Kanadada Təhsil ilə bağlı Sual və Cavablar

Kanadada Təhsil ilə bağlı Sual və Cavablar

Kanadada Təhsil ilə bağlı Sual və Cavablar yazımızı təqdim edirik. Kanada hər kəsin getmək, oxumaq və yaşamaq istədiyi bir ölkədir. Kanadada təhsil alan tələbələr bitirdikdən sonra çox rahatlıqla yaşama və işləmə icazəsi alıb həyatlarını orda davam etdirə bilərlər. Eyni zamanda Kanada ingilis dilli ölkələr arasında ən ucuz təhsil haqqı sisteminə malikdir. Kanadaya xoş gəldiniz!

Salam.Men hal hazırda BDU da kompüter elmlerinde 3-cu kursda oxuyuram.magistrantruani Kanada da McGill Toronto üniversitetinde dovlet sifarisi ve odenisli ile oxumaq ucun ne etmeliyem ne senedler lazımdı bali ne qederdi?

Salam,Qəbul üçün yaxşı GPA (ortalama bakalavr qiyməti) olmalıdır. Normalda 100-dən 80 və ya yuxarı. Çünki Kanada magistrları çətindir və qəbul şərtləri də. Eyni zamanda IELTS ən azı 6.5 və müknüsə yuxarı. Dövlət təqaüdünə gəldikdə bu hələ bəlli deyil. BU olacaqmı olmayacaqmı bilinmir və məsləhətdir bu barədə təhsil nazirliyi ilə əlaqə saxlayın.

Salam kanadada toronto universitetinde huquq uzre bakalavr tehsili almaq isteyirem tehsil haqqi ne qederdir ve illik yasam xercleri teqriben hansi mebleg olacaq bu haqda melumat verseniz cox sevinerem

Salam. Kanadada bakalavr Toronto universitetində illik 25-35 min Kanada dollarıdır. İllik yaşayış yataqxanada 12 min dollardır. Qəbul üçün IELTS 6.5 lazımdır. Attestat qiymətləriniz yaxşı olmalıdır. Bizim Baksovet ofisinə baş vura bilərsiniz.

Tehsilimi kanadada qiymeti davam etdirmeyi cox isteyirem amma illik qiymeti 10 mini asmayan max 15 min olan hansi unide huquq tehsili ala bilerem? bunun haqda da melumat verseydiniz cox sevinerem

10-15 min dollar arası ancaq College-lərdə olar. İki orda oxuyarsınız ondan sonra iki il universitet oxuya bilərsiniz. 15-17 min dollarlıq universitetlər tapmaq olar amma çox yaxşı reytinqi olmayacaqdır.

Salam. Mende Ielts 6.5 var. Bakalavr üzre Kanadada computer science üzre demek olar bir çox universitete daxil oluram. Bilmek isteyirem ki, universitetlerin özlerimin verdiyi teqaüdlerden nece yararlana bilerem?

Salam, Bakalvr üçün heç bir universitet tam təqaüd vermir. Maksimum giriş təqaüdü ala bilərsiniz o da 2 min dolları keçmir.

Salam men torontoda oxumaq ucun sened qebulunun vaxtini oyrenmek istiyirem 11 sinif sagirdiyem.

Salam. Torontonun son qəbul tarixi fevral ayında olmalıdır. Fevralın 1-dən başlayır.

Salam men hal bakalavr tehsilimi Kanadanin Toronto universitetinde almaq isteyirem. Mathematics & Economics bolmesine baxdim, orada teleb olaraq “six grade 12 U or M courses” ile qarshilashdim. Tam olaraq ne oldugunu izah ede bilersiz zehmet olmasa?

Salam. Six grade 12 U or M Kanadanın təhsil sisteminə aiddir. Azərbaycandan Torontoya qəbul olmaq üçün attestat və İELTS lazımdır.

Salam.Toronto universitetinde tehsil odeniwleri ile bagli melumati nece elde ede bilerem?

Bir illik təhsil və yaşama xərcləri üçün təqribən 50 min dollar xərciniz çıxacaq.

Kanadada Təhsil ilə bağlı Sual və CavablarSalam attestatla kanadada əyani təhsil alib həmdə oxuya oxuya işləyə bilərəm . əgər olursa illik təhsil haqqı nə qədərdir və hansı şəhərlərdə oxuya bilərəm . çox sağ olun

Salam, Oxuya oxuya sadəcə yarım ştat işləyə bilərsiniz. Kandada illik təhsil haqqı 17 min dollardan başlayır. istənilən şəhərdə oxuya bilərsiniz. Amma orda işləməklə yaşayış və təhsil haqqınızı ödəyə bilməzsiniz. Aldğınız az maaş yetməz

Salam Men Baki Slavyan Universtetinde oxuyuram 2 ci kurs telebesiyem Ixtisasim Rus Dili uzredi Ve Magistiri Ingilis dili Uzre oxumaq isteyire, Magistir Tehsilimi Canadada Almaq Istiyirem Bilmey istiyerdim Bunun ucun hansi senedler lazimdi? Ve orda Tehsilin ne kimi Avantajlari var?

