mərkəzində oxusun. Ordan da universitetə inşallah. Sizə sualım: belə bir tədris mərkəzi bilirsinizmi?

  2. Ən yaxşı kompüter elmlərini ingilis dilində oxuyun. İngilis dilini bilməsəniz oxumağınız hədərə gedəcək. Bütün proqramlaşdırma dilləri ingilis dilindədir. Açar sözləri ingilis dilində olduğu üçün nəsə yazıb yaratmaq olmur. Gərək ingilis dilini mütləq biləsən. Birdə ki, təkcə oyun üçün çalışmayın öyrənməyə. Oyunu yazmaq asandır əsas hər zaman idea olmalıdır ki yarada biləsən nəsə. Ən əsası isə çalışın əməliyyat sistemlərini yazmağı öyrənin məsələn linux’u öyrənməyə çalışın. Süni intellekt əməliyyatını yazın. Ən əsası isə pula görə öyrənməyin elə etsəniz heç nə əldə edə bılməyəcəksınız sadəcə həvəslə sevərək yanaşın və bir işi görə bilməyəndən sonra bəhanələr gətirib həvəsəndən düşməyin. Ən rahat proqramlaşdırma dilləri bunlardır. C++, C#, PHP, Python, Unity (oyun üçün).

    1. Unityi dil kimi qeyd etmeyek Unity eslinde bir c# frameworkudur c# uzerine elvaler edilerek hazirlanmisdir c# bilirsense unity hecde cetin olmur

  3. Salam.Mən bir neçə iş arasında qalmışam.It lik, Dijat oyun programlama,Nesne yönlü oyun programlama,Kompyiter elmleri yada muhendisliyi.Sizce hansi uaxsidi?

    1. Salam. Təbii ki ingiliscə. Azərbaycanda komp elmi yoxdur. Bütün pragramlaşdırma ingiliscədir yəni az dilində oxusanız belə ingilis dilindədir terminlər

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next