Türkiyənin ən güclü universitetlərində olan Koç universiteti nümayəndəsi ilə CELT Colleges ofislərində görüş oldu. Görüş zamanı Koç universitetində oxumaq istəyən tələbələr universitetin qəbul şərtləri, təqaüd imkanları, yataqxana və s. xidmətləri ilə maraqlanmış və nümayəndə tərəfində cavablandırımışdır. Görüş zamanı Koç universiteti ilə CELT Colleges arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri, tələbələr üçün yay məktəbinin təşkil olunması və s məsələlər müzakirə olunmuşdur. Qeyd edək ki, Koç universitetinin Azərbaycanda rəsmi nümayəndəsi CELT Colleges-dir. Koç universiteti ilə bağlı bütün məlumatları bizdən əldə edə bilərsiniz. Əlavə olaraq bildirmək istəyirik ki, Koç universitetində Magistr proqramları tam pulsuzdur və əlavə olaraq olaraq yataqxana da tələbələrə pulsuz olur. Bundan əlavə aylıq 2200 tl tələbəyə ödəniş edilir. Əgər sizdə reytinqli universitetdə təhsil almaq istəyirsinizsə, təhsilinizi Koç universitetində davam etdirin
Qəbul və məlumat üçün:
Fərid Kərimov
CELT İçərişəhər ofisi
İstiqlaliyyət 59
012 492 68 53, 055 503 59 39
Yazmısınız ayda 2200 tl ödəniş edir öz saytında yazılıb ki təhsil üçün 70500 tl ödəniş olmalıdır hər il.
Biz magistr üçün yazmışıq, pulsuzdur və sizə pul verilir. Siz yazdığınız bakalavr üçündür
Bu universitetə imtahan yöslə keçirilir?
SAT ilə