Salam. Kanadada təhsil üçün dillər üzrə oxuyacaqsınızsa İELTS 7.0-7.5 lazım olacaq. Yüksək GPA balı və büdcəniz olmalıdır.

kanadada aylig yasam xerci? magistr ucun qebul qaydalari? busines economics kiki fenler ucun magistre qebul sertleri?

Kanadada aylıq yaşayış xərci 1000-1500 dollar arasındadır. Magistr üçün İELTS 6.5 və GMAT lazım olur bəzi universitetlərə.

Salam, Men artiq University of Toronto ve McGill University e muraciet etmisem. Eger men butun lazimi senedlerimi yanvarin 15 e qeder gondersem texmini olaraq cavabi ne vaxta ala bnilerem?

Salam. Təqribən 1-2 aya cavab alarsınız.

salam… men kanadada civil engineering. bachelor tehsili almaq isdeyirem… bunun ucun ne wertler var… tejsil haqqi ve oxuma cetinliyi ve bir sira melumat vermeyinizi xaiw edirem…tewekkurler. ..

Salam. Kanadada bakalavr oxumaq üçün sizə İELTS 6.5, yaxşı attestat qiymətləri və büdcəniz olmalıdır. Təhsil haqqı 17 min dollardan başlayır. Kanadada təhsil çətindir, lakin gündəlik dərslərinizə diqqət etsəniz qiymətləriizdə problem olmaz.

men kanada universtlerinin birinde dovlet hesabina oxumaq istiyirem. tqdkyla olarmi??

Kanadada dövlət hesabına təhsil almaq üçün ilk öncə siz Kanada universitetlərindən birinə qəbul olmalısınız. Bunun üçün ilk öncə sizə İELTS balı və yaxşı attestat balı lazımdır. Ondan sonra dövlət proqramına müraciət edə bilərsiniz. Dövlət proqramına müraciət edəndə TQDK balı əlavə üstünlük ola bilər, amma vacib deyil.

men kanadada tehsil almaq istiyirem universtetde tqdkyla oxumaq olar ? cavablasaniz sevinerem

Salam. TQDK balı istənilinir, amma vacib deyil. TQDK balı olmasa da təqaüd verirlər. Əsas odur ki, attestat qiymətləriniz yaxşı olsun və əlavə uğurlarınız olsun.

salam,men Kanadada(University of Toronto) dovlet hesabina oxumaq isteyirem,11ci sinifde oxuyuram,bunun uchun mene tek IELTS ve TQDK ballarinin neticesi bes edermi?Bezi saytlarda yazilib ki,men SAT da vermeliyem

Salam. Torontoya qəbul üçün tək İELTS balı kifayətdir. TQDK və SAT balına ehtiyac yoxdur. Sizin İELTS balınız varsa, bizə təqdim edib, qəbul işinizin aparılmasında və dövlət proqramına müraciət işinin təşkilində kömək edə bilərik.

Salam mən turizm və otelçilik ixtisası üzrə Bakı Dövlət Universitetində bakalavr təhsili almışam. İndi isə xaricdə(hədəfim Kanadadır) bakalavr təhsili almaq istəyirəm, lakin kompüter elmləri ixtisası üzrə. Sizə sualım bu nə dərəcə real görünür? Mənə hansı məsləhətlər verə bilərsiniz və yaxud kömək edə bilərsiniz? Məlumat üçün deyim ki, universitetə qəbul balım 628 olub və IELTS 6.5 sertifikatım var. Əvvəlcədən təşəkkürlər.

Salam Zöhrab bəy, Təzədən bakalavr ixtisası götürməyinizdə problem yoxdur. İstənilən ölkədə oxuya bilərsiniz və yaxud elə öz ixtisasınız üzrə magistr təhsilinə yanvardan başlaya bilərsiniz vaxt itirmədən. Qəbul işinizi bizə həvalə edə bilərsiniz.

Toronto Universitetine qebul olmaq ucun esas shertler nedir? qebul imtahani nece aparilir?

