Kolleci bitirən (subbakalavr) və universitetlərə qəbul olmaq istəyən şəxslərin nəzərinə! Ərizə qəbulu başladı və tarixlər dəyişdi!

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların əri­zələrinin qəbulu 2020-ci il iyunun 1-dən iyulun 10-dək internet vasitəsilə aparılır. Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.

Subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsini təsdiq etmək üçün ötən ildən fərqli olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə getmirlər. Subbakalavr elektron ərizəsinə daxil olub “yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra “sms” xəbərdarlıq göndəriləcək.

Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Xatırladaq ki, subbakalavr “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş etməlidir.

“SMS” xəbərdarlıq aldıqdan sonra subbaklavr elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir.

Müsabiqədə iştirak ödənişsizdir.

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər. Subbakalvrlar ixtisas seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları (ixtisaslar) üzrə müəyyən etdiyi minimal müsabiqə şərti balı ilə iştirak edəcəklər.

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar yuxarıda qeyd olunanlarla yanaşı, təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçəcəklər. Qeydiyyat DİM tərəfindən elan olunacaq müddətdə eservices.dim.gov.az/erizebak/qabiliyyet  inter­net səhifə­sində aparılacaq.

Qeydiyyatdan keçmiş subbakalavrlar müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq tarixlərdə qabiliyyət imtahanında iştirak edəcəklər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Qabiliyyət imtahanları haqqında “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında məlumat veriləcək.

XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.

Hərbi çağırışçıların müsabiqədə iştirak etmək üçün möhlət haq­qında arayışı və hərbi sənədlərində bu barədə Azər­bay­can Respub­likasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı ol­malıdır. Möhlət hüququnu təsdiq edən məlumatlar Xidmətin müvafiq idarəsi tərəfindən elektron məlumat bazasına daxil edilməlidir. Hərbi qeydiy­yatın aparıl­ması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

CELT Online ilə ingilis dilini evdən və ya bağdan çölə çıxmadan istənilən hava şəraitində öyrənə bilərsiniz. Koronavirus yayılıb və ya yay gəlir havalar isti olacaq deyib gələcəyiniz üçün çox vacib olan ingilis dilini öyrənməkdən vaz keçməyin. CELT Online haqda ətraflı məlumat üçün bizə yazın.

Müsabiqənin keçirilməsi

1. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.

Eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

  • Orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi;
  • Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası.

2. Cari ildə qəbul imtahanında iştirak edən subbakalavr öz istəyindən asılı olaraq, həm imtahanda topladığı bal ilə abituriyent kimi ümumi qaydada, həm də subbakalavr kimi qəbul imtahanında iştirak etmədən orta ixtisas təhsili səviyyəsində bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.

Subbakalavrlar ali təhsil müəssisəsilərinin ixtisaslarını seçərkən tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçə bilərlər.

Subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçə bilməzlər. Çünki bu ixtisaslar üzrə xarici dil fənninə bal məhdudiyyəti tətbiq olunur və subbakalavrlar imtahanda iştirak etmədikləri üçün bu ixtisasları seçə bilmirlər.

Cari ildə qəbul imtahanında iştirak etmiş subbakalavrlar öz seçimindən asılı olaraq, imtahanda topladığı bal ilə və ya DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə müsabiqədə iştirak edə bilər.

İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar abituriyent.az saytında elektron formada “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunacaq.

16 thoughts on “Kolleci bitirən (subbakalavr) və universitetlərə qəbul olmaq istəyən şəxslərin nəzərinə! Ərizə qəbulu başladı və tarixlər dəyişdi!”

  1. Salam mən subbakalavr mühasibat uçotunu bitirmişəm,indi isə bakalavr oxumaq istəyirəm.Zəhmət olmazsa deyə bilərsizmi qəbul nə vaxtdır?

  2. 2 Saylı Bakı Baza Tibb Kollecinin əczaçılıq fakültəsinin 3 cü kurs tələbəsiyəm yenidən subbakalavr kimi ATU da təhsilimi davam etdirmək isdiyirem nə vaxt necə hara müraciət etməliyəm. Mümkünsə ətraflı məlumatlandırarsız.

  3. Salam .Zəhmət olmasa cavablandıra bilərsiz,Mən subbakalavram Lənkəran Dövlət universitetində oxuyuram,Bakıda yerləşən universitetə perevod eliyə bilərəm.Xahiş edirəm zəhmət olmasa .

  4. Salam .zəhmət olmasa cavablandıra bilərsiz Mən perevod eliyə bilırəm Bakıda yerləşən universitetlərə.Zəhmət olmsa cavablandıra bilərsiz?

  5. Salam pedeqoji kolleci bitirmisem.menimle eyni ilde bitirenlere( 2011) subbakalavr sozu yazilib diplomlarina,ama menim diplomuma yox,bu ne derecede duzdundur ve niye bele olub?

  6. Mən 2021-ci ildə pedoqoji kolleci bitirmişəm ali təhsil alamaq istəyirəm kollecdəki ortalama balla imtahansiz necə qəbul ola bilərəm

  7. Salam. Bilmək istəyirəm ki, biz oxuduğumuz kollecdə məhz orada oxuduğumuza dair sənət almalı deyilik daha ? Yəni Online olacaq bildiyim qədəri ilə ? Düz başa düşdüm?

  8. Men kollec mezunuyam ancaq DIM den qeydiyyat ola bilmedim Pedaqoji kolllecdi bunun universitetine qebul olmaq isterdim amma dediyim kimi alinmadi sexsiyet vesiqemin finini nomresinin eynisini yaziram ancaq deyilirki saytda nomre sehvdi..men nece qeyd ola bilerem? MIQ ucun de erize gondermisem onada cvb gelmiyib hele bilmek olar ne sebebe bele olur?

  9. Salam.Mən Lənkəran humanitar kollecini 2007-ci ildə bitirib orta məktəbdə ibtidai sinif müəllimi kimi çalışıram.İndi ikinci təhsil ,yəni ixtisasım üzrə ali təhsil almaq istəyirəm.Qaydaları və güzəştləri bilmək istəyirəm.Təşəkkür edirəm.

  10. Salam.Mən subakalavr kollecini nitirmişəm.İndi isə ixtisasım üzrə ali mıktəbə daxil olmaq istəyirem.Şəxsi kabinetim var.2021 ildə imtahan qəbulu ne vaxt başlayır?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next