Magistratura imtahanında iştirak edən və uğurlu nəticə əldə etməyən tələbələrin bir çoxunu bu sual maraqlandırır ki, onlar magistraturaya qəbulun ikinci şans imtahanında iştirak edə biləcəklərmi?
Bildiyiniz kimi fevralın 28-i magistraturaya qəbulun birinci şans imtahanı keçirildi və imtahanın nəticəsi isə martın 3-də açıqlandı. Hazırda magistraturaya qəbulun ikinci şans imtahanının iyun ayında keçirilməsi nəzərdə tutulub. Tələbələri maraqlandıran suallardan biri də budur ki, universitetdə hansısa fəndən kəsri olan tələbə ikinci şans imtahanında iştirak edə biləcək?
Məlumat üçün bildirək ki, rəsmi olaraq kəsri olan tələbənin ikinci imtahanda iştirak hüququ vardır.