Salam, İxtisasdan asılı olaraq dəyişə bilər amma normalda test imtahanı yoxdur. Çox hallarda attestat, IELTS və güclü inşalar.

salam. men sat uzre hazirlasiram turkiye ucun. amma artiq fikrimde kanadanin toronto universitetinde oxumaqdi. ora satla qebul ola bilerem? ve yaxud sadece ieltsle?

Salam. Torontoya qəbul olmaq üçün yaxşı məktəb qiymətləri və İELTS 6.5-niz olmalıdır. Torontonun qəbuluna artıq gecikmisiniz. Əgər gələn il Toronta təhsil almaq istəsəniz ən gec bizə dekabrda müraciət etməyiniz məsləhət görülür.

salam. men kanadanin edmonton şeherinde 1 illik dil kurslari maraqlandırır. kanadanın digər seherlerinde bele kurslar var ama mehz edmontonda tapa bilmirem. komek etseydiniz sevnerdim. tesekkurler.

Salam. Təəssüf ki, həmin şəhərdə fəaliyyət göstərən dil kursu ilə işləmirik.

salam men Qafqaz Univeristetinde tehsil aliram men Kanada universitetlerinin birinde tehsilimi davam etdirmek isteyirem. bilmek isteyerdim Kanadada odenisli tehsil minimum ne qederden baslayir ve bunun ucun basqa nelere ehtiyac var

Salam. Kanadada təhsilinizi ya bakalavr, ya da magistrdan başlaya bilərsiniz. Azərbaycandan xarici universitetlərə transfer demək olar ki, mümkün deyil. Kanadada təhsil haqqı 20-30 min dollardır. İELTS 6.5-7.0 balına və bəzən GMAT balına ehtiyac olur.

Salam, men Kanadada magistr tehsili almaq isteyirem. Zehmet olmasa bu suallarima etrafli cavab veresiniz: tehsil haqqi, imtahanlar ve vaxtlari, IELTS gerekmi, online ve s. alternativ formada tehsil almaq mumkundurmu? Onceden tesekkur edirem.

Kanadada magistr təhsili almaq üçün İELTS 6.5 sertifikatınız və yaxşı qiymətləriniz olmalıdır. Bəzi ixtisaslar GMAT tələb edir. Alternativ forma dedikdə nə nəzərdə tutursunuz? Başqa ölkələrdəmi? Hansı sahə maraqlı idi sizə?

Salam,kanada da tehsil haqqi ne qederdir?11i qutariram nevaxta kimi müraciet etmeliyem ?

Salam. Kanada Bakalavr üzrə təhsil haqqı 20-30 min Dollar arasındadır. Kanadaya qəbul üçün artıq gecikmisiniz. Fevralda qəbul bitib. Böyük Britaniyada Foundation götürməklə, gələn ildən Beynəlxalq Əlaqələr üzrə təhsil ala bilərsiniz.

foundation nedir ve toronto universitetinde oxumaq ucun foundation kecmek lazimdirmi?

Məktəbi təhsilindən sonra bəzən Azərbaycanın attestatı xaricdə bakalavr təhsili almaq üçün yetərli olmur. Azərbaycandakı məktəbi bitirdikdən sonra Kanada, ABŞ, Hollandiya, Avropanın özəl universitetlərində və Şərqi Avropa ölkələrində təhsil ala bilərsiniz. Digər ölkələrdə isə mütləq foundation keçməlisiniz. Buna görə Kanadada foundation keçməyə ehtiyac yoxdur. Əgər İELTS balınız 6.5-dən aşağı olsa və ya attestat qiymətləriniz yüksək olmasa, o zaman sadaladığım universitetlərdə mütləq foundation keçməli olacaqsınız. Birbaşa bakalavra qəbul olmaq üçün CELT Collegesin İçərişəhər ofisinə yaxınlaşa bilərsiniz.

salam men 11ci sinifde oxuyuram.bakalvr ucun toronto universitetinde tehsil almaq isteyirem. bu universitete muraciet etmek ucun mene hansi sened lazimdir? attestat, tqdk bali yoxsa ielts?

Salam. Torontoya müraciət etmək üçün transcript və İELTS lazımdır. Son qeydiyyat tarixi fevralın 15-idir. Əgər İELTS-niz hələ də yoxdursa, qeydiyyata gecikəcəksiniz.

kanada universitetlərindəki təhsilin ustunlukleri nedir ? bitirdikden sonra iş tapmaq çetin olmur?

Harada iş tapmağın çətinliyini soruşursunuz? Kanada yoxsa Azərbaycanda? Üstünlüyü ən son texnologiyalardan istifadə etməsi, tədrisin keyfiyyətli olması, bir neçə universitetinin reytinqlərdə qabaqda olması, Azərbaycandan birbaşa attestla götürməsi və s.

Salam men xaricde inglish dili tehsili almaq isteyirem.Iscec,kanada,hollandiya esas bu olkelerde inglish dilimi artirmaq isteyirem.qiymetleri barede melumat vere bilersinizmi

Salam, İngilis dili yalnız ingilis dilli ölkələrdə olur. Yəni sizin seçdiklərinizdən Kanada amma ora viza məsələsi çətindir. Azərbaycanlılar normalda İngiltərə və Amerikaya gedirlər. Qiymətlərə baxmaq üçün yuxarıda Xaricdə Təhsil menüsüsndən Xaricdə Dil Kurslarının altında ölkələri seçə bilərsiniz.

207 thoughts on “Kanadada Təhsil ilə bağlı Sual və Cavablar”

  1. Salam (BDU biologiya fakulesin 2 ci kursunda oxuyuram)IElTS balım 8 dir hanisa Avropa ve ya Amerika ölsekinde teqaudli bakalavirdan tibb tehsili ala bilerem?

  2. Salam mən hal hazırda 10-cu sinifdə oxuyan mən memarlıq üzrə amerikada oxumaqcun neler etməliyəm IELTS kafidir ve Amerika’da universetlərin məbləğini öyrənmək istiyirem

  3. Salam men dalhousie universitetinde bakalavr tehsili almaq isteyirem onun ucun Ilets ve SAt ne qeder olmalidir? Ve SAT goturulur?

  4. Salam kanadada 2 illik kollej’i yarida dondurub, islemey , olar? Cunki yasamaq izni ucun en az 2 illik oxumaq, 2 illik is ucun icaze, sonra vetandasliq ucun muraciet etmek lazimdir.

  5. Salam mən Azərbaycan Tibb universitetində ödəbişli olaraq oxuyram 6 illik bakalavr təhsilimi bitirdikdən sonra Kanada da oxuma imkanım varmı? bunun üçün nələr lazımdı hansı yolla var ? Ödənişli oxuyan şagirdlər bundan yaaərarlana bilərmi? Ödənişi kredit kimi sonradan da ödəyə bikərikmi?

  6. Salam mən BMU 4 cü kursdayam mən 2 ilik colegde her hansi birinde inşaat sahesinde oxumaq isteyirem zehmet olmasa colleglerin ilik ne qeder olar melumat vererdiz

  7. Salam mən kanadada təqaüdlə təhsil almaq istəyirəm.yanliz bakalavr qiymətlərindən biri 80dir . Lakin ing dilim B2 səviyyəsindədir.belə olsa mümkündürmü? Birdə kanadada oxuyacagim unini də seçmişəm (Toronto Universiteti)-Mba . Bir də ki təqaüd almaq imkanım nə qədərdir?

    1. Salam mən hal hazırda 10-cu sinifdə oxuyuram və mən memarlıq üzrə amerikada oxumaq üçün nə etməliyəm IELTS bilmək kafidir yoxsa başqa nəsə lazımdır

  8. Salam mən 10cu sinifdə oxuyuram.indiden İelts’ə başlasan olar.ingilis dilindən qrammatikam yaxşıdı.danisigi oyrenib İelts ilə Amerikaya gedib orda təhsil almaq???

  9. Salam.Men Gdu oxuyuram . Fakultem ise herbi muellimidi.Meqsidim budur ki men kanadada tibb tehsili almaq isdeyirem 0 dan .isdeyirem ki teqaudle oxuyum .bu mumkundurmu. Eger mumkundurse ne etmeliyem.Zehmet olmasa etrafli basa salarsiniz

      1. Salam. Kanadada bakalavr təhsili almaq istəyirəm. Bunun üçün 2022-2026 illəri əhatə edən dövlət proqramından istifadə edə bilərəm? Və sadəcə ielts lazımdır? Son olaraq universitetler atestat istəyir ancaq qəbul tarixi tez olduğuna görə atestatı almamış müraciət etmək lazım gəlir. Bunun üçün neynəyə bilərəm?

  10. Bakıda dövlət orta məktəblərinin birində riyaziyyat müəlliməsi olaraq işləyirəm.11 il iş stajım var.Yaş 33 dür.İelts 7 olarsa Alberta vəya Calgary Universitetlərinin matematik üzrə magistr təhsilini ala bilərəm?Illik təhsil haqqısı nə qədər olar?Ailəmlə bərabər viza ala bilərəmmi?

    1. Salam. Qəbul ala bilərsiniz. İllik 17 min dollardan başlayır. Viza üçün maliyyə sənədləriniz olmalıdır orda özünüzü və ailənizin yaşayışını təmin etmək üçün.